__________________Milli Kitabxana___________________
169
Söh r a b
Bəs ol kimdir elə izhar
Yanında pəhləvanlar var
Başı üstündə bir bayraq
Ucaldıblar uca kimdir.
Hüceyr
Odur məhbub Keykavus
Adıdır pəhlivani-Tus
Özü də norəz evladı
Şücai ruzi meydandır,
Söhrab
Bəs ol al rəngli bir xeymə
Kimindir qübbəsi almas
Müsəllh pəhləvan bir çox
Varıdır pasiban kimdir.
Hüceyr (kənara)
Əgər mən Rüstəmi versəm
Nışan oz oglu Sohraba
Ata ilə oğlu birləşsə
Edər dünyanı viranə.
H ü c e y r (Söhraba)
Onun heç bilmirəm adın
Gəlib bu ən qərib vəxtə
Özü biganədir bizdən
Bizə amma ki mehmandır.
Söhrab
Nədir adın kəşf eylə
Nişanı namını söylə.
Hüceyr
__________________Milli Kitabxana___________________
170
Adın mən bilmirəm hərgiz
Gəlibdir özgə yerlərdən
Budur axır sözüm istər
Birgə bendi zindandır.
(Gedirlər.)
Rüstəm
Nədəndir kim bu davaya könül zinhar meyl
etməz
Nə qədri kim qədəm qoysam, qədəm şovq ilə
getməz
Əcəb bir möhnəti üzmə könül gözlər bu
davadan
Gərək mən qan tökəm ya kim tökülsün öz qanım
axsın
Həmi dosti, həmi düşməni ona bu növ ilə
baxsın
Desinlər kimdir Rüstəm düşübdür ruhun
cismi
Budur kani şücaətdən qalıbdır təkcə bir
ismi.
(Söhrab gəlir.)
Söhrab
Mənə doğru söylə gəl mərdanə
Rüstəm-Zalsan aya ya nə
Sənə miyali könlüm çox-çox
Söylə zənnim gecdir ya yox.
Rüstəm
Gec gedib zənnin sənin etmə əcəb boylə xəyal
Rüsləm-Zal sənə görmək olur xeyli mahal
Zərbidəstim bildirir kim mən kiməm ey nocavan
Et süpər qalxaninı yoxsa ki qalmaz heç macal.
__________________Milli Kitabxana___________________
171
(Dava edirlər, Söhrab Rüstəmi yıxır yerə)
Rüstəm
Ey cavan, gəl mənə rəhm et başımı kəsmə
mənim
Məni rüsvay eləmə mərd ilə namərd baxar
Heyfdir bu qoca vaxtımda yerə qanım axar.
Söhrab
Dur ayağa, ey pəhləvan, öz qəlbini şad etginən
Get yaşa dünya üzündə bir cavanı yad etginən,
(Rüstəm durub məlul, mükəddər gedir.)
Hüceyr
Çox böyük səhv etdin, ey Söhrab, düşməni
öldürmədin
Əldə fürsət var ükərı öz özlüyän bildirmədin.
Söhrab
Kimdə var cürət qoysun bu meydana qədəm
Zərbi dəstindən bilər dünyada kim nə imiş ədəm.
Rustəm (çıxır)
Ey cavan, məğrur olma bunca zərbi
dəstəsinə
Söyləmə əfsanə sözlər qüvvətindən urma qəm.
Söhrab
Gəl gedək meydanə - gəl gedək meydanə
__________________Milli Kitabxana___________________
172
(İkisi də) Tiği-tiğə bağlayaq
Qəhri ilə keçti tutaq əflak qəlbini dağlayaq.
(Dava olur. Söhrab yıxılır. Rüstəm xəncərini onun ürəyinə sancır. Söhrab ölürkən oxuyur.)
Söhrab
Ey sitəmkar qanımı tökdün mənə rəhm etmədin
Mərdi namərd tək vurub əhvahına rəhm etmədin
Mən sənə verdim aman ta tökmədim al qanını
Sən də ey zalım çəkərkən xəncəri rəhm etmədin.
Bil bunu, ey bivəfa, Söhrabıdır adım mənim
Rüstəm-Zal oğluyam zalım mənə rəhm etmədin.
(Rüstəm hövlnak Söhrabın qolunıı açıb bazubəndi çıxardıb "Qatar" üstə oxuyur.)
Rüstəm
Bütün qəhri qeyzlə oğul vurdum sənə yarə
Mənəm Rüstəm oğul Söhrab ki etdim bəxtimi
qarə.
Söhrab
Nə xoşbəxtəm, ata, canı-tənimdə var ikən
canım
Səni gördüm məni əfv et sənə qurban bu al
qanım.
Rüstəm
Yeritdin ey fələk əmrin saldın əcəb dərdə
Ki oidum qatili Söhrab atası olduğum yerde
Əlimlə öz ciyərparəm olubdur qaninə qəltan
Eşit Təhminə, Söhrabın olubdur boylə gör qurban.
Milli Kitabxana
(
Rüstəm Söhrabı qucaqlayıb ağlayır.)
Mu s i q i
Xor
Etdin min zülm ilə (2 dəfə)
Söhrabı qətl sən (2 dəfə)
Bunca cövrü cəfa
Eylədin bəzl sən (2 dəfə)
Sən də bu vətən yoiunda (2 dəfə)
Etdin oğlunu qurban. (2 dəfə)
P
Ə R D Ə
173
__________________Milli Kitabxana___________________
174
KOROĞLU
5 PƏRDƏLİ OPERA
BİRİNCİ PƏRDƏ
Xor
Bu gözəl təbiət, bu şən mənzərə
Bir daha səadət verməz bizlərə;
Səadət verməz, səadət verməz, səadət verməz,
bizlərə, bizlərə, bizlərə.
Matəmə bürünmüş gözəl kəndimiz,
Görünür bu dünyada yox bəxtimiz.
Görmədik azadlıq üzü bir zaman,
Bizləri əzdi bəylər,
Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə)
V ə l i--
Dönmüşdür zəmanəmiz cəhənnəmə,
Mənim də varlığım bürünmüş qəmə.
N a d i r--
Həsən xan dünyanı dağıdır, didir,
Kəndləri talayır, xəlqi məhv edir.
Xor--
Doğrudur, xanlarda yoxdur mərhəmət;
Talanmış məmləkət, yanmış məmləkət.
Xan bilməz insaf, insanə cəbr edər,
Nadir, söylə görək daha nə xəbər?
Dostları ilə paylaş: |