Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə9/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

__________________Milli Kitabxana___________________ 

26 


 

X o r--Ərəblər (təsnif üstə) 

 

Ey ərəb, bizləri məyus etmə!  



Vergilən Leylini Qeysə getsin.  

 

Q e y s-- 



 

Maldan da, candan da, puldan da,  

Maldan da, candan da, puldan da,  

Hamıdan artıqdır, bil bunu, ərəb  

Bil bunu, ərəb!  

 

(M u s i q i) 



 

L e y l i n i n  a t a s ı-- 

 

Xeyr, vermərəm, vermərəm, vermərəm!  



Vermərəm, vermərəm, vermərəm! 

Leyliyə yaraşmaz divana oğlan,  

Divanə oğlan!  

 

(M u s i q i:  kurd-şahnaz) 



 

Ərəblər əl ilə, göz ilə L e y l i n i n  a t a s ı n ı rağib etmək istəyirlər.  

 

M ə c n u n-- 



 

Ya rəbb! Bəlayi-eşq ilə qıl mübtəla məni,  

Bir dəm bəlayi-eşqdən etmə cida məni.  

Az eyləmə inayətini əhli-dərddən,  

Yəni ki, çox bəlalara qıl mübtəla məni. 

 

(Qonaqlar gedirlər, musiqi yenə şur çalır.)  



 

L e y l i n i n  a t a s ı (təkcə)-- 

 

Nəsl ilə olur bəqayi-insan,  



Nəzmi-bəşərü nizami-dövran.  

Can cövhərinə bədəldir övlad;  

Övlad qoyan, qoyur həmin ad.  

Xoş ol ki, xələfdən ola xoşdil, 




__________________Milli Kitabxana___________________ 

27 


 

Dünyada bir oğlu ola qabil.  

Ah, olsa əgər səfihü sərkəş,  

Ətvari kərihü xülqi naxoş,  

Təşni oxuna olub nişanə,  

Bizar ola ondan ata-anə. 

 

(Qapı döyülür, L e y l i n i n  a t a s ı qapını açır. İ b n-S ə l a m  ilə  bir neçə ərəb 



daxil olub oxuyurlar). 

 

(M u s i q i)  



 

Ə r ə b l ə r-- 

 

Ali-cahani bilib, gəlmişik ziyarətə,  



Bir əmri edib izhar, əncamın alaq səndən, 

Əncamın alaq səndən. 

 

(M u s i q i)  



 

L e y l i n i n  a t a s ı-- 

 

Xoş gəldiz, səfa gəldiz, məni siz uca etdiz,  



Hər əmrə varam hazır, mümkündürsə əlaci, 

Mümkündürsə əlaci. 

 

(M u s i q i) 



 

Ə r ə b l ə r-- 

 

Bu oğlan İbn-Səlam, hər cahi-cəlali çox.  



Əmma ki, onun, heyfa, həmdərdi-həmsirri yox, 

Həmdərdi-həmsirri yox. 

 

(M u s i q i) 



 

Ə r ə b l ə r-- 

 

Bilmişdir sənin vardır ismətli  



gözəl qızın, 


__________________Milli Kitabxana___________________ 

28 


 

İstər kim, ola sənlə həm qom, həm dost, həm aşina. 

Həm qom, həm dost, həm aşina. 

 

(M u s i q i) 



 

L e y l i n i n  a t a s ı-- 

 

Ey tayifeyi-nəcib, mən bu təklifə şadam.  



Xudavəndin əmrilə verdim Leylini getsin, 

İbn-Səlamın olsun. 

 

Ə r ə b l ə r (İbn-Səlama)-- 



 

İbn-Səlam, ilahi  

Səni xoşbəxt eyləsin! 

 

(M u s i q i) 



 

İ b n-S ə l a m-- 

 

İmdi sən mənə oldun ata-anadan əziz,  



Allah qoysa, mən də ollam sənə oğul yerində, 

Sənə oğul yerində. 

 

Ə r ə b l ə r-- 



 

İndi biz gedək toy üçün tədarükə başlayaq, 

Tədarükə başlayaq.  

 

(H a m ı gedir. L e y l i çıxıb qatar oxuyur.)  



 

L e y l i-- 

 

Xilafi-rəyim ilə, ey fələk, mədar etdin,  



Məni gül istər ikən mübtəlayi-xar etdin.... 

 

PƏRDƏ 



 

 

 




__________________Milli Kitabxana___________________ 

29 


 

 

ÜÇÜNCÜ PƏRDƏ 

 

 

Vaqe olur bir m e ş ə d ə , sübh açılmağa yavuqdur; səhnədə əvvəl heç kəs yoxdur; 



ətrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qədər sonra  M ə c n u n  dəli 

sifətində çıxır, başıaçıq, ayaqyalın və s. 

 

(oxuyur). 



 

(M u s i q i)  

 

M ə c n u n-- 



 

Fəzayi-eşqi ta gördüm, səlahi-əqldən durəm,  

Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm.  

Əgər çaki-giriban eyləsəm, mən etməyin, çün mən  

Mətai-nəngdən arəm, libasi-ardən urəm.  

Mənu səhrayi-vəhşət mənzil etməm afiyət güncün,  

Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.  

Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,  

Məni rəyimlə sanmın, eşq sultaninə məmurəm. 

 

(M ə c n u n oxuduqca dağ tərəfindən əks-səda gəlir.) 



 

(M u s i q i: bayatı-kürd)     

 

(M ə c n u n dağa üz tutub oxuyur.) 



 

Ey guşənişini-pakdamən!  

Suzi-cikərimdən oldun agah,  

Əhsən-tü əhsən-tü, barəkallah!  

Sənsən mənə həmdəmü müvafiq,  

Birdəm qoşalım səda sədayə,  

Gəl ağlayalım bu macərayə. 

 

(M u s i q i) 



 

Q ı z l a r (pərdə dalından)-- 

  

Bu gələn yara bənzər,  



Telləri qara bənzər.  

Oğlan, oğlan, bir bəri bax, bəri bax, bəri bax!... 




__________________Milli Kitabxana___________________ 

30 


 

Qoşa xal var üzündə....  

Allana-sallana telləri var,  

Xırdaca-xırdaca gözləri var,  

Gəl, Leyli, bala, gəl, Leyli!  

Gedək gəzək bu bağda.  

Gül açılıb, bülbül oxur,  

Gül açılıb, bülbül oxur,  

Gul acılıb, bulbul oxur!... 

 

(M ə c n u n  L e y l i n i və  L e y l i  M ə c n u n u görüb, bir-birinin üstünə yüyürüb 



bərk qucaqlaşırlar. Bir-iki saniyə sonra işıq keçir, qaranlıqda q i z l a r  L e y l i n i 

aparırlar, M ə c n u n tək qalır). 

 

(M u s i q i: rast) 



 

(M ə c n u n u n  a t a s ı n ı n səsi gəlir və sonra özü də səhnəyə çıxır və M ə c n u n u 

tapır). 

 

M ə c n u n u n  a t a s ı-- 



 

Ey cövhəri-canımın həvası,  

Ey dideyi-bəxtimin ziyası!  

Səndən nə rəva bu macəralər,  

Sərmayeyi-eyb olan sədalər.  

Derdim olasan mənim pənahım,  

Fəxrim, şərəfim, ümidgahım.  

Vəhşilər ilə nədir bu birlik?  

İnsan ilə xoş deyilmi dirlik.  

Rəhm et məni-zarü namuradə,  

Qoyma bu məşəqqətü bəladə. 

 

M ə c n u n-- 



 

Söylə görüm, ey mənə verən pənd,  

Danayi-süxən və ru xirədmənd.  

Kimsən və nədir bu küftükulər?  

Bifaidə batil arizulər.  

Get! Dərdimə sən dəva deyilsən,  

Biganəsən, aşina deyilsən.  

Mən böylə kəlamə tutmazam guş,  

Leyli sözü söylə, yoxsa xamuş! 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə