Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə5/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   2   3   4   5   6   7   8   9   ...   102

__________________Milli Kitabxana___________________ 

12 


 

ədəbiyyatımıza böyük hədiyyədir. Onun müəllifinin adı isə artıq Axundzadə

Vəzirov, Haqverdiyev kimilərinin sırasında yer tut- 

muşdur..


1

'". Üzeyir Hacıbəylinin ən böyük xidmətlərindən biri bunda idi ki, o, hər bir 

yeni  əsərinin müvəffəqiyyətindən son dərəcə düzgün nəticə çixarır, arxayınlaşmır, 

həmin xətti davam etdirirdi. 

Buna görədir ki, ədib-bəstəkarın əsərlərinin yaranma tarixləri arasında o qədər də 

böyük vaxt fərqi yoxdur. "O olmasın, bu olsun"un təsiri qurtarmamış Üzeyir 

Hacıbəyli "Şah Abbas və Xurşidbanu" operasını yazır. "Baku" qəzeti 19l2-ci il 11 

aprel tarixli nömrəsində yazır: "Aprelin 9-da Tağıyev teatrında talantlı samorodok 

müsəlman kompozitoru Hacıbəyli cənablarının "Şah Abbas" operası oynandı... 

Teatr tam mənası ilə ağzınadək dolu idi. Tamaşaçılar Şah Abbasın "xalq kütləsi 

içərisinə girməsi hadisəsini" böyük diqqətlə izləyirdi... 

Tar və kamança müşayiəti ilə çalınan xalq mahnıları diqqətlə dinlənilirdi... 

Artlstlər və Hacıbəyli dəfələrlə səhnəyə çağırıldılar"

2



19l2-ci ildə tamaşaya qoyulan "Əsli və  Kərəm" operası Üzeyir Hacıbəylinin 

sənətkar  şöhrətinə  dəyərli  əlavə oldu və Üzeyirin adını görkəmli bəstəkar kimi də 

əbədiləşdirdi. Həmin ilin 20 may nömrəsində "Baku" qəzetində dərc olunan "Q.M." 

imzalı bir məqalədə deyilir: "Mən Uzeyir bəy Hacıbəylinin operalarının hamısını 

görməmişəm, lakin mayın 18-də Mayılov teatrında "Əsli və  Kərəm" operası birinci 

dəfə oynandığı zaman deyirdilər ki, bu opera bizim gənc kompozitorun qələmindən 

çıxmış operalardan yüksəkdir... 

Müəllifi çağırdılar, artistlər onu çiyinlərində  səhnəyə  gətirdilər. Hacıbəyli layiq 

olduğu şiddətli və gurultulu alqışlarla qarşılandı. 

Teatr ağzına kimi dolu idi. Tamaşaçıların xahişinə görə bu opera mayın 22-də 

təkrar oynanacaqdır". 

Üzeyir Hacıbəyli bütün bu müvəffəqiyyətlər içərisində böyük narahatçılıq 

keçirirdi. O, daha yüksək səviyyəli  əsərlər yazmaq üçün özündə  həvəs, qüvvə, güc 

hiss etsə  də, dərin musiqi savadı, mükəmməl musiqi nəzəriyyəsi və maddi imkan 

sahəsində korluq çəkirdi. Ona görə  də oxumaq, təhsilini artırmaq və dünya musiqi 

mədəniyyətinə daxil ola bilən bir istedad sahibi kimi yetişmək istəyirdi. Üzeyir 

Hacıbəyli bu arzusunu həyata keçirmək məqsədi ilə 1912-ci ildə iki il müddətinə 

Moskvaya oxumağa gedir. Maddi cəhətdən təmin olunmaq, təhsilini yarımçıq 

qoymamaq üçün yazdığı "Ər və arvad", "Leyli və Məcnun" və başqa səhnə əsərlərini 

"Nicat" cəmiyyətinin ixtiyarına verir. "Nicat" cəmiyyəti də ildə 3000 manat olmaq 

şərtilə Üzeyir Hacıbəyliyə ayda 250 manat pul göndərməyi vəd edir. Bu haqda 

Üzeyir Hacıbəyli dostu, yazıçı-bəstəkar M.Maqomayevə yazdığı məktubların birində 

                                                            

1

 



"Zaqafqaziya" qəzeti, 1911, 29 iyun.

 

2



 

"Baku" qəzeti, 1912, 20 may.

 



__________________Milli Kitabxana___________________ 

13 


 

deyir: "Nicatın fırıldaqçıları bizi aldatmaq istəyirlər. Mən nəinki onların iki ildən 

sonra mənə 

verməli olduqları  məbləğin  əlimdən çıxacağından, həm də  mənə layiq məvacib 

verməkdən bir gim imtina edəcəklərindən qorxuram. Əgər bu qorxuma sən də 

şəriksənsə, məni qabaqcadan xəbərdar et, bir tədbir görüm, yoxsa çıxılmaz 

vəziyyətdə qala bilərəm

1

". 



Nəinki dostlar, qohumlar, hətta dövrün bütün qabaqcıl ziyalıları Üzeyir 

Hacıbəylini düzgün başa düşür, onun maddi vəziyyəti və imkanı ilə əlaqədər bütün 

söhbətlərini ictimai mənada dərk edir, musiqi mədəniyyətimizin gələcək inkişafı 

üçün  əllərindən gələni  əsirgəmirdilər. "Yeri gəlmişkən bir məsələyə  də toxunmaq 

istərdik. Bu da Cabbar Qaryağdı  oğlunun 1912-ci ildə Varşavadan qayıdarkən o 

zaman Moskvada təhsil alan Üzeyir Hacıbəylinin şərəfinə bir neçə konsert verməsi 

və bundan yığılan vəsaitin gənc bəstəkarın təhsilinə  və qeyri ehtiyaclarına sərf 

edilməsi məsələsidir"

2



Üzeyir Hacıbəyli maddi vəziyyətin ağırlığı üzündən Moskvada çox qala bilmir və 



Bakıya qayıdır. Bir müddət yenidən bədii yaradıcılıqla məşğul olur. Maddi imkan 

əldə etdikdan sonra təhsilini davam etdirmək üçün 1913-1914-cü tədris ilində Sankt-

Peterburqa gedir. Professor Qalafatindən harmoniyanı öyrənməyə başlayır. 

Peterburqda ikən məşhur "Arşın mal alan" musiqili komediyasını yazır. Bu əsər 

Üzeyir Hacıbəylini bütün dünyada məşhar edir. Bir ilin içərisində "Arşın mal alan" 

yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılır, tezliklə bir sıra dillərə 

tərcümə edilir, özünə son dərəcə güclü və çoxlu tərəfdarlar, o cümlədən əleyhdarlar 

qazanır.  Əsər haqqında nə  qədər qeyri-real deyinmələr, ağız büzmələr olsa da, bu 

cızma-qaraçıların heç biri onun böyük təsir gücünü azalda bilmir, əksinə, tamaşadan-

tamaşaya əsərin müvəffəqiyyətləri artır, ços-çox uzaqlara yayılır. "Vaqt"' qəzetinin 10 yanvar tarixli 

nömrəsində  dərc olunan "1916-cı ildə Milli səhnə  və  səhnə  ədəbiyyatı" məqaləsində deyilirdi: 

"...Hesabat ilində Üzeyirbəyin "Arşın mal alan" adlı operettası rus və gürcü dillərinə tərcümə edilib 

oynanılmışdır. 

Bu gün Qafqaz səhnəsində ayrıca zikr edilməyə layiq bir şəxsiyyət varsa, o da Üzeyirbəy 

Hacıbəyli cənablarıdır, Petroqrad ali musiqi məktəbini tamam etmiş bu şəxs, Qafqaz müsəlmanların 

birinci kompozitorudur. Qafqaz operası bundan on il əvvəl onun "Leyli və Məcnun" adlı operası ilə 

başlamış idi. Hazırda Üzeyirbəy tərəfindən musiqi ilə  tərtib edilib opera tərzində oynanılan milli 

pyeslərin sayı ona çatır"

3



                                                            



1

 

Q.Məmmədli. Göstərilən əsəri, səh.l 18.



 

2

 



F

.

Əmirov. Musiqi aləmində. B., Gənclik, 1983, səh. 78.



 

3

 



Q.Məmmədli. Göstərilən əsəri, səh,216. 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə