Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə17/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

59
küskünlük, bə’zən moizə, bə’zən başqa yollarla yerinə yetirilir.
Bə’zən  isə  bu  yolda  fiziki  qüvvə  işlədilməli,  hətta  insan
canından  keçməlidir.  Əmr  be  mə’rufun  ictimai  mübarizə
mərtəbəsi  də  vardır.  Seyyidüşşühəda  imam  Hüseyn  (ə)  öz
qiyamının  məqsədini  belə  açıqlayır:  “Həqiqətən,  cəddimin
ümmətinin islahı üçün qiyam etdim, istəyim əmr be mə’ruf və
nəhy əz münkərdir.” Bəli, Həzrət (ə) öz qiyamının əsas səbəbi
kimi əmr be mə’ruf və nəhy əz münkəri göstərir. Bu vəzifənin
özünəməxsus şəraitə malik mərtəbələri vardır. 
ÜSTÜN CIHAD
İctimai  vəzifələrin  əhəmiyyətini  qeyd  etdikdən  sonra  onların
bə’ziləri  haqqında  ətraflı  danışmağımız  yaxşı  olardı.  Şübhəsiz
ki,  namaz  kimi  əhəmiyyətli  ictimai  vəzifələrdən  biri  Allah
yolunda  cihaddır.  Bu  cihada  kafirlərlə  vuruşu  misal  göstərə
bilərik.  Amma  bu  cihad  təkcə  vuruşdan  ibarət  deyil.  Cihadın
müxtəlif  şəraitlərə  uyğun  nümunələri  vardır.  Silahlı  mübarizə
cihadın  növlərindən  biridir.  Cihadın  elmi,  mədəni,  iqtisadi,
siyasi  növləri  də  var  və  bizim  cəmiyyət  bütün  bu  cihadlara
ehtiyaclıdır.  Təəssüf  ki,  cihadın  bu  növləri  dərindən
araşdırılmamışdır.  Ayə  və  rəvayətlərdə  geniş  yer  almış
cihadlardan  biri  nəfslə  cihaddır.  Həzrət  Peyğəmbər  (s)  nəfslə
cihad  haqqında  buyurur:  “Xoş  o  cəmiyyətin  halına  ki,  kiçik
cihadı yerinə yetirmişdir və böyük cihad qarşısındadır... Böyük
cihad həmin nəfslə cihaddır.”
“Cihad”,  “mücahidə”  dedikdə  qarşıda  durmuş  maneəyə
müqavimət  göstərilməsi  nəzərdə  tutulur.  Cihad  kəlməsini
eşidərkən  təsəvvürdə  cəbhə  və  döyüş  canlanır.  Amma  bə’zən
düşmən  gözlə  görünmür.  Daha  təhlükəli  olan  bu  yağı  insanın
daxilində  gizlənir.  Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Ən  yağı
düşmən sənin daxilindəki nəfsdir.”
“Böyük cihad” (“cihadi-əkbər”) dedikdə nəfs istəklərinə qarşı
mübarizə  nəzərdə  tutulur.  İnsan  öz  nəfs  istəklərinə  nəzarət
etməli,  onların  tüğyanını  susdurmalıdır.  Nəfslə  cihad  da


60
düşmənə  müqavimət  göstərməkdir.  Bu  düşmən  daxili
olduğundan onunla mübarizə daha da çətindir. 
İmam rahilin cihadi-əkbər barəsində dəyərli söhbətləri vardır.
Böyük  inqilab  rəhbəri  işə  öz  nəfsi  ilə  cihaddan  başlamışdır.
Yalnız  bu  cihadda  qalib  gəldikdən  sonra  islami  cəmiyyəti
süqutdan xilas etmək üçün ayağa qalxmışdır. Onun buyuruqları
xoşbəxtlik  yolunda  bizim  üçün  mayakdır.  Həqiqi  İslamı
diriltmiş  o  ilahi  insanın  buyuruqlarını,  kitablarını  yaddan
çıxarmamalıyıq.  Həmin  nəsihətlər  daim  qulağımızda  sırğa
olmalıdır. Hər şeydən qabaq nəfsimizlə cihada, özünü tərbiyəyə
başlamalıyıq  ki,  siyasi,  iqtisadi,  hərbi,  elmi  və  s.  mübarizə
meydanlarında qalib gələ bilək.
Hövzə  və  universitetin  məs’ul  olduğu  cihad  növü  “elm  yolu
ilə  cihaddır”.  Bu  iş  hövzə  və  universitet  könüllülərinin,
səfərbərlərinin  öhdəsindədir.  Yə’ni  bu  məs’uliyyət  özünü
“İmam Zaman  (ə)  əsgəri”  adlandıranlara  aiddir.  Bizlər  İmam
Zaman (ə) süfrəsinin ətrafından dolananlarıq. İnanırıq ki, ilahi
rəhmətə qovuşmaq üçün mə’sum imamlar bir vasitədir. “Camee
kəbirə”  ziyarətində  deyirik:  “Yağış  sizin  (mə’sumların)  pak
nurunuz bərəkətindən yağır.” Bu baxımdan tələbələrin vəzifəsi
çox ağırdır. Onların peşəsi, mə’lumatı, elmi imkanları bu yolda
öndə  getmələri  üçün  şərait  yaradır.  Universitet  tələbələri  və
digər  gənclər  bu  işdə  onlara  yardımçı  olmalıdırlar.  Bəli,  elmi
yolla cihad hamıdan çox ruhanilərə aid olan vəzifədir. 
ELMI MÜBARIZƏ ŞƏRAITI
1. DÜŞMƏNI TANıMAQ
Elmi  mübarizənin  şərtləri  ilə  tanış  olaq.  Əvvəla,  elm  və
mədəniyyət baxımından  düşməni tanımaq zəruridir.  Düşmənin
cəmiyyətə nüfuz yolları müəyyənləşdirilməlidir. Bundan sonra
düşmənə qarşı münasib silah hazırlanmalıdır. Hərbi meydanda
modern silahlara ehtiyac olduğu kimi, mədəniyyət hücumlarını
dəf etmək üçün də xüsusi metodlara ehtiyac vardır. Bu iş elm
adamlarının  dini  vəzifəsidir.  Hazırda  uyğun  cəbhədə  kifayət


61
qədər  qüvvəmiz  olmadığından  mütəxəssislərin  işi  çox  ağırdır.
Hərbi meydanda istənilən bir şəxs iştirak edə bildiyi halda elmi
mübarizə  meydanında  yalnız  təhsilli  müsəlmanlar  fəaliyyət
göstərə  bilir.  Bu  cihad  ilk  öncə  dini  elmi  mərkəz  alimlərinin
öhdəsindədir.  Bilməliyik  ki,  mədəni  təcavüz  Amerikanın  bir
ölkəyə  atom  bombası  atmasından  daha  təhlükəlidir.  Çünki
mədəni  təcavüz  müsəlman  gənclərin  imanını,  mə’nəviyyatını
hədəfə  almışdır.  Təəssüf  ki,  bu  hücumlar  nəticəsində  İslami
dəyərlərə  bir  çox  zərbələr  yetirilmişdir.  Düşmən,  xalqın
imanına  həmlə  edir,  onları  öz  dininə,  vətəninə,  taleyinə
biganələşdirir.  Xalqı  bu  təhlükələrdən  xəbərdar  etmək,  islami
mədəniyyəti tanıtdırmaq iman keşikçilərinin vəzifəsidir. 
2. NIYYƏT VƏ AMIL
Elmi,  mədəni  cihadın  digər  bir  şərti  ilahi  niyyətdir.  Uyğun
vəzifə  bu  cəhətdən  başqa  vəzifələrdən  fərqlənmir.  İnsanın
mə’rifəti  artdıqca  niyyəti  xalisləşir.  İşin  nəticəsi  iman
mərtəbəsi, mə’rifət və xalis niyyətdən asılıdır. İnsanın cəmiyyət
üçün  yerinə  yetirdiyi  dini  vəzifə  yalnız  o  vaxt  onun  özü  üçün
faydalı olur ki, niyyət ilahi, xalis olsun. Bir şəxs var-dövlətini
el  yolunda  xərcləyərkən  niyyəti  ilahi  olmasa,  gördüyü  işdən
zərrəcə  xeyir  götürməz.  Məsələn,  imkanlı  bir  adam  yalnız
ad-san,  “əhsən” xatirinə xəstəxana tikərsə, həmin xəstəxanada
yüzlərlə adam şəfa tapsa da, xəstəxananı tikənə faydası olmaz. 
Savaş meydanında böyük şücaətlər göstərib, şəhadətə yetişən
şəxs  dininə,  vətəninə  fayda  verdiyi  halda,  özü  öz
fədakarlığından  faydalanmaya  da  bilər.  Əgər  onun  niyyəti
ad-san olmuşsa, savabdan söhbət belə gedə bilməz. Bu barədə
maraqlı bir rəvayət nəql olunmuşdur:
Kafirlərlə  döyüşlərdən  birində  müsəlman  döyüşçü  böyük
şücaətlər  göstərir.  Həzrət  peyğəmbərin  (s)  yanında  durmuş
səhabələrdən  biri  soruşur  ki,  bu  döyüşçünün  məqamı  nədir?
Həzrət (ə) “heç nə” deyə ona cavab verir. Sual verən şəxs elə
düşünür  ki,  peyğəmbər  (ə)  həmin  döyüşçünün  fədakarlığını


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə