Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə11/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

__________________Milli Kitabxana___________________ 

36 


 

H a m ı-- 

 

Bar, ilahi, əfv et  



Bu günahı biz bəndədən.  

Bu Məcnuni eylə  

Aşiqlikdən xilas. 

 

(M u s i q i)  



 

PƏRDƏ 


 

 

DÖRDÜNCÜ PƏRDƏ 

 

 

Baqe olur İ b n-S ə l a m ı n evində. Evin bir tərəfi küçədir; M ə c n u n  Z e y d ilə 



küçədə durublar. Otaqda toy məclisidir. 

 

Musiqidən sonra pərdə qalxır.  



 

Z e y d (rast üstə)-- 

 

Dün əxtəri-bəxtin oldu tirə,  



Leyli sitəm etdi sən fəqirə. 

O, İbn-Səlamə ruzi oldu, 

Ruzi sənə dərdi-süzi oldu. 

Yar özgəyə oldu şəmi məhfil, 

Qaldı sənə tabi-atəşi-dil. 

 

Q o n a q l a r (otaqda)-- 



 

Xoşbəxt ol, İbn-Səlam!  

Alasan kamü məram.  

Keçirəsən xoş günlər,  

Bar verə muradın.  

Ola bir övladın.  

Mübarək olsun toyun.  

 

(Oyundan sonra durub gedirlər, bu halda M ə c n u n şuştər oxuyur.) 



 


__________________Milli Kitabxana___________________ 

37 


 

M ə c n u n-- 

 

Qeyr ilə, yara, nədir seyri-gülüstan etdiyin? 



Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan  etdiyin?  

Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?! 

Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?! 

 

(L e y l i  içəri daxil olur, M ə c n u n u n səsini eşidir; İ b n-S ə l a m  gəlib təəccüblə 



L e y l i y ə baxır və oxuyur.) 

 

(M u s i q i)  



 

İ b n-S ə l a m-- 

 

Leyli, Leyli, bu odlu səs Məcnunundur, 



Mən tanıyıram onu.  

Məgər, Leyli, bəs bu cünun əl çəkməyibdirmi səndən indi də?  

Leyli, söylə, doğrusun söylə,  

Səndəmi ona aşiqsən?  

İstərsənmi Məcnunun ola aşiqin? 

 

(M u s i q i) 



 

L e y l i-- 

 

İbn-Səlam, qoy doğrusun mən söyləyim, mən Məcnuna aşiqəm.  



Uşaqlıqdan bir-birimizi sevməyə söz vermişik əhd ilə.  

İndi söylə, sən özün söylə, sındıra billəm əhdimi mən?  

Məhəbbətin odunu mən söndürə billəmmi, qəlbimi yandırar. 

 

(M u s i q i)  



 

L e y l i-- 

 

Bir neçə vaxt sən səbr elə, qoy soyusun eşqin odu.  



 


__________________Milli Kitabxana___________________ 

38 


 

İ b n-S ə l a m (kənara)-- 

 

Yəqin Leyli məni sınamaq istəyir,  



Mən fikrini duymuşam. 

 

L e y l i-- 



 

İbn-Səlam, sən səbr elə, qoy bəlkə Məcnun da əl çəkə. 

 

İ b n-S ə l a m-- 



 

Leyli, mən səbrə hazıram. 

Sənin cəfanı mən çəkməyə hazıram, 

 

(Gedir.)  



 

(M u s i q i)  

 

M ə c n u n-- 



 

Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?  

Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq.  

Sizdə adət bumudur?  Böylə olurmu yarlıq?  

Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?! 

 

(Bu halda L e y l i taxt üstə ağlayır. Z e y d və bir neçə nəfər ərəb gəlib M ə c n u n a 



deyirlər:) 

 

Z e y d və ə r ə b l ə r-- 



 

Məcnun, Məcnun, dur gedək,  

Bu rəqibin evidir.  

Sənə tənə eylərlər.  

Bədnam etmə özünü. 

 

L e y l i-- 



 

Allah, bu nə sitəm, bu nə zülm?!  

Bu nə sitəm, bu nə zülm?!  

Eşqin oduna yandım,  

Hicran sitəmin qandım.  

 

 




__________________Milli Kitabxana___________________ 

39 


 

M ə c n u n-- 

 

Bəs sənin vəfan bu imiş, Leyli; bu imiş, Leyli?  



Bivəfa da yar olarmı?!(2 dəfə)  

 

Z e y d və ə r ə b l ə r-- 



 

Məcnun, dur gedək evinə, 

Yazığın gəlsin atana. 

Rəhm eylə bir dəm anana. 

Leylini səndən ayırdı mürüvvətsiz fələk, 

Sən də eşqin havasını başından eylə cida. 

 

(M ə c n u n ərəblərlə gedir).  



 

PƏRDƏ 


 

BEŞİNCİ  PƏRDƏ 

 

 

Vaqe olur İ b n-S ə l a m ı n evinin qabağında. İ b n-S ə l a m qapı ağzında oturur. 



Musiqi "osmanlı" havasını çalır. Pərdə qalxdıqda L e y l i içəridən çıxıb gəlir və İ b n-S ə l 

a m ı n qabağında oturur. L e y l i xəstədir. 

 

İ b n-S ə l a m (osmanlı üstə)-- 



 

Pərişan-halın oldum, sormadın hali-pərişanım,  

Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım.  

Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl yarım!  

Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! 

 

(M u s i q i) 



 

Əsiri-dami-eşqin olalı səndən vəfa görməm,  

Səni hər anda görsəm, əhli-dərdə aşina görməm.  

Vəfayi-aşinalıq rəsmini sənə rəva görməm,  

Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! 

 

L e y l i (təsnif üstə)-- 



 

Ey mənə qəmxar olan, görmürsənmi əhvalımı?  

Dərdə düşmüş cismimi, oda alışmış  canımı?  

Daim pərişan halımı. 




__________________Milli Kitabxana___________________ 

40 


 

 

(M u s i q i) 



 

İ b n-S ə l a m-- 

 

Ey gözüm, guş etmədin pəndü nəsihətimi sən,  



Bir cünunə mehrini saldın, etdin özünü sən,  

Xəstəvü naçar olmusan. 

 

L e y l i-- 



 

Söylə bir, İbn-Səlam, gər aşiqi həqiqisən, 

Eşq odu düşsə əgər, dəfi onun qabildirmi?  

Söndürməsi mümkündürmi? 

 

(L e y l i və İ b n-S ə l a m evə daxil olurlar. Z e y d  M ə c n u n u zəncirə bağlı L e y 



l i n i n qapısına gətirir.) 

 

(M u s i q i) 



 

M ə c n u n-- 

 

Leyli, ey bivəfa Leyli! 



Özgəyə saldın sən meyli! 

Elədin məni divanə, 

Sözümü saldın hər yanə, ey zalım! (2 dəfə) 

 

(M u s i q i) 



 

Yaxıldı canım eşqindən, 

Titrədi dağlar ahimdən. 

Niyə sən bəs, ey bivəfa! 

Belə üz döndərdin məndən, ey zalım! (2 dəfə) 

 

(M u s i q i) 



 

Nə qədər təndə var canım, 

Yanaram atəşi-eşqə, 

Çəkərəm fəqan-ahim, 

Yandıraram dağı, daşı, ey zalım (2 dəfə) 

 

(Bu halda L e y l i evdən çıxıb,oxuya-oxuya yüyürür M ə c n u n u n üstə)  



 


Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə