Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə14/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   10   11   12   13   14   15   16   17   ...   102

__________________Milli Kitabxana___________________ 

50 


 

V ə z i r (rast)-- 

 

Ey şəxs, səni padşah  



Çağırır, irəli gəl! 

 

M u s i q i--odunçu gəlir; odunçunun oğlanları qorxularından bərk titrəyirlər. 



 

B i r i n c i  o ğ l a n (ağlamsınaraq)--Dedim sizə durun qaçaq! 

 

(M u s i q i) 



 

Ş a h (odunçuya)--Sən kimsən və nəçisən? 

O d u n ç u--Padşah sağ olsun, sənin nökərin odunçudur! 

Ş a h--O qız sənin nəyindir? 

O d u n ç u--Kənizin mənim evladımdır. 

 

Ş a h (təsnif)-- 



 

Sənin qızın, razısanmı, mənə hərəm olsun? 

 

(M u s i q i) 



 

Tez söylə!  

 

O d u n ç u (rast)-- 



 

Padşah, əgər öldürtməliyəmsə öldürt! 

 

Ş a h--Eşit, gör nə deyirəm? Sənin qızını: almaq istəyirəm, nə deyirsən, razısanmı? 



 

O d u n ç u--Buyur boynumu vursunlar, günahım varsa sən yaxşı bilirsən. 

 

Ş a h--Nə axmaq kişidir. 



 

V ə z i r--A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Söylə! 

 

O d u n ç u--Əşhədən-la-ilahi-illəllah və əşhəd....  



 


__________________Milli Kitabxana___________________ 

51 


 

Ş a h--Burax bu divanəni, oğlanlarını buraya çağır?  

 

M u s i q i. V ə z i r gedir. 



 

V ə z i r--Gəliniz padşahın hüzuruna!    

 

O  ğ l a n l a r  i k i s i  d ə (ağlaşıb qışqırırlar)--Axı bizim günahımız nədir; bizi 



öldürürsünüz?! Padşah, bizi başına çevir, öldürmə! Padşah, qurban olaq, bizi öldürmə! 

 

Ş a h (qeyz ilə)-- 



 

Qoy dursun! Çağır gəlsin qızı! 

 

Q ı z ı çağırır. M u s i q i.  



 

Ş a h (qıza)-- 

 

İradəm var səni almaq,  



Hərəmlər içrə yer tutmaq,  

Sənə layiq görülsə gər,  

Ona razı olarsanmı? 

 

X u r ş i d (kamali-çürət ilə)--Yox!... 



Ş a h (böyük qeyz ilə)--Cəllad!... 

 

C ə l l a d  gəlib qılıncı siyirib hazır durur. O d u n ç u və o ğ l a n l a r ı  bir-birindən 



tutub, bərk titrəyirlər. H a m ı sakitdir. X u r ş i d kamali-çürət ilə p a d ş a h a baxır, 

musiqi çalır. 

 

V ə z i r (padşaha xitabən, bayatı-şiraz)-- 



 

Sən şüçaətdə və qüvvətdə ki, məşhuri-cahansan,  

Həm ədalətdə də, söz yox buna, mərufi-zamansan!  

Nə ki, vardır həmə larzandı qabağında sənin,  

Cürət etməz ola bir kimsə müxalif əmrin.  

Lakin, ey şah, azalmaz zərrə qədər şanın gər  

Dinləsən sən bu qocalmış vəzirin nitqin əgər! 

 



__________________Milli Kitabxana___________________ 

52 


 

Ş a h--Söylə görək!  

 

V ə z i r-- 



 

Bu qızın cürət ilə yox deməyi heyrətimə oldu səbəb;  

Bir soraq ki, səbəbi-yox deməyə nəydi əcəb! 

 

Ş a h --Bil görək!  



 

V ə z i r-- 

 

Söylə, doxtər, necə cürət edibən yox dedin!  



Padşahın bu sualını belə rədd etdin!  

Şübhəsizdir ki, səbəb var sənin cürətinə;  

Söylə sən ol səbəbi qıyma, qızım, gəl özünə! 

 

(M u s i q i)  



 

X u r ş i d (təsnif)-- 

 

Cürətimin sirrini mən söyləyim, bil, ey vəzir! (2 dəfə)  



Ta ki, olsun, ta ki, olsun qoy əyan dil, ey vəzir! (2 dəfə)  

Heç bilirmi bir peşə padişahın, ey vəzir! (2 dəfə)  

Gər peşəsi olmasa, bil, getmərəm mən heç kəsə. (2 dəfə) 

 

(M u s i q i) 



 

Bil ki, insanın əgər ki, heç bir peşəsi olmasa, (2 dəfə)  

Dar dünyada yaşamaq olur müşkül, ey vəzir! (2 dəfə)  

Heç bilirmi bir peşə padşahın, ey vəzir! (2 dəfə)  

Gər peşəsi olmasa, bil, getmərəm mən heç kəsə. ( 2 dəfə) 

 

H a m ı (qızdan başqa)-- 



 

Padşaha heç yararmı olsun onun peşəsi,  

Bunca dövlət tam onundur, həm doludur xəznəsi! 

 



__________________Milli Kitabxana___________________ 

53 


 

X u r ş i d-- 

 

Xah gədadır, xan, bəydir, padşahdır hamısı,  



Olmalıdırlar hərəsi bir peşənin sahibi! 

 

M u s i q i.  P a d ş a h  fikrə gedir. 



 

Ş a h (rast üstə)--Bu söz mənə xoş gəldi. Nə dersən, vəzir, yararmı ki, mən də bir peşə 

sahibi olam? 

V ə z i r--Padşah cağ olsun! Əgər sən bir sənət və peşə bilsən, sənin şanın daha da uca 

olar! 

Ş a h--Ey ağıllı qız, gəl yanıma (gəlir, əlini onun çiyninə qoyur. Odunçu və oğlanlari 



sevindiklərindən ağlayırlar); vəzir, mənimçin hansı peşəni məsləhət görürsən? 

V ə z i r--Padşah sağ olsun! Keçəçilik sənəti çox yarar sənətdir. 

Ş a h--Əmr olunsun bir keçəçi ustadı gəlib, məni bu  sənətə öyrətsin; (qıza) indi sən 

mənə gələrsənmi?  

X u r ş i d--Bəli! 

V ə z i r--Padşahım, təzə sanətin mübarək olsun!  

H a m ı--Mübarək olsun, mübarək olsun! 

 

(M u s i q i)   



 

Ş a h (təsnif)-- 

    

Yəqin mənim bu peşəmdən camaata nəf var!  



 

H a m ı--Yəqin elədir!  

 

Ş a h-- 


 

Yəqin mənim bu peşəmdən camaata nəf var!  

 

H a m ı--Yəqin elədir!  



 


__________________Milli Kitabxana___________________ 

54 


 

Ş a h--Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)  

 

H a m ı--Artar sənin qədrin, 



Baqi qalar əsərin!  

 

Ş a h-- 



 

Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)  

 

H a m ı-- 



 

Yaşa, yaşa, yaşa, şahım, ədalətin vardır. (2 dəfə)  

Odunçu qız sözü ilə sən olmusan keçəçi. (2 dəfə)  

 

X u r ş i d-- 



 

Ey ... allah eylər, allah eylər,  

Biləsən sən, biləsən sən  

Səmərin bu peşənin.  

 

H a m ı-- 



 

Çox yaşa bizim şahımız!  

Qalmasın yerdə ahımız! 

 

Ş a h-- 



 

Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)  

 

H a m ı--Keçəçilik  peşəsindən  camaata nəf  var!  



Ş a h  v ə  q ı z--Var! (Zəngülə)  

H a m ı--Var! 

 

PƏRDƏ 


 

 

 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə