Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə9/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

30
olunur.  Qəlbin  faydalı
həyatı
onda
ilahi
meyllərin
hökmranlığından ibarətdir.  Qəlbin faydalı  ölümü  isə  ondakı
heyvani  meyllərin  məhvidir.  Bəs  faydalı  həyat  və  ölümə  necə
nail  olmaq  mümkündür?  Eləcə  də,  zərərli  həyat  və  ölümdən
necə yaxa qurtarmaq olar?
Həzrət  (ə)  qəlbin  dirildilməsi  üçün  belə  tövsiyyə  edir:
"Qəlbini  moizə  və  nəsihətlə  dirilt".  Bəli,  qəlbin  diriliyinə  nail
olmaq  üçün  ən  yaxşı  yol  moizə  dinləmək  və  nəsihətamiz
kitablar oxumaqdır. Məsələn, Qur’ani-kərimdən, Peyğəmbər (s)
və  Əhli-beytin  (ə)  moizələrindən  istifadə  olunmalıdır.  İnsan
özü  də  özünü  moizə  edə  bilər.  Hər  bir  şəxs  ilahi  nəsihətləri
xatırlayaraq öz nəsihətçisi, vaizi ola bilər. Moizələri dinləmək,
oxumaq, xatırlamaq vasitəsi ilə qəlb dirilə bilər. Bütün bunları
asanlıqla  təcrübədən  keçirmək  olar.  Moizələrdən  faydalanan
insan  öz  daxilində  müsbət  meyllərin  oyandığını  hiss  edir.
Məsələn, tənbəllik səbəbindən nafilə namazı qılmayan insan bu
mövzuda  moizə  dinlədikdən  sonra  həmin  ibadətə  həvəslənir.
Moizədən  qabaq  televizor  qarşısında  oturub,  vaxtını  faydasız
filmlərə baxmaqla keçirməyi üstün tutan adam moizədən sonra
Qur’an oxumağa, ibadətə üstünlük verir. Moizədən əvvəl axirət
barədə  düşünməyən  insan  moizədən  sonra  uyğun  movzuya
maraq göstərir, mütaliə etməyə çalışır. Çünki moizədən qabaq
onun  qəlbi  ölü  idi,  müsbət meyllər yatmışdır,  amma moizə
meylləri hərəkətə gətirdi, qəlb canlandı. 
Bəli, moizə ölü qəlbi dirildi bilər. Yə’ni moizə insan qəlbini
lazım  olan  istiqamətə  yönəldir,  müsbət  meylləri  hərəkətə
gətirir.  Bə’zən  də  yaş  həddi,  fizioloji  amillər  və  digər  təbii
vasitələr insandakı heyvani hissləri gücləndirir. Nəticədə insan
elm və bilikdən, ibadətdən uzaqlaşır. Bə’zən isə xarici amillər
insanı uyğun istiqamətə meylləndirir. Məsələn, bə’zi səhnələrin
seyri, bə’zi söhbətlərin dinlənilməsi uyğun meylləri gücləndirir.
Mənfi  meyllərin  güclənməsi  ehtimalı  gənclərdə  daha  çoxdur.
Pisliyə meylli gəncin də qəlbi diridir. Amma bu dirilik şeytana
doğru  hərəkətin  fəallığından    ibarətdir.  Belə  bir    diriliyə  son


31
qoyulmalıdır.  Bəs  bu  alovu  necə  söndürmək  olar?  Həzrət  (ə)
yol  göstərir:  "...zöhd  və  pəhrizlə  öldür".  Bəli,  insan  maddi
ləzzətlərə  təslim  olmamalıdır.  Təhrikedici  qidalar  qəbul  edən,
səhnələrə  baxan,  söhbətlər  dinləyən  insanın  qəlbində  şeytani
əhval  yaranır.  Bu  meyllərə  nəzarət  olunmalı,  hədd
qoyulmalıdır.  Mənfi  əhvaldan  qurtarmaq  istəyən  şəxs  yol
tapmalıdır.  Mənfi  meylə  səbəb  varsa,  təbii  ki,  o,  hərəkətə
gəlməlidir. Ona görə də səbəblə mübarizə aparmaq lazım gəlir.
Gənclərin fiziki və psixoloji durumundan asılı olaraq, xüsusi ilə
böhran dövründə olanlar arasında mənfi meyllərin fəallığı üçün
şərait  daha  münasibdir.  Dünyəvi  ləzzətlərlə  mübarizə  yolu
çoxdur.  Oruc  tutmaq,  ibadət,  ilahi  dəyərlər  haqqında  düşüncə
dünya ləzzətlərinə marağı azaldır. 
Deyilənlərdən  mə’lum  oldu  ki,  insanı  Allaha,  mə’nəviyyata,
kamilliyə  doğru  istiqamətləndirən  həyat  qəlb  üçün  müsbət
sayılır. İnsan vücudunda belə müsbət fəallıq varsa, onun qəlbi
diridir.  Belə  bir  fəallıq  əldə  etmək  üçün  ən  münasib  yol
moizədir.  İnsanı  axirət  və  axirət  dəyərlərinə  həvəsləndirmək
üçün  moizə  müstəsna  rol  oynayır.  Heyvani  şəhvətlərin,
meyllərin cilovlanmasından ibarət olan qəlb ölümü isə zöhd və
pəhriz vasitəsi ilə əldə oluna bilər. 
QƏLBI GÜCLƏNDIRMƏ YOLU 
Vəsiyyətin davamında Həzrət Əli (ə) qəlb üçün iki müsbət hal
və  bu  halların  əldə  edilmə  yolunu  göstərir:  “...Yəqinliklə
gücləndir,  hikmətlə  işıqlandır.”  Hər  bir  üzv  və  amil  yalnız
tələb olunan  şərtlər ödəndikdə  öz işini lazımınca yerinə yetirə
bilir.  Bu  amil  həm  bitki  və  heyvanlara,  həm  də  insanlara
münasibətdə  özünü  doğruldur.  Məsələn,  bədən  lazımınca
inkişaf  etmişdirsə,  insan  bir  çox  istəklərini  həyata  keçirməyə
qadir olur. Qəlb də belədir. O, yalnız o vaxt istəyinə çata bilir
ki, güclü olsun. Göstərdiyi sə’ylərdən asılı olmayaraq, istəyini
gerçəkləşdirə  bilməyən  qəlb  zəifdir.  Allah-təala  insana  məhz
istəklərini həyata keçirə bilməsi üçün qəlb əta etmişdir. 


32
Bəs qəlbi hansı yolla gücləndirmək olar? Qeyd etdik ki, insan
ruhu iki baxımdan diqqəti cəlb edir: elm və agahlıq yönü; meyl
və  istək  yönü.  Ruhun  dərk,  elm  və  agahlıq  yönü  daha
maraqlıdır. 
Qəlbin  elmi  yönü  yəqinlik  vasitəsi  ilə  güclənir.  Zəruri
bilikləri  qazana  bilən,  taleyüklü  e’tiqadi  mətləbləri  qavraya
bilən  qəlb  güclüdür.  Elmi  yəqinliyə  malik  olmayan,
şəkk-şübhələr  içində  vurnuxan  qəlb  isə  zəifdir.  Qəlb  istənilən
məqama  yüksəlmək  üçün  yəqinlik  dərəcəsinə  çatmalıdır.
Yəqinliyə çatmamış qəlb insanı həlak edəsidir. 
Qəlbini  gücləndirmək  istəyən  insan  yəqinlik  əldə  etməlidir.
Öz  mə’rifətinə  biganə  olan  şəxsin  qəlbi  zəifliyə  məhkumdur.
Allaha,  axirətə,  digər  zəruri  e’tiqadi  məsələlərə  münasibətdə
özündə  zəiflik  hiss  edən  insan  aram  dayanmamalıdır.  O,
yəqinliyə  çatanadək  çalışmalıdır.  Bu  istiqamətdə  fəaliyyət
göstərməyən  qəlb  günbəgün  zəifləyir,  nəhayət,  insan  süquta
uğrayır.  Bədən  də  belədir.  Bir  üzvü  fəaliyyətdən  düşmüş
orqanizm daim zəifləyir. Məsələn, bir neçə il bağlı qalmış göz
görmə  qabiliyyətini  itirir.  Bir  gözü  zəifləmiş  adama  məsləhət
görülür  ki,  güclü  gözünü  bir  müddət  bağlasın.  Bir  sözlə,
fəaliyyət  göstərməyən  istənilən  orqan  gücünü  itirir.  Qəlbi
gücləndirmək  üçün  də  onun  çalışdırılması,  dəlillər  vasitəsi  ilə
yəqinlik əldə olunması zəruridir.
Yəqinlik əldə etmək üçün çox yol var. Bu yollardan biri əqli
dəlillərlə  silahlanmaqdır.  Şübhədə  olan  insan  biganə
qalmamalı, möhkəm dəlillər əldə etməklə yəqinliyə çatmalıdır.
Yəqinliyi  olmayan  bütün  insanlar  problemlərlə  üzbəüzdürlər.
Qəlb zəifliyinin səbəbi tapılmalı və bu xəstəlik dərhal müalicə
olmalıdır. Allah-təala bu məqsədlə yollar müəyyənləşdirmiş və
şəkk-şübhəyə  aparan  işləri  qadağan  etmişdir.  Qur’ani-kərimdə
buyurulur: 
Allah-təala 
həmin 
məqsədə 
aparan 
yolu 
da
müəyyənləşdirmişdir.  Güclü  qəlb  istəyiriksə,  yəqinlik  əldə
etmək üçün çalışmalıyıq.


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə