Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə41/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

__________________Milli Kitabxana___________________ 

169 


 

Söh r a b 

 

Bəs ol kimdir elə izhar  



Yanında pəhləvanlar var  

Başı üstündə bir bayraq  

Ucaldıblar uca kimdir. 

 

Hüceyr 



 

Odur məhbub Keykavus 

Adıdır pəhlivani-Tus  

Özü də norəz evladı  

Şücai ruzi meydandır, 

 

Söhrab 



 

Bəs ol al rəngli bir xeymə  

Kimindir qübbəsi almas  

Müsəllh pəhləvan bir çox 

Varıdır pasiban kimdir. 

 

Hüceyr (kənara) 



 

Əgər mən Rüstəmi versəm  

Nışan oz oglu Sohraba 

Ata ilə oğlu birləşsə  

Edər dünyanı viranə. 

 

H ü c e y r (Söhraba) 



 

Onun heç bilmirəm adın  

Gəlib bu ən qərib vəxtə  

Özü biganədir bizdən  

Bizə amma ki mehmandır. 

 

Söhrab 



Nədir adın kəşf eylə  

Nişanı namını söylə. 

Hüceyr 



__________________Milli Kitabxana___________________ 

170 


 

 

Adın mən bilmirəm hərgiz  



Gəlibdir özgə yerlərdən  

Budur axır sözüm istər  

Birgə bendi zindandır. 

 

(Gedirlər.) 



 

Rüstəm 


 

Nədəndir kim bu davaya könül zinhar meyl 

etməz  

Nə qədri kim qədəm qoysam, qədəm şovq ilə 



getməz  

Əcəb bir möhnəti üzmə könül gözlər bu 

davadan  

Gərək mən qan tökəm ya kim tökülsün öz qanım 

axsın  

Həmi dosti, həmi düşməni ona bu növ ilə 



baxsın  

Desinlər kimdir Rüstəm düşübdür ruhun 

cismi  

Budur kani şücaətdən qalıbdır təkcə bir 



ismi. 

(Söhrab gəlir.) 

 

Söhrab 


 

Mənə doğru söylə gəl mərdanə  

Rüstəm-Zalsan aya ya nə  

Sənə miyali könlüm çox-çox  

Söylə zənnim gecdir ya yox. 

 

Rüstəm 



 

Gec gedib zənnin sənin etmə əcəb boylə xəyal  

Rüsləm-Zal sənə görmək olur xeyli mahal 

Zərbidəstim bildirir kim mən kiməm ey nocavan  

Et süpər qalxaninı yoxsa ki qalmaz heç macal. 



__________________Milli Kitabxana___________________ 

171 


 

 

(Dava edirlər, Söhrab Rüstəmi yıxır yerə)  



 

Rüstəm 


 

Ey cavan, gəl mənə rəhm et başımı kəsmə 

mənim 

Məni rüsvay eləmə mərd ilə namərd baxar  



Heyfdir bu qoca vaxtımda yerə qanım axar. 

 

Söhrab 



 

Dur ayağa, ey pəhləvan, öz qəlbini şad etginən  

Get yaşa dünya üzündə bir cavanı yad etginən, 

 

(Rüstəm durub məlul, mükəddər gedir.)  



 

Hüceyr 


 

Çox böyük səhv etdin, ey Söhrab, düşməni 

öldürmədin  

Əldə fürsət var ükərı öz özlüyän bildirmədin. 

 

Söhrab 


Kimdə var cürət qoysun bu meydana qədəm  

Zərbi dəstindən bilər dünyada kim nə imiş ədəm. 

 

Rustəm (çıxır) 



 

Ey cavan, məğrur olma bunca zərbi 

dəstəsinə  

Söyləmə əfsanə sözlər qüvvətindən urma qəm. 

 

Söhrab 


Gəl gedək meydanə - gəl gedək meydanə      


__________________Milli Kitabxana___________________ 

172 


 

(İkisi də) Tiği-tiğə bağlayaq 

Qəhri ilə keçti tutaq əflak qəlbini dağlayaq. 

 

(Dava olur. Söhrab yıxılır. Rüstəm xəncərini onun ürəyinə sancır. Söhrab ölürkən oxuyur.) 



 

Söhrab 


 

Ey sitəmkar qanımı tökdün mənə rəhm etmədin  

Mərdi namərd tək vurub əhvahına rəhm etmədin  

Mən sənə verdim aman ta tökmədim al qanını  

Sən də ey zalım çəkərkən xəncəri rəhm etmədin.  

Bil bunu, ey bivəfa, Söhrabıdır adım mənim  

Rüstəm-Zal oğluyam zalım mənə rəhm etmədin. 

 

(Rüstəm hövlnak Söhrabın qolunıı açıb bazubəndi çıxardıb "Qatar" üstə oxuyur.) 



 

Rüstəm 


 

Bütün qəhri qeyzlə oğul vurdum sənə yarə  

Mənəm Rüstəm oğul Söhrab ki etdim bəxtimi 

qarə. 


 

Söhrab 


 

Nə xoşbəxtəm, ata, canı-tənimdə var ikən 

canım 

Səni gördüm məni əfv et sənə qurban bu al 



qanım. 

 

Rüstəm 



 

Yeritdin ey fələk əmrin saldın əcəb dərdə  

Ki oidum qatili Söhrab atası olduğum yerde  

Əlimlə öz ciyərparəm olubdur qaninə qəltan  

Eşit Təhminə, Söhrabın olubdur boylə gör qurban. 

 



  

Milli Kitabxana  

 

 



 

 

(



Rüstəm Söhrabı qucaqlayıb ağlayır.) 

Mu s i q i 

Xor 

Etdin min zülm ilə (2 dəfə) 



Söhrabı qətl sən (2 dəfə) 

Bunca cövrü cəfa 

Eylədin bəzl sən (2 dəfə) 

Sən də bu vətən yoiunda (2 dəfə) 

Etdin oğlunu qurban. (2 dəfə)

 

 



 

 

 



 

P

 Ə R D Ə 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



173 


__________________Milli Kitabxana___________________ 

174 


 

KOROĞLU 

 

5 PƏRDƏLİ OPERA 

 

BİRİNCİ PƏRDƏ 



 

Xor 


 

Bu gözəl təbiət, bu şən mənzərə  

Bir daha səadət verməz bizlərə;  

Səadət verməz, səadət verməz, səadət verməz, 

bizlərə, bizlərə, bizlərə. 

 

Matəmə bürünmüş gözəl kəndimiz, 



Görünür bu dünyada yox bəxtimiz. 

Görmədik azadlıq üzü bir zaman,  

Bizləri əzdi bəylər, 

    


Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə) 

 

V ə l i-- 



 

Dönmüşdür zəmanəmiz cəhənnəmə,  

Mənim də varlığım bürünmüş qəmə. 

 

N a d i r-- 



 

Həsən xan dünyanı dağıdır, didir,  

Kəndləri talayır, xəlqi məhv edir. 

 

Xor-- 



 

Doğrudur, xanlarda yoxdur mərhəmət;  

Talanmış məmləkət, yanmış məmləkət.  

Xan bilməz insaf, insanə cəbr edər,  

Nadir, söylə görək daha nə xəbər? 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə