Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə40/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   36   37   38   39   40   41   42   43   ...   102

__________________Milli Kitabxana___________________ 

164 


 

Gedibən canımı qurban eləyim canına mən  

Bilmişəm Rüstəmi-Zal nə olmuş getməm  

İzn ver sən də, anam da mənə, ey şah babacan  

Ta gedim bir görüm o şiri-jəyan Rüstəmi mən. 

 

Şah 



 

Get bala, get sənə mən getməyə rüsxət verdim  

Görgünən Rüstəm-Zalı pədərindir o sənin. 

 

(Təhminəyə) 



 

İzn ver, Təhminə, sən də nəyə lazım gıryə  

Qoy oğul görsün atasın ki, ərindir o sənin. 

 

(Vəzirlərə) 



 

Söyləsinlər qoşuna hazır olun meydanə  

Hər nə var tiğü kaman, nizəyi-xəncərlə belə  

Eyliyir əzmi səfər Rüstəm-Zal oğlu bu gün  

Görəcəkdir atasın cəng edəcək mərdanə. 

 

(Qoşun daxil olur, marş ilə oxuyur.)  



 

X o r 


 

Cəng əhliyiz biz - cəng əhliyiz biz    

Cəng əhliyiz biz-cəng əhliyiz biz.    

 

(Söhrab davaya hazır olub, anası ilə əlvida eləyir.)  



 

Söhrab 


 

Səlamət qal anacan həlal et oğlunu bəlkə  

Gedər-gəlməz olur rahim deyil ovdet mənə 

qismət  


Könlümdə bir arzum vardır, görüşməkdir 

atam ilə 




__________________Milli Kitabxana___________________ 

165 


 

Qəm etmə, ağlama billah nə lazım bır belə 

möhnət  

Xudahafiz, xudahafiz məni gözlər qoşun  

əhli 

Gedək meydanə yüz tutduq görək neylər qəza 



qüdrət. 

 

(Təhminə təsnif oxuyur. M u s i q i)  



 

Təhminə 


 

Oğul rəhm et - qoyma məni  

Necə qalım - mən sənsiz  

Sən gəlincə - mən dözmərəm  

Necə qalım - mən sənsiz. 

 

(Ağlayır.) Söhrab 



 

Ana, ana - sən qəm çəkmə Rahət yaşa - sən mənsiz. 

(Marş çalınır, "Cəng əhliyiz biz" oxunur, pərdə düşür.)  

 

PƏRDƏ 



 

 

 

ÜÇÜNCÜ MƏCLİS 

 

Vaqe olur Keykavusun bargahında; təxta əyləşmiş, vəzirlər yanında, musiqi çalınıb 



bezəndələr oynayırlar. Bir qədərdən sonra xor daxil olub təzim edir.) 

 

Keykavus 



 

Nə vardır kim pərişansız  

Nədir bais ki heyransız 

 

  




__________________Milli Kitabxana___________________ 

166 


 

Edin agah məni  

Edim yox düşməni  

Deyin nolub  

Sizə etmiş əsər. 

 

(M u s i q i)  



 

Xor 


 

Rüstəmin oğlu Söhrab  

Kimsə etməz ona tab  

Cəngə əzm eyləmişdir  

Xeyli qoşun çəkmişdir  

Qəsd etmiş İrana  

Qoysun onu virana  

İntiqam alsın ondan  

Qanına etsin qəltan  

Əmr vercək qoşun  

Dəf eylə düşməni  

Sən çağır tez gələr  

Pəhləvan Rüstəmi  

Cəngə, qoy Rüstəm getsin  

Oğlunun dəfin etsin  

Əvvəl ol davada  

Qətl etsin Söhrabı. 

 

Keykavus (fikirli



 

Göndərin-göndərin  

Rüstəmi çağırsınlar  

Qoşuna əmr olsun cəngə  

Qoşuna əmr olsun cəngə. 

 

(Qıza) 



 

Yanıma gəl, dilbər, yanıma gəl    

Yanıma gəl et məni şad. 2 dəfə 

     


  


__________________Milli Kitabxana___________________ 

167 


 

(Musiqi çalınır, qız oynayır, sonra Rüstəm daxil olur.) 

 

Keykavus 



 

Nə cürət etdin, ey Rüstəm 

Hüzuri şaha gec gəldin 

Əcəb bu cür rəftarı 

Mənimçün sən rəva gördün 

Mənəm Keykavus ol şəh kim 

Bütün İran edər səcdə (2 dəfə) 

Xilaf əmrim olmaqda 

Nə cürət var bir kəsdə 

Nə lazım sən kim əlindən bir şey gəlməz 

Sənin tək pəhləvanlarım mənim çoxdur bunu bil 

Sən hüzurumdan çəkil. (2 dəfə) 

 

(M u s i q i)  



 

Xor 


 

Ey padşah - rəhm eylə bizə  

Qoyma düşmənə - ta olaq fəda. 

 

(Rüstəmə) 



 

Ey pəhləvan - rəhm elə bizə  

Qoyma düşmənə - ta olaq fəda. 

 

Rustəm 



 

Bəsdir, ey şah, bu qədər qeyzidə tüğyan etdin  

Gəlməyimdən məni bu şəhrə peşiman etdin.  

Hamı işlər sənə dünyada bu gün təng olmuş  

Əjdaha tək dəminə çun səni Söhrab almış  

Bedtər olmuş belə gün gündən işlər dünyada  

Olmasam mən gedəcək taxtilə tacın badə  

Mənəm ol Rüstəm dəstan ki, ismi-pakim  

Külli dünyanı tutub, sən kimidən yox bakim. 

 



__________________Milli Kitabxana___________________ 

168 


 

 (İstəyır getsin, padşah saxlayıbdeyir) 

 

(M u s ı q ı)  



 

Keykavus 

 

Rüstəm, gəl barışaq (2 dəfə)  



Lazımdır ittifaq. (2 dəfə) 

 

Xor 



 

Rüstəm, gəl barışaq (2 dəfə)  

Lazımdır ittifaq (2 dəfə)  

Cəngə qoyduq qədəm (2 dəfə)  

Düşmən olsun ədəm. (2 dəfə) 

 

PƏRDƏ 



 

DÖRDÜNCÜ MƏCLİS 

 

(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)  



 

Söhrab 


 

O kimdir ki, gəl mono söylə  

Cəlal cahı var boylə  

Di gəl adm bəyan eylə  

Mənə olsun əyan kimdir. 

 

Hüceyr 



 

Onun adı Keykavus  

O taxtı zərnigar üstə  

Kim ətrafı qoşun dəstə  

O şalı-gül İrandır. 

       


  


Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə