Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   2   3   4   5   6   7   8   9   ...   102

__________________Milli Kitabxana___________________ 

 



tini, ictimai fikir tarixini Üzeyir Hacıbəylisiz tesəvvür etmək qeyri-mümkündür. 

Keçən  əsrin  əvvəllərində C.Məmmədquluzadə yeni realist-satirik publisistikanın, 

hekayənin, M.Ə.Sabir yeni şerin,  Ə.Haqverdiyev yeni dramın bayraqdan idisə, 

Üzeyir Hacıbəyli inqilabi-demokratik publisistikanın yeni çalarlarının, "ədəbiyyat 

tariximizdə misli görünməyən yeni, realist məzhəkələrin"

1

 yaradıcısı olmuşdur. 



Böyük Üzeyirin çoxçalarlı  zəngin yaradıcılığı  həmişə müasir tənqid və musiqi 

ədəbiyyatşünaslığının diqqət mərkəzində olmuşdur. Onun məftunedici musiqisi, 

publisistikası, etik, estetik və ictimai-siyasi görüşləri, jurnalistik fəaliyyəti və 

dramaturgiyası haqqında S.Vurğun, M.Arif, M.C.Cəfərov, Ə.Sultanlı, M.İbrahimov, 

F.Köçərli, F.Hüseynov, R.Nağıyev, Q.Məmmədli, Q.Qasımov, E.Abbasova, 

X.Məlikov, C.Quliyev, Y.Şirvan və s. kimi görkəmli alim və yazıçılar qiymətli 

fikirlər söyləmişlər. Bundan sonra da Üzeyir irsi haqqında yeni-yeni əsərlərin 

yaranacağı şübhəsizdir. 

Üzeyir  Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Azərbaycanın 

səfalı güşələrindən biri olan Ağcabədidə anadan olmuşdur. Atası  Əbdülhüseyn 

Hacıbəyli  Şuşanın maarifpərvər ziyalılarından biri olmuş, ağcabədili Kərbəlayı 

Ələkbər bəyin qızı  Şirin xanımla evlənmıişdir.  Əbdülhüseyn Hacıbəyli təxminən 

1901-ci ildə  vəfat etmişdir. Üzeyir Hacıbəylinin uşaqlıq və  gəncliyinin ilk çağları 

Şuşada keçmişdir.  Şuşa yalnız öz təbii gözəlliyi, tarixi yaraşığı ilə deyil, həm də 

özünün elmə, mədəniyyətə,  ədəbiyyat və incəsənətə verdiyi böyük şəxsiyyətləri ilə 

nəzəri cəlb etmişdir. Pənahabad kimi tarixə daxil olan, Şuşa kimi məşhurlaşan bu 

şəhər Vaqiflərin, Zakirlərin, Natəvanların, Cabbar Qaryağdıoğlaarın, Seyid və Xan 

Şuşinskilərin ilham mənbəyi olmuşdur. Respublikamızın ilk musiqi ocağı kimi şöhrət 

qazanan Şuşa Üzeyir Hacıbəyli üçün də ilk yaradıcılıq qaynağı idi. Üzeyir Hacıbəyli 

haqlı yazır ki, "...Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə 

və sazəndələrdən almışam. O vaxt mən "Muğam" və "Təsnif oxuyardım. Səsim 

xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər..."

2

Üzeyir Hacıbəyli 



ibtidai təhsilini  Şuşada, Nikolayevski adına rus-tatar məktəbində almışdır. 

Uşaqlıqdan təbiətdən zövq alan, el ruhunda tərbiyələnən Üzeyir sənətə böyük həvəs 

gostərmiş, zəngin xalq yaradıcılığı ilə maraqlanmağa başlamışdır.  Şagird ikən bir 

neçə kiçik nağıl toplamış, üzünü köçürmüş  və bir kitabça tərtib elmişdir. Üzeyir, 

1899-cu ildə  Şuşa rus-tatar məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək 

məqsədi ilə Zaqafqaziya müəllimlər seminariyasına daxil olur. Seminariya illəri 

Üzeyirin dünyagörüşünün inkişafında mühüm rol oyna- 

                                                            

1

 

Ə.Sultanlı, Azərbaycan dramaturgiyasnın inkişaf tarixindən. B., Azərnəşr, 1964, səh.276.



 

2

Q.Məmmədli. Üzeyir Hacıbəyov. 1895-1948. Həyatı  və yaradıcılıq salnaməsi. B, Yazıçı, 1984. 



səh.7. 

 



__________________Milli Kitabxana___________________ 

 



yır. Tələbəlik həyatı, buranın müxtəlif millətlərdən olan qabaqcıl dünyagörüşlü insanları 

Üzeyirdə  vətən qürurunu daha da qüvvətləndirir. O, kütləvi fənlərlə yanaşı, bilavasitə 

musiqi təhsili və  nəzəriyyəsi ilə bağlı olan elmlərlə  də maraqlanır, bir sıra alətlərdə 

çalmağı öyrənir. Tələbəlik illəri haqqında Üzeyir Hacıbəyli yazır: "...Seminariyada 

skripkada, violonçeldə  və  nəfəsli alətlərdə çalmağı öyrəndim. Mən orada musiqi 

nəzəriyyəsi haqqında da az-maz məlumat ala bildim". 

Üzeyir Hacıbəylinin seminariya təhsili haqqındakı məlumatlarda diqqəti daha çox iki 

məsələ  cəlb edir. Onlardan biri Üzeyirin xarakterinə tam uyğun olan vətəndaşlıq borcu, 

digəri isə bu borcu yerinə yetirmək cəhdi. Üzeyir Hacıbəyli boş yerə əmək və vaxt sərf 

etməmiş, hər günün qədrini bilmiş, hər anın ictimai dəyərini nəzərə almışdı. Həqiqi 

istedadını tapana, üzə çıxarana qədər özünü müxtəlif sənət sahələrində yoxlamış, sınaqdan 

keçirmişdir. Gah müxtəlif musiqi alətlərində çalmış, gah resm çəkmiş, bəzən şən, gümrah 

olmuş, bəzən də uzun müddət fikrə dalmışdır. Bütün bunlarla yanaşı o, seminariya 

illərində "Şərq musiqi və nəğmə məsələlərində... misilsiz avtoritet, tənqidçi və icraçı ustad 

Üzeyir"

1

 kimi tanınmışdır. Bu tələbə müvəffəqiyyəti də Üzeyiri razı salmırdı. Ona görə də 



daha ciddi, daha məhsuldar işləyir, xalqının ehtiyaclarını yüngülləşdirmək üçün yeni 

yollar və formalar axtarırdı. Hətta bir dəfə semmariyanın son kursunda ikən imtahan üçün 

"Mən gələcəkdə nə iş görəcəyəm" mövzusunda yazdığı inşada, "mən məktəblərimiz üçün 

ana dilində  tədris olunmaqdan ötrü dərs kitabları  tərtibb edəcəyəm" yazmışdı. Bu, əsl 

vətəndaşlıq idi. Gələcəkdə xalqın, Vətənin inkişafı yolunda bütün bilik və bacarığını 

əsirgəməyən bir gəncin, tələbə Üzeyirin andı idi. 

1904-cü ildə Üzeyir Hacıbəyli Qori seminariyasını bitirib Şuşanın yaxınlığında 

Cəbrayıl uyezdinin Hadrud kənd məktəbinin 3-cü paralel sinfinə müəllim təyin olunur. 

Üzeyir Hacıbəyli yalnız dərs deməklə kifayətlənmir. Bir sıra mətbuat orqanları ilə əlaqə 

saxlayır. "Kaspi" qəzetində "U" imzası ilə yazılar çap etdirir. Qəzetin sentyabr, oktyabr, 

noyabr və dekabr nömrələrində ədibin bir neçə məqaləsi çap olunur. 1905-ci ildə Üzeyir 

Hacıbəyli Hadruddan Bakıya qayıdır və "Həyat" qəzetində işə girir. Bu barədə o özü yazır 

ki, "...1904-cü ildə seminariyanı bitirdikdən sonra bir il kənddə müəllimlik etdim, ondan 

sonra Bakıya gəldim. 1905-1908-ci illərədək pedaqoji sahədə çalışıb Bibiheybət 

rayonunda və şəhərdə müəllimlik edib, eyni zamanda redaksiyalarda çalışırdım". 

Bakı həyatı, inqilablar şəhərinin ictimai-siyasi hadisələri gənc Üzeyiro təsirsiz qalmır. O, 

tez bir zamanda ictimai həyat axınına düşür, zamanın qabaqcıl ideyalarının təsiri altında 

onun dünyagörüşündə yeni meyllər yaranır. 

                                                            

1

Q.Məmmədli. Göstərilən əsəri, səh.14. 



 


Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə