Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

__________________Milli Kitabxana___________________ 

59 


 

M u s i q i. X u r ş i d və ş a h qolboyun olub otururlar.  

 

İ k i s i  b i r  y e r d ə-- 



 

Və nə xoşdur yar ilə söhbətü saz eyləmək, (2 dəfə)  

Söyləyib eşqin sözün, işvə ilə naz eyləmək. 

 

M u s i q i. Bir qədər qolboyun qalırlar; bəədə musiqiyə görə ş a h tez durub qapıya 



tərəf gedir; bu əsnada v ə z i r daxil olur.  

 

V  ə z i r (çahargah)--Ey şahi-dövran,  Şiraz  şəhərindən bir neçə  nəfər nökərlərindən 



sizə şikayətləri vardır. İzn versəniz içəri daxil olarlar. 

Ş a h--Buyur daxil olsunlar. (Xurşidə). Xurşid, sən burada qal. 

 

Şiraz ə h l l ə r i daxil olub, təzim edirlər. 



 

Ş a h-- 


 

Vəzir, rəiyyətimin şikayəti nədir? 

 

V ə z i r--Padşah sağ olsun! Əhvalatı mənə nəql edibdirlər, izn versəniz, nəql edərəm. 



Ş a h--Söylə! 

V ə z i r--Əlhəq, bunların söylədikləri qəribə bir əhvalatdır. Şiraz şəhrində, budur, beş 

ay tamamdır ki, bir əcibə hadisə üz verməkdədir; şəhər əhlindən iki yüzdən artıq nəfəri 

səhər evlərindən çıxıb, daha geri qayıtmayıbdır. Məlum deyildir ki, onlara nə olubdur, 

əlli-ayaqlı itibdirlər. 

Ş a h--Hamısı birdən? 

V  ə z i r--Xeyr, padşah, bu gün biri, sabah beşi, biri gün üçü, qərəz, bu nəhv ilə. 

Sahirlər, münəccimlər dəxi bu barədə heç bir söz deyə bilməyirlər; odur ki, indi şəhər əhli 

içinə vahimə düşübdür, bilmək olmuyur ki, bu nə sirrdir. 

 



__________________Milli Kitabxana___________________ 

60 


 

Ş i r a z l ı l a r (təsnif)-- 

 

Ey padşah, səndən əlac,  



Səndən əlacı olsa, bu təhlükə  

Bəlkə rəf ola, bəlkə dəf ola! 

Yoxsa başqa yoxdur heç bir əlacı, 

Bu sirri bil, rəhm eylə sən

Rəhm eylə, ey şah, bu zülmü aç, 

Bu zülm əgər rəf olmasa, 

Sən bil, yəqin kim, şuriş düşər! 

Xəlq ağlaşır, şivən qopur, (2 dəfə) 

Arvad-uşaq qatışır bir-birinə. (2 dəfə) 

 

M u s i q i. P a d ş a h fikrə gedir. 



 

Ey padşah, səndən əlac,  

Səndən əlacı olsa, bu təhlükə  

Bəlkə rəf ola, bəlkə dəf ola!  

Yoxsa başqa yoxdur heç bir əlacı! 

 

Ş a h (çahargah)--Siz gediniz, mən əncam çəkərəm! Qoy camaat sakit olsun. (Onlar 



gedirlər. Vəzir qalır). Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hilə vardır. Mən daha 

dayana bilmərəm, əmr et mənim dərviş libasımı tez gətirsinlər, mən gedirəm! 

 

V ə z i r--Padşah sağ olsun! Olmazmı ki, sizin əvəzinizə mən gedim, bu işi yerində 



təhqiq edim. 

 

Ş a h--Yox, yox! Özüm getməliyəm, sən əmrimi yerinə yetir. 



 

V ə z i r--Borcumdur (deyib çıxır). 

              

M u s i q i. P a d ş a h fikirdə.  

 

X u r ş i d (şüştər)-- 



 

Canıma saldı mənim vahiməni böylə səfər,  

Qorxuram bundan yetə haşa bu cana bir xətər.  

 



__________________Milli Kitabxana___________________ 

61 


 

Ey şahim, nolar ki, həm mən də gedim sənlə belə,  

Ta ki, canın hifzini çün öz canım edim sipər. 

 

Ş a h-- 



 

Qorxma, Xurşidim mənim, bunca səfər çox görmüşəm,  

Qorxmayıb düşmən qabağında hələ tək durmuşam.  

Allah eylər bu işi təhqiq edib tez qaydaram,  

İstərəm kim, qalmasın bu zülmdən heç bir əsər! 

 

M u s i q i. V ə z i r və q u l a m əlində libas daxil olurlar. 



 

Ş a h (geyinə-geyinə, çahargah-tihur ilə)-- 

 

Mən heç vəqt razı olmaram ki. 



 

(M u s i q i) 

 

Mənim məmləkətimdə zülm olsun. 



 

(M u s i q i) 

 

Vay olsun zalimlərin halına  



Ki, mənim rəiyyətimi incidirlər; 

 

(M u s i q i)  



 

Kökündən, kökündən qazıyacağam zülmü. 

 

(M u s i q i) 



 

Vəzir, dövlət ümuri yenə sənə qalır; hər bir əmri layiqincə yerinə yetirərsən və bir də 

bu Xurşid mənim gəlinimdir, ona hörmət olunsun və mən gəlincə mənim imarətimdə ona 

xüsusi yer verilsin. İndi mən gedirəm; hələ kim, xudahafiz! (tələsik gedir). 

 

PƏRDƏ 


 

 

 



 


__________________Milli Kitabxana___________________ 

62 


 

ÜÇÜNCÜ PƏRDƏ 

BİRİNCİ ŞƏKİL 

 

Şiraz şəhərinin böyük bir b a z a r ı n d a vaqe olur. Səhnənin sol tərəfində aşpaz M ə s 



t a v ə r i n dükanı görünür. Məstavər dükanının qabağına yığılmış olan adamlara xörək 

satır; o biri tərəfdə cürbəcür dükanlar vardır; bir tərəfdə qaraçılar oynayırlar. 

Müqəddəmədən sonra pərdə qalxır. Q a r a ç ı  q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya 

qaval vurur. Sair qaraçılar da yerində oxuyurlar. 

 

(M u s i q i)  



 

Q a r a ç ı (qaval vura-vura)-- 

 

Gəl yanıma, gözüm, mən sənə qurban!  



 

O  b i r i l ə r-- 

       

Gəl, yarım, mən ölləm, gəl, canım, mən ölləm!  



 

Q a r a ç ı-- 

      

Gir qoynuma, özüm mən sənə qurban!  



 

O  b i r i l ə r-- 

       

Gəl, yarım!... (və ilaxır).  



 

Q a r a ç ı-- 

       

Eşitmişəm sənin özgə yarın var!  



 

O  b i r i l ə r-- 

       

Ay balam, mən ölləm, ay yarım, mən ölləm!  



 

Q a r a ç ı--   

Sənin həmi gülün, həmi xarın var!  

 

O  b i r i l ə r-- 



 

Ay balam, mən ölləm!... (və ilaxır). 

 

M u s i q i. A d a m l a r buraya yığılırlar.  




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə