Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə10/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

33
İstənilən  bir  orqanizm  qida  maddələri  ilə  tə’min  olunduqda
onun  kamilliyi  artır.  Yə’ni  yeni  bir  hal  yaranır  və  bu  hal
orqanizmin  yeni  güc  əldə  etməsinə  səbəb  olur.  Qəlb  də
orqanizm  kimi  qidaya  ehtiyaclıdır.  Yəqinlik  bir  növ  qəlbin
qidasıdır.  Cəhalət  girdabında    çobalayan  qəlb  zəifləyir  və  bir
gün məhv olur. 
Qəlbin  vəzifələrindən  biri  yəqinliyə  aparan  elmlər  əldə
etməkdir. Bu istiqamətdə çalışan qəlb güclənir. Bütün qüvvələr
iş  vasitəsi  ilə  gücləndiyi  kimi,  qəlb  də  müsbət  fəaliyyətlər
vasitəsi  ilə  güclənir.  Amma  qəlb  öz  xüsusi  qidasını  qəbul
etməlidir.  Bə’zi  qidalar  orqanizmə  zərərli  olduğu  kimi,  qəlb
üçün  də  arzuolunmaz  qidalar  vardır.  Qəlb  mə’nəvi  qidalar
vasitəsi  ilə  güclənir,  onun  dərki,  elmi,  mə’rifəti  və  yəqinliyi
artır. 
Digər  bir  tərəfdən,  qəlbin  necə  qüvvətləndirilməsi  sualına
vəsiyyətin  növbəti  cümləsi  cavab  ola  bilər:  “və  nəvvirtu
bilhikməti”  (“hikmətlə  işıqlandır”).  Demək  olar  ki,  əksər
ayələrdə və rəvayətlərdə hikmət deyilərkən əməli hikmət, əməli
maarif  nəzərdə  tutulur.  Amma  əvvəlki  “yəqinliklə  gücləndir”)
tövsiyyəsində  nəzəri  maarifdən  danışılırdı.  Əməli  hikmət
dedikdə insanın əməlində zahir olan yəqinliklər nəzərdə tutulur.
Nəzəri  hikmət  isə  insanın  qəlbini  gücləndirən  həqiqi
e’tiqadlardan  ibarətdir.  Şəkk  vəziyyətində  qalıb,  həqiqətlərin
qəbulunda tərəddüd edən qəlb zəifdir. Şübhə küləkləri bu qəlbi
daim  titrədir.  Amma  yəqinliyin  daxil  olduğu  qəlb  sabitdir  və
küləklər  qarşısında  dözümlüdür.  Yə’ni  heç  bir  şəkk-şübhə  bu
qəlbi  titrədə  bilmir.  Çünki  bu  qəlb  yəqinlik  maarifi  ilə
möhkəmlənmişdir. Şəkkə düşən qəlb isə zərif budaq tək yüngül
mehin  də  tə’sirindən  hərəkətə  gəlir.  Şübhələr  qarşısında
möhkəm dayanacaq, süstləşməyəcək, iztirab keçirməyəcək qəlb
istəyiriksə, yəqinlik əldə etməliyik. 


34
HIKMƏT, BATIN NURU
Qəlbin  digər  bir  sifəti  onun  işıqlı  və  ya  qaranlıq  olmasıdır.
Əməli və nəzəri hikmətdən məhrum olan qəlb qaranlıqdır. Bu
qəlb nə edəcəyini, nəyə inanacağını bilmir. Qəlbi işıqlandırmaq
üçün  hikmət  qazanmaq  lazımdır.  Onu  işıqlandırmaq  üçün
hikmətə  ehtiyac  var.  Qəlb  həm  möhkəm,  həm  də  nurani
olmalıdır.  Çünki  bə’zən  qəlb  möhkəm  olsa  da,  yol  qaranlıq
olduğundan hərəkət edə bilmir. 
Qur’an  ayələri  və  rəvayətlərdə,  adətən,  əməli  hikmət  kimi
nəzərdə  tutulan  hikmət  yolu  işıqlandırır.  Əməli  hikmətdən
faydalanan insan nə etməli olduğunu bilir. Amma qəlb nə qədər
güclü  olsa  da,  qaranlıqda  qaldıqda  hansı  sifətlərə  yiyələnməli
olduğunu bilmir. 
Bəli,  qəlb  nəzəri  maariflə  güclənir  və  şübhə  tufanı  onu
yerindən  oynada  bilmir.  Əməli  hikmət  sayəsində  yol  işıqlanır,
qaranlıq  sədlər  aradan  qalxır.  “Qəvvihi  bil-yəqini”  tövsiyyəsi
yəqinliyin  qəlbə  faydasını  təsdiqləyir.  “Nəvvirhu  bil-hikməti”
tövsiyyəsi isə əməli hikmətin qaranlığı yardığını sübuta yetirir.
Qur’an  ayələri  müsbət  rəftar  dəlili  kimi  nuru  tanıtdırır.
Allah-təala  buyurur:  “Öldüyü  halda  diriltdiyimiz  və  xalq
arasında  dolanması  üçün  nur  verdiyimiz  kəs  qaranlıqda  qərq
olub, ondan çıxa bilməyən kəs kimi ola bilərmi?  Bu  həmin
nurdur  ki, insan  onun  vasitəsi  ilə  cəmiyyətdə  hərəkət  edir.
Demək,  insan  nura  möhtacdır  və  bu  nur  təqva  (pəhriz) 
sayəsində  əldə  olunur.  Digər  bir  ayədə  buyurulur:  “Ey  iman
gətirənlər,  Allahdan  qorxun  (təqvalı  olun)  və  Onun  rəsuluna
iman  gətirin  ki,  Allah  öz  mərhəmətindən  sizə  iki  pay  nəsib
etsin: yol ketməyiniz üçün sizə nur əta etsin və sizi bağışlasın.”
Həzrət  Əli  (ə)  “hikmət  vasitəsi  ilə  qəlbinizi  işıqlandırın”
buyurduqda əməli hikməti nəzərdə tutur. İnsanı düzgün rəftara
sövq edən əməli hikmətdir. 
Əlbəttə  ki,  Əhli-beyt  (ə)  buyuruqlarının  əhatə  dairəsi
sonsuzdur.  İnsan  düşüncəsi  bu  dərinliyi  dərk  etməkdə  acizdir.


35
Mə’sum  imamların  (ə)  buyuruqlarının  nurundan  imkan
daxilində çox istifadə olunmalıdır.
DÖRDÜNCÜ DƏRS


36
QƏLBIN HALLARı (2)
(Ey oğlum, öz qəlbini) ölümü xatırlamaqla zəlil et, fənalığı
e’tiraf etdir, Allah xofu ilə aram et, ona səbir libas geyindir,
dünya  faciələrini  göstər,  dövranın  hücumlarından,  gecə  və
gündüzün təhlükələrindən həzər qıldır.”
Qeyd olunduğu kimi, qəlbin iki mühüm vəzifəsi vardır: dərk
və  hərəkət  mənşəyi  olan  meyllər.  Əlbəttə  ki,  meyllər də  öz
növbəsində  iki  qismə  bölünür.  Meyllərin  bir  qismi  Allaha,
digər qismi şeytana istiqamətlənmişdir. Yə’ni qəlbdə həm ilahi,
həm də heyvani meyllər ola bilər. 
İnsanı  hərəkətə  gətirən  onun  qəlbindəki  meyllərdir.  Çünki
bütün ixtiyari hərəkətlər səbəbə ehtiyaclıdır. Hərəkəti doğuran
səbəb  olmalıdır.  Bə’zən  hərəkətə  gəlmiş  meyllər  insanı


37
müəyyən  bir  istiqamətə  yönəldir.  Beləcə,  heyvani  istəklər
qələbə  çaldıqda qəlb coşur,  heç  vəchlə  cilovlanmır. O,  tüğyan
qopararaq,  tə’lim  görməmiş  at  kimi  öz  sahibini  yerə  çırpır.
Bəli,  insan  qəlbi  bə’zən  vəhşi  at  kimi  islah  olmur.  Heyvani
istəklər,  məqampərəstlik,  cinsi  ehtiras  elə  tüğyan  qopara  bilər
ki,  onları  cilovlamaq  mümkünsüz  olar.  Vəhşi  ata  süvar  olmaq
necə  çətindirsə,  coşmuş  qəlblə  də  sağlam  həyat  tərzi  yaşamaq
müşküldür.  Bəs  bu  at  necə  cilovlanmalıdır?  Tüğyan  qoparmış
qəlbi necə ram etmək olar?
QƏLB RAHATLıĞı
Əgər  nəfs  və  ya  qəlb  heyvani  meyllər  hesabına  tüğyan
qopararsa,  onu  ram  etmək  çətin  olar.  İnsanı  özbaşına  nəfsin
bəlasından  yalnız  ölüm  haqqında  düşüncələr  xilas  edə  bilər.
Qəlbini  ölüm  haqqında  düşüncələrlə  sığallayan  insan  onu
sakitləşdirər,  ram  edər.  İnsan  ölümü  xatırlamalı,  ömürün  sona
yetəcəyi barədə düşünməli, bu günkü gücünə uymamalıdır. Hər
hansı yolla diqqətini  ölümə  yönəldən insan qəlb rahatlığı əldə
edə bilər. Bu sahədə nümunələr çoxdur. Hər birimiz təcrübədə
belə nümunələrlə qarşılaşırıq. Məsələn, diqqətimiz bir işə cəlb
olunduğu vaxt hansısa bir amil  diqqətimizi  həmin  işdən  ayıra
bilir. Nəfs gözlənilmədən ram olur. Belə bir hal dünyəvi işlərdə
də  baş  verir.  Qəlbin  ram  olunmağı  üçün  isə  ən  yaxşı  vasitə
ölümü xatırlamaqdır. İnsan  tezliklə dünyadan köçəcəyi  barədə
daim  düşünməlidir.  Ölüm  fikri  insanı  üsyankar  halətdən
uzaqlaşdırır,  qəlb  aramlıq  tapır.  Bütün  deyilənlər  həzrətin  (ə)
“qəlbini ölümü xatırlamaqla zəlil et” buyuruğunun mahiyyətini
açıqlayır. 
“Zəlil”  kəlməsi  (“zəlul”  –  “ram”)  “harın”  kəlməsinin
antonimidir.  İstər  “ram”,  istərsə  də  “harın”  kəlmələri  atın
sifətləridir.  Əgər  qəlb  harınlıq  edərsə,  onu  ölüm  fikri  vasitəsi
ilə ram etmək olar. 
Qəlbdə  ölüm  fikrini  gücləndirmək  üçün  ona  əbədi
yaşamayacağını,  bir  gün  öləcəyini,  fəna  olacağını  daim


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə