__________________Milli Kitabxana___________________
191
Bir əlac edin bu dərdə,
Qalmışıq belə, əlac edin,
Əlac edin, əlac edin,
Əlac edin, əlac edin!
H ə s ə n x a n--
Daha bəsdir!
T ə l x ə k--
Kimdir məni çağıran?
H ə s ə n x a n--
Kor oğlu!
Kor oğlunun çıxışları qəti tədbir istər,
E h s a n p a ş a--
Kor oğlunun çıxışları qəti tədbir istər.
H ə s ə n x a n v ə E h s a n p a ş a--
Əlac, əlac!...
H ə s ə n x a n--
Çıxın gedin, çıxın gedin,
Qalsın bəylər, əyanlar.
Məsələ olduqca çətin məsələ,
Ölkəni quldur, qaçaq almış ələ,
Koroğludur başçıları onların,
Qorxusu yox xandan o məlunların.
Yığmışdır başına quldurdan, oğrudan;
Qorxunc bir təhlükə olmuşdur doğrudan.
Tezliklə biz gərək, bir çarə eyləyək.
Koroğlunu öldürmək, məhv etdirmək!...
__________________Milli Kitabxana___________________
192
E h s a n p a ş a--
Göndərək Koroğlunu tutmaq üçün min nəfər.
O məlunu tutub gətirsin, müxtəsər.
B i r i n c i ə y a n--
Lazım olmaz min nəfər,
Beş yüz kifayət edər.
Məncə beş yüz olsa da,
Bəs min nəfərə, bəs.
İ k i n c i ə y a n--
Burda müşkül bir iş yox,
Gərək Koroğlunu məhv edək.
T ə l x ə k (gülür)--
Ha, ha, ha!...
H ə s ə n x a n--
Təlxək!
E h s a n p a ş a--
Ehtiyatla iş görmək gərək,
Güclü qoşun göndərək.
Koroğlunu məhv etmək, öldürmək.
İ b r a h i m x a n--
Sərkərdələr getsin,
Onu məhv eləsinlər.
Bu xalqa dərs olsun.
Düşmənə bir zərbə çalsın,
Bir əsər qalmasın.
__________________Milli Kitabxana___________________
193
B i r i n c i ə y a n--
Sürətlə getmək, tutmaq onu,
Tutub məhv etmək.
H a m ı--
Sürətlə onu öldürmək,
Məhv etmək, məhv etmək, öldürmək.
(Təlxək gülür.)
H ə s ə n x a n--
Təlxək, bu nə gülməkdir,
Bu nə istehza?!
H a m ı--
De görək sən bir!
Tə l x ə k--
Axı necə mən gülməyim
Bu cür axmaq sözlərə;
Dəli edib Koroğlu,
Salıb sizi düzlərə.
Koroğlunun üstünə
Göndərirsiz min əsgər,
Amma onu tutmağa
Kifayətdir bir nəfər.
H a m ı--
Bir nəfər?
T ə l x ə k--
Bir nəfər!
__________________Milli Kitabxana___________________
194
I.Koroğlunun bir atı var, (2 dəfə)
Qırat deyərlər adına. (2 dəfə)
Qırat yaman gündə yetər (2 dəfə)
Koroğlunun imdadına. (2 dəfə)
Koroglunun imdad?na, hey!...
Koroğlunun imdadına. (2 dəfə)
II.Bir nəfər igid gərək, (2 dəfə)
Atın oğurlasın onun. (2 dəfə)
Bu kələk yaxşı kələk. (2 dəfə)
Afərin ustadına! (2 dəfə)
Afərin ustad?na, hey!...
Afərin ustadına! (2 dəfə)
III. Bura gəlcək tutun onu, (2 dəfə)
Bağlayın əl-ayağın. (2 dəfə)
Bu kələk yaxşı kələk.
Afərin ustadına! (2 dəfə)
Afərin ustad?na, hey!...
Afərin ustadına! (2 dəfə)
E h s a n p a ş a--
Təlxəkdə ki, yox həya üzündə,
Lakin çox ağıllıdır sözündə;
Tək bircə nəfər gedərsə, bəsdir,
Qırat gətirilsə, cəng əbəsdir.
B i r i n c i ə y a n--
Çox doğru danışdı burda təlxək,
At gəlsə, gələr Koroğlu bişək.
İ k i n c i ə y a n--
Atsız yaşamaz Koroğlu bir an,
Dönməz o yəqin ki, Qıratından.
__________________Milli Kitabxana___________________
195
H ə s ə n x a n--
Hər kimsə Koroğlu səngərindən
Qıratı tutub gətirsə,
Məndən ənam alacaq, böyük bir ənam.
Kimdir, kimdir bu işə verən sərəncam?
H ə m z ə b ə y--
Bir şərt ilə mən gedib gətirrəm.
H ə s ə n x a n-
Qəlbin nəyi istəyirsə verrəm.
H ə m z ə b ə y--
Hər əmrin olursa hazıram mən,
Qorxmam, gedərəm, Nigarı versən.
Müddətdir mən aşiqəm Nigarə,
Mən tapmamışam bu dərdə çarə,
Hər əmrin olursa hazıram mən,
Qırat gələcək, Nigarı versən.
H ə s ə n x a n--
Verdim, sözüm üstə durmuşam mən,
Toy başlanacaq Qırat gəlirkən.
Çağırın Nigarı! Möhtərəm paşa,
İndi siz bir baxın o göz, o qaşa.
E h s a n p a ş a--
Bəh, bəh, üzündə var bahar, bu qızın;
Yolunda can qoymaq yarar bu qızın. Bəh, bəh!...
H ə s ə n x a n--
Həmzə bəy özü bir böyük qəhrəman,
Qıratın dalınca gedir sabahdan.
Dostları ilə paylaş: |