Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə11/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

38
xatırlatmaq  lazımdır.  Ona  görə  də  Həzrət  (ə)  sözünün
davamında  “ona  fəna  olacağını  e’tiraf  etdir”  –deyə buyurur.
Bəli,  ömrün  məhdudluğuna,  dünyanın  faniliyinə  diqqət  nəfsi
ram edir. 
ARXAYıN (“MÜTMƏIN”) QƏLB
Yaxşı bilirik ki, hətta ram olmuş at da bə’zən süvarini narahat
edir. Yə’ni cilovu süvarinin əlində olsa da, arabir şıltaqlıq edir.
Demək,  onu  ram  etdikdən  sonra  da  iş  qalır.  Bu  iş  atı
sakitləşdirmək, bir növ arxayınlaşdırmaqdan ibarətdir. İnsan da
öz nəfsini ram etdikdən sonra onu sakitləşdirməlidir. Ona görə
də Həzrət (ə) sözünə belə davam edir: “Qəlbini Allah xofu ilə
arxayınlaşdır”.  Ram  olmuş  at  arabir  süvarini  narahat  etdiyi
kimi, ram olmuş nəfs də insanı narahat edə bilər. Demək, ram
etməkdən  əlavə  sakitləşdirmək  də  lazımdır.  Qəlbə  ölümü
xatırlatmaqla  onu  cilovlamaq,  sonra  isə  Allah  xofu  ilə
sakitləşdirmək  lazımdır.  Yalnız  bu  işlərdən  sonra  arxayınlıq
əldə edilir. Qəlbdə Allah xofu nə qədər çox olarsa, o bir o qədər
arxayın, sabit qalar. 
Ölüm fikri ilə qəlbini ram et, sonra isə Allah xofu vasitəsi ilə
onu sakitləşdir.
SƏBIR VƏ DÖZÜM
Qəlb  qeyd  olunan  sifətlərə  nail  olduqdan  sonra  onun  halını
qorumaq  lazım  gəlir.  Həzrət  (ə)  öz  vəsiyyətinin  davamında
qəlbi  qorumaq  yolunu  göstərir:  “Ona  səbir  libası  geyindir”.
Ərəbcə  alt  geyimi  “işar”,  üst  geyimi  isə  “disar”  adlanır.
Üst-üstə  libas  geyinənə  “muddəssir”  deyilir.  Həzrət  (ə)  “və
əş’irhu  bis-səbri”  buyurur.  Alt  geyimi  bədənə  yapışdığından
həzrət  “əş’irhu”  kəlməsini  işlədir.  Yə’ni  qəlbə  yapışası  bir
geyim. Bu geyim səbrdir. 
Amma uyğun kəlmə “agahlıq”, “şüar” mə’nasını da ifadə edə
bilər. Belə olsa, həzrətin “və əş’irhu bis-səbri” buyuruğu “səbri
qəlbinə  şüar  qərar  ver”  kimi  tərcümə  olunar.  Müharibə  vaxtı
deyilən şüarlar insanları mə’lumatlandırır, onlara agahlıq verir.


39
Vəsiyyətnamədə uyğun ifadə səbiri qəlb üçün şüara çevirməklə
dözümlü  olmaq  mə’nasını  daşıya  bilər.  Amma  birinci  mə’na
mövzuya daha münasibdir. Çünki həmin mə’naya görə səbirsiz
qəlb  üryandır  və  onun  libasa  ehtiyacı  var.  Üst  geyim  bədənə
boş  oturduğundan,  Həzrət  (ə)  alt  geyimi  nəzərdə  tutur.  Alt
geyim  bədənə  yaxın  olduğu  kimi,  səbir  də  qəlbə  yaxın
olmalıdır. 
İnsan  istəyinə  çatmadıqda,  bəlaya  düçar  olduqda,
xəstələndikdə,  kasıblıqda,  pis  qonşudan  əziyyət  çəkdikdə  iki
cür reaksiya verə bilər: ya təngə gəlib şikayətlənər, ya da səbir
edib çarə axtarar. Bu zaman ən mühüm məsələ düzgün qərara
gəlmək,  düzgün  münasibət  göstərməkdir.  Çünki  hər  iki
münasibət  insanın  özündən  asılıdır.  Özünü  düzgün  tərbiyə
etmiş  insan  çətinliklər  qarşısında  səbirli  olur.  Amma  yanlış
tərbiyəli adam bir anda özünü itirib, şikayətlənməyə başlayır. 
Qeyd etməliyik ki, səbirlə dözüm arasında fərq vardır. Bə’zən
zahirən sakit görünən insan daxildə iztirab çəkir. Bu iztirab ona
gündəlik  işlərin  yerinə  yetirilməsində  mane  olur.  Həmin  şəxs
rahat  görünsə  də,  zəif  insanlar  kimi  daxildə  narahat  olur.
Əslində isə insan daxilən rahat, aram olmalıdır. Daxilən səbrli
adam qarşısında duran vəzifələri müvəffəqiyətlə yerinə yetirir.
Zahirdə özünü dözümlü göstərib, daxildə iztirab keçirən insan
müvəffəqiyyət  qazana  bilmir.  Belə insan ömür-gününü havayı
yerə xərcləyir,  inkişaf edə bilmir.  Yalnız  daxilən  aram  olan
adamlar  öz  imkanlarından  düzgün  istifadə  etmək  gücündədir.
Heç  vaxt  rahat  yaşayış  intizarında  olmamalıyıq. Dünya  həyatı
problemsiz  ötüşmür.  İnsan  yaranış  baxımından  çətinliklərə
məhkumdur. Qur’ani-kərimdə buyurulur: “Biz insanı çətinlikdə
yaratdıq.” İnsanların üzləşdiyi problemlər fərqli olsa da, kimsə
problemsiz  deyil.  Əgər  özümüzü  çətinliklər  qarşısında  səbirli
olmağa hazırlasaq, işlərimizdə müvəffəq olarıq. İlahi tə’lim də
bunu öyrədir. Amma rahatlığa vərdiş vermiş insan çətinliklərlə
rastlaşan kimi özünü itirir. Çətinliklər qarşısında səbirli olmaq
müvəffəqiyyət  rəmzidir.  Bu  səbir  üst  paltar  kimi  (“disar”)


40
zahiri  olmamalı,  alt  paltar  (“işar”)  kimi  cana  yapışmalıdır.
Dözümsüzlük    pis  hal  olduğu  kimi,  zahiri  dözüm  də
xoşagəlməzdir. İnsan daxilən səbirli olmalıdır. 
EŞITMƏK GÖRMƏK KIMI OLARMı?
Qeyd  etdik  ki,  qəlbi  ram  etmək  üçün  ölümü  xatırlamaq
lazımdır.  Bəs  ölümü  necə  xatırlamaq?  İnsanlar  bu  məsələyə
münasibətdə  də  fərqlidirlər.  Bə’ziləri  ölüm  haqqında
düşünməklə  qəlblərində  bu  fikirə  daimi  yer  verirsə,  digərləri
yalnız  ölümlə  bağlı  səhnələri  müşahidə  edərkən  bu  barədə
düşünə  bilirlər.  Şübhəsiz  ki,  görmək  eşitməkdən  daha
tə’sirlidir.  İnsanlar  bir  çox  həqiqətlər  haqqında  mə’lumatlı
olsalar  da,  gözlə  müşahidə  etmədiklərindən  həmin  həqiqətlərə
diqqətsizlik  göstərirlər.  Həzrət  Musanın  (ə)  dastanını
xatırlayaq.  Musa  (ə)  Tur  dağında  olarkən  Allah-təala  ona
qövmünün  inəyə  sitayiş  etdiyini  buyurur.  Bu  xəbəri  eşidən
Musa (ə) ona  qəlbən  inansa da, bir o qədər də  narahat olmur.
Amma  qövmünün  yanına  qayıdıb,  onların  inəyə  (buzova)
sitayiş  etdiyini  gördükdə  çox  qəzəblənib,  dərin  iztirab  çəkir.
Qur’ani-kərimdə  buyurulur:  “Musa  qəzəbindən  lövhəni  yerə
atdı, qardaşının başına qışqırdı...” Bu qəzəbi doğuran Musanın
öz  gözü  ilə  gördüyü  səhnələr  oldu.  Hansı  ki,  nə  baş  verdiyini
əvvəlcədən bilirdi. Bəli, görmək eşitməkdən daha tə’sirlidir. 
İnsan  ölümü,  dünyanın  faniliyini  dərindən  hiss  etmək  üçün
yer  üzündə  baş  verən  faciələri,  sarayların  viran  qalmasını
yaxından  görməlidir.  Tarixi  mütaliə  etmək,  öyrənmək  faydalı
olsa da, gözlə görmək kimi tə’sirli deyil. Bəlkə də Allah-təala
bə’zən  bu  məqsədlə  insanı  seyr  etməyə  çağırır:  “Yer  üzünü
gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün”; “Yer üzündə
gəzib  görün  ki,  peyğəmbərləri  yalançlı  hesab  edənlərin  axırı
necə  oldu.”  Ayələrdə  insan  görməyə  də’vət  olunur.  Biz
müxtəlif  məntəqələrdə  baş  verən  zəlzələlər  haqqında  tez-tez
eşitsək  də,  yalnız  evimiz  zəlzələdən  titrədikdə  onu  daha
dərindən hiss edirik. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə