Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə16/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

55
be  mə’rufun  rolu  müstəsnadır.  İmam  Baqir  (ə)  buyurur:
“həqiqətən, əmr be mə’ruf və nəhy əz münkər peyğəmbərlərin
yolu, salehlərin üsuludur. O, elə bir mühüm fərizədir ki, digər
fərizələr onunla davam tapır.” Sözsüz ki, əmr be mə’ruf fərizəsi
bir  guşədə  ibadətə  məşğul  olan  sufinin  baxışları  ilə  uyuşmur.
İslam  buyurur  ki,  insanın  həm  özünə,  həm  də  başqalarına  aid
vəzifələri vardır. Əlbəttə, hər bir vəzifənin şərtləri mövcuddur.
Şərtlər  ödəndikdə  vəzifə  vacib  olur.  Dini  vəzifənin  vacib
olmasında  dünya  mədəniyyəti,  şəxsi  rə’y  heç  bir  rol  oynamır.
Həzrət Əli (ə) “vəzifən olmayan iş barədə düşünmə” deyərkən
“əmr be mə’ruf” kimi qəti vəzifəni nəzərdə tutmur. Həzrət (ə)
vəzifə  sayılmayan  iş  barədə  düşünməməyi  tapşırır.  Hansı  ki,
əmr  be  mə’ruf  ilahi  vəzifədir  və  bizi  cəmiyyət  qarşısında
vəzifəli edir. Həzrət (ə) öz vəsiyyətində əmr be mə’rufa də’vət
etməklə şübhələri aradan qaldırır. O, buyurur: “Yaxşı işləri əmr
et, özün də yaxşılıq əhlindən ol.”
ƏMR BE MƏ’RUF PEŞƏ DEYIL
Əmr  be  mə’ruf,  yə’ni  müsəlmanın  başqalarını  yaxşı  işlərə
də’vət etməsi təkcə cəmiyyətə yox, fərdin özünə də faydalıdır.
Çünki yaxşılığı təbliğ edən şəxs istər-istəməz özü də yaxşılığa
çalışır.  Amma  bu  o  vaxt  baş  verir  ki,  əmr  be  mə’ruf  ilahi  bir
vəzifə kimi icra olunsun. Təəssüf ki, bə’zən bu dini vəzifə peşə
kimi  başa  düşülür.  Belə  olur  ki,  bir  insana  əcr,  əvəz
müqabilində təbliğ etmək tapşırılır. Allaha yox, əvəzə görə əmr
be  mə’ruf edən  şəxsin  qəlbi  həmin  hissləri  yaşamadığından  o,
gördüyü işdən mə’nəvi fayda götürə bilmir. Digər bir tərəfdən,
əmr be mə’ruf edən şəxs özü günahkardırsa, onun sözlərinin elə
bir tə’siri olmayacaq. Çünki bu şəxs əmr be mə’rufa ilahi vəzifə
kimi  yox,  peşə  kimi  baxır.  Allah-təala  belələrini  məzəmmət
edir:  “Siz  insanlara  yaxşı  işlər  görməyi  əmr  etdiyiniz  halda,
özünüzü  unudursunuz?”  Əmr  be  mə’rufu  şər’i  vəzifə  bilənlər
isə bu yolda hətta canlarından keçməyə hazır olurlar. Onlar öz
vəzifələrini yerinə yetirmək üçün bütün qüvvələrini işə salırlar.


56
Belə bir əmr be mə’ruf həm cəmiyyətə, həm də fərdə xeyirlidir.
Yuxarıda  zikr  olunmuş  ayə,  təbii  ki,  belə  müsəlmanlara  şamil
edilmir.
Digər  bir  nöqtə  budur  ki,  əmr  be  mə’ruf  təkcə  dilə  aid  olan
vəzifə  deyil.  İnsan  bə’zi  şəraitlərdə  sözünü  əmələn  təsdiq
etməli  olur.  Elə  məqamlar  yarana  bilər  ki,  çirkin  bir  işin
qarşısını almaq lazım gələr. Amma nəsihət yolu ilə günahkara
tə’sir  etmək  və  ya  əmələn  günahın  qarşısını  almaq  mümkün
olmadıqda insanın qarşısında bir yol qalır. Həzrət Əli (ə) həmin
yolu  göstərərək  buyurur:  “Pis  iş  görənlərdən  uzaq  olmağa
çalış”.  Əmr  be  mə’ruf  və  nəhy  əz  münkər  gücü  olmayan  şəxs
günah  əhlindən  uzaqlaşmalıdır.  Əks-təqdirdə  onların  mənfi
tə’sirinə  mə’ruz  qalasıdır.  Günahkarla  yaxınlıq  nəticəsində
insanın  günaha  baxışı  dəyişir,  pis  işlər  yaxşı  görünməyə
başlayır. Ona görə də belə bir yaxınlıq qadağan olunur. 


57
YEDDINCI DƏRS
ELM YOLU ILƏ CIHAD
Allah  yolunda  lazımınca  cihad  et,  Allah  yolunda  ikən
kimsənin  məzəmmətinə  baxma,  haqqa  doğru  hərəkətin
çətin  vaxtı  harada  olsa,  meydana  gir,  dini  yaxşı  öyrən,
özünə  xoşagəlməz  işlər  qarşısında  dözümlü  olmağı  vərdiş
ver ki, səbr çox gözəl xasiyyətdir.”
Vəsiyyətnamənin  nəzərdən  keçirdiyimiz  hissəsində  tövsiyyə
olundu  ki,  həyat  boyu  ehtiyatlı  olmaq,  boş  yerə  danışmamaq,


58
bilmədiyin mövzulara girişməmək, nahaqdan başqalarının işinə
müdaxilə  etməmək,  nadanlıqdan  həzər  qılmaq,  yalnız  xeyir
məqsədlə söz demək, şübhəli mövzulara toxunmamaq lazımdır.
Deyilən sözlər “insan yalnız özü üçün yaşamalıdır” kimi yanlış
təsəvvürlər  yaratmasın  deyə,  Həzrət  (ə)  sözünün  davamında
bildirir  ki,  yaxşı  işləri  əmr,  pis  işləri  qadağan  etmək,  həm  əl,
həm  də dil  vasitəsi  ilə  xalqı  pislikdən  çəkindirmək  lazımdır.
Həzrət  (ə)  ictimai  məs’uliyyətlərimizi  xatırladır  və
məs’uliyyətlərin insanın özünə faydasını önə çəkir. 
İCTIMAI VƏZIFƏLƏRIN YERI
Hər  şeydən  qabaq  bu  nöqtəyə  diqqət  yetirmək  zəruridir  ki,
ictimai vəzifə cəmiyyət və fərdə fərdi vəzifədən daha tə’sirlidir.
İstər  fərd,  istərsə  də  cəmiyyət  ictimai  vəzifələrin  yerinə
yetirilməsindən  faydalanır.  Hər  bir  şəxs  cəmiyyət  üçün  yerinə
yetirdiyi  vəzifədən  ilkin  olaraq  özü  bəhrələnir.  İctimai
vəzifənin savabı həmin şəxsə çatır. İctimai vəzifə tərk olunarsa,
hamıdan qabaq onu tərk edən şəxs zərər görür. İctimai vəzifəni
tərk edən şəxs  həmin  vəzifənin  müsbət  tə’sirindən  məhrum
olmaqla yanaşı, onu tərk etdiyi üçün cəzalanır. 
Maraqlıdır  ki,  bə’zən  bir  ictimai  vəzifə  o  qədər  əhəmiyyətli
olur  ki,  onu  yüz  ibadətlə  əvəz  etmək  olmur.  Fərdi  ibadətin
savabı  ictimai  vəzifəni  təkr  etməyin  cəzası  ilə  bərabər  deyil.
Çünki  bə’zi  ictimai  vəzifələr,  o  cümlədən,  əmr  be  mə’rufun
bə’zi  mərtəbələri  və  Allah  yolunda  cihad  o  qədər
əhəmiyyətlidir  ki,  onların  tərk  olunmasının  zərəri  hər  hansı
müstəhəb  ibadətin  faydası  ilə  müqayisə  oluna  bilməz.  İnsanın
cəmiyyət qarşısındakı vəzifəsi onun özü üçün fərdi bir vəzifədir
və  bu  vəzifənin  nəticəsi  hamıdan  qabaq  onun  özü  üçün
mühümdür. 
Ona görə də fərdi vəzifə kimi ictimai vəzifəyə də əhəmiyyət
verilməlidir.  İctimai  vəzifələr  sırasında  əmr  be  mə’ruf  birinci
yerdə  dayanır.  Bu  vəzifənin  heç  vaxt  öhdədən  götürülməməsi
bir  daha  onun  əhəmiyyətini  göstərir.  Bu  vəzifə  bə’zən


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə