Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə12/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

41
Həzrət Əlinin (ə) bəyanından da mə’lum olur ki, çətinlikləri,
vəfasızlıqları,  bəlaları  yaxından  seyr  etməklə  qəlbimizi
tə’sirləndirə bilərik. Dünya təmtəraqlarını, bərbəzəklərini gözü
ilə  görən  insan  dünyaya  rəğbətlənir.  Qəlbdə  tarazlıq  yaratmaq
üçün  dünyanın  ağrılı  tərəflərini  də  gözlə  görmək  lazımdır.
Əks-təqdirdə,  insan  dünyaya  baş  qatmaqla  axirəti  unudasıdır.
Ona  görə  də  həzrət  buyurur:  “Qəlbinə  dünya  faciələrini
göstər.” (“bəssirhu faciəd-dünya”)
Ola  bilər  ki,  “bəssirhu”  “bəsirət”  mə’nasında  işlənmişdir.
Yə’ni  insan  aldanmamaq  üçün  dünyada  baş  verənlərə  bəsirət
(iç)  gözü  ilə  baxmalıdır.  Həzrət  (ə)  buyurmur  ki,  qəlbə
xatırladın. Məqsəd daha böyükdür. Çalışmaq lazımdır ki, qəlb
dünya faciələrini görsün. 
İBRƏT GÖTÜRƏN QƏLB... 
Vəsiyyətnamənin  davamında  həzrət  Əli  (ə)  dünya
keşməkeşlərindən  ibrət  götürməyə  çağırır:  “Həzzirhu
səvlətəd-dəhri  və  fuhşə  təqəllubihi  və  təqəllübəl-ləyali
vəl-əyyami.”  (“qəlbinə  dövranın  hücumlarından,  gecə  və
gündüzün təhlükələrindən həzər qıldır”) Dövran insanı məğlub
etmək məqsədindədir. İnsan qəlbi sonsuz istəklərə malikdir və
heç  vaxt  qane  olmur.  Bir  çox  qüdrətli  insanlar  dövrün
hadisələri qarşısında məğlub oldu, arzularına çata bilmədi. Ona
görə  də  insan  bu  hücumlardan  həzər  qılmalıdır.  Dünyanın
hücumları  çox  təhlükəlidir.  Bə’zi  insanlar  ehtiyatsızlıq
səbəbindən zirvədən uçuruma yuvarlanır, zəlil olurlar. Bu gün
qüdrət  zirvəsində  xumarlanan,  sabah  miskin  bir  varlığa
çevrilər. Bu tənəzzül yalnız maddi işlərə yox, mə’nəvi yönlərə
də  aiddir.  Elmdə,  təqvada,  mə’nəviyyatda,  irfanda  çox  ali
mərtəbəyə ucalmış bir çox şəxsiyyətlər qısa bir müddət ərzində
ağlasığmaz  bədbəxtliyə  düçar  olmuş,  bütün  qazanclarını əldən
vermişlər.  Qısa  ömür  ərzində  başımıza  elə  hadisələr  gəlir  ki,
əvvəlcədən  bu  hadisələri  təsəvvür  edə  bilməzdik.  İnanmaq
olmur  ki,  böyük  insanlıq  məqamına  yüksəlmiş  bir  şəxsiyyət 


42
qısa  bir  zamanda  ən  alçaq  heyvan  səviyyəsinə  enir.  Amma
bütün  bunlar  aşkar  həqiqətlərdir.  Bəli,  hər  an  bu  hadisələri
gözləməliyik.  Bu  hadisələr  bizi  qəfil  yaxaladıqda  bütün
varlığımız  təhlükə  altına  düşür.  Hər  birimizin  yolu  üstə
dayanmış  bu  hadisələrdən  həzər  qılmalıyıq.  Onlardan  ibrət
götürmək, arxayınlaşmamaq lazımdır. Pusquda durmuş bəlalara
diqqətsizlik həyatımızı puça çıxara bilər. 
BEŞINCI DƏRS 
İBRƏTDƏN QƏFLƏTƏDƏK
Qədimdəkilərin  xəbərlərini  qəlbinə  ərz  et,  onlardan
qabaqkıların başına gələnləri ona xatırlat, diyarlarını seyr
et,  nişanələrindən  ibrət  götür,  gör  nə  ediblər,  haradan
qalxıb,  haraya  düşüblər,  nədən  ayrılıb,  nədən  qəlb
döndəriblər.  Onda  görərsən  ki,  öz  dostlarından  ayrılmış,
tənhalığa  çəkilmişlər.  Sanki  sən  də  tezliklə  onlardan
olacaqsan.  Yerini  islah  və  abad  et,  axirətini  dünyana
satma.”


43
Sözsüz  ki,  keçmişdəkilərin  başına  gələnlər  gələcəkdəkilər
üçün  bir  işıqdır.  Yalnız  tarixi  bilməklə,  tarixdən  ibrət
götürməklə  bu  işıqdan  faydalanmaq  olar.  Həzrət  Əli  (ə)  oğlu
imam  Həsənə  (ə)  keçmişdə  baş  verənləri  düşünməyi  tövsiyyə
edir.  Bir  çox  şərafətli  insanlar  nəhayətdə  süquta  uğramış,
pisliyə  düçar  olmuşlar.  Eyni  zamanda  ilahi  hədləri  gözləyib,
yüksək  kamal  mərtəbəsinə  çatanlar  da,  Allah  dərgahına  üz
tutub,  Ona  yaxın  məqamda  yerləşənlər  də  vardır.  İnsan
keçmişdəkilərin  həyatına  nəzər  salmaqla  müvəffəqiyyətin
sirrini  aşkarlamalıdır.  İnsanın  xar  olma  səbəbləri  kəşf
olunmalıdır. Hansı işlər səadətə, hansı işlər bədbəxtliyə aparır?
Bir  sözlə,  keçmişdən  ibrət  götürmək  lazımdır.  Qur’ani-kərim
təkrar-təkrar  tapşırır:  “Yer  üzünü  gəzin  və  əvvəlkilərin
aqibətinin necəliyini görün.” 
HƏYATıN ENIŞ-YOXUŞU
İnsan bütün ömrünü çətinlikdə keçirir desək, düz olmaz. Hər
bir insanın taleyində həm şirin, həm də acılı günlər olur. İnsan
həyatın  nə  qədər  enişli-yoxuşlu  olduğu  barədə  düşünməli,
özünü çətinliklərlə mübarizəyə hazırlamalıdır. Yaxşı araşdırma
aparan  insan  iki  nöqtəni  daim  nəzərdə  saxlayır:  1.  Dünyanın
şirinlikləri  müvəqqətidir,  arxayınlaşmaq  olmaz;  2.  Dünyanın
acılıqları da müvəqqətidir, mə’yus olmaq olmaz. 
Buna  görə  də  dünyanın  şirinliklərinə,  müvəffəqiyyətlərinə
uymamalıyıq.  Qədimdəkilər  arasında  dünya  ne’mətlərinə  kim


44
bağlanmışsa,  bir  gün  ondan  ayrılmaq  məcburiyyətində
qalmışdır.  Biz  də  əlimizdəki  ne’mətlərə  bel  bağlamamalıyıq.
Bütün  bu  ne’mətlər  müvəqqətidir.  Bu  məsələlərdən  qəflətdə
qalan  insan  həyatın  eniş-yoxuşlarında  özünü  itirib,  süquta
uğrayır.  Amma  həqiqəti  tapmağa  müvəffəq  olanlar  dünya
ne’mətlərindən  məhrum  olduqda  belə  nigaran  olmurlar.  Onlar
əmindirlər  ki,  bu  çətinliklər  müvəqqətidir  və  tezliklə  başa
çatacaqdır.  Allah-təala  buyurur  :  “Həqiqətən,  hər  çətinlikdən
sonra bir yüngüllük gəlir.” Beləcə nə ne’mətlərə uymağa, nə də
çətinliklərdən
mə’yus
olmağa
dəyər.  Çünki
həyatın
eniş-yoxuşları çox olsa da, müvəqqətidir.
KEÇMIŞDƏKILƏR IBRƏTDIR
Keçmişdə  baş  verənləri  mütaliə  etmək  ibrət  üçün  ən  yaxşı
yoldur.  İncə  tarixi  faktlar  insan  ruhuna  böyük  tə’sir  göstərir.
İnsan  bu  tanışlıq  nəticəsində  hər  şeydən  əvvəl  dünyanın
müvəqqətiliyini  anlayır.  Qədim  sultanlıqlar,  saraylar,
hökumətlər, şəxsiyyətlər fəna olduğu kimi, biz də fəna olasıyıq.
Dünya  dayanacaq  yeri  yox,  keçid  yeridir.  Necə  tikilib  başa
gəldiyi  hələ  də  mə’lum  olmayan  Misir  ehramlarını
(piramidalarını)  yada  salın.  Bu  ehramlarda  yatan  fir’onlar  bir
zaman  hökm  sahibi  idilər.  Hanı  o  qüdrətli  insanlar?  Onlar  da
başqa ölülər tək səsini çıxarmır. Eyş-işrət içində yaşayıb ölənlə
fəqirlik içində dünyasını dəyişən arasında nə fərq görürsünüz?
Bütün  bu  deyilənlər  bizim  də  başımıza  gələsidir.  Dünyanın
sonu  ölümdür.  Dünya  həyatı  əbədi,  sonsuz  deyil.  Amma
ölümdən sonrakı həyat əbədidir. Həmin həyatda heç nəyə, heç
nəyə ölüm yoxdur. 
Məsələn,  bu  dünyada  sadə  bir  yanıq  insanın  ölümünə  səbəb
olur. Amma dünya odundan min dəfələrlə güclü cəhənnəm odu
günahkara  əzab  versə  də,  heç  vaxt  onu  yox  etmir.  Allah-təala
buyurur:  “...Dəriləri  yanıb  bişdikcə  onları  yenisi  ilə  əvəz
edəcəyik  ki,  əzabı  həmişə  dadsınlar.”  Başqa  bir  ayədə


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə