Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə24/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   20   21   22   23   24   25   26   27   ...   102

__________________Milli Kitabxana___________________ 

91 


 

Dərdli Kərəm deyir firqətim qəti,  

Kəskindir qılıncı, yürükdür atı.  

Ol İsəvi, mən Məhəmməd hümməti,  

Həqq dininə dönməz isə nə çarə? 

 

(M u s i q i) 



 

P a d ş a h (rast)--Sən xəzinədarım keşişin qızına aşiqsən; burada heç bir ahü-

nəva etməli iş yoxdur. Sən səbr elə, mən onun qızını alıb sənə verərəm.  

Ə y a n l a r (təsnif)-- 

 

Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə,  



 

(M u s i q i) 

 

Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə,  



Keşişin sözü olmaz. (2 dəfə) 

 

N ö k ə r (daxil olur)--Padşah sağ olsun, xəzinədar keşiş hüzurunuza izn istəyir. 



Ş a h--Söylə gəlsin. 

 

K ə r ə m keşişin adını eşitcək müztərib hal olur və ağlayır.  



 

Ş a h--Oğlum, nə oldu sənə, nə üçün ağlayırsan?                        

 

(M u s i q i)  



 

K ə r ə m-- 

 

Aşardı qarlı dağın ardına,  



Xan Əslim ağlıma düşdü, ağlaram.  

Hey ağalar, dayanamam dərdinə,  

Xan Əslim ağlıma düşdü, ağlaram, 

 

(M u s i q i) 



 


__________________Milli Kitabxana___________________ 

92 


 

Eşidib keşişin adını,  

Xan Əslim ağlıma düşdü, ağlaram.  

Duymuşam məhəbbətin dadını,  

Sevdiyim xətrimə düşdü, ağlaram. 

 

(M u s i q i) 



 

Ş a h--Oğlum, sənin bəxtindən keşiş özü hüzuruma gəlibdir. Mən bu gün ondan 

nişan alaram. 

 

K e ş i ş daxil olur, baş əyir, əlində bir  dəstə açarlar.  



 

Şah--Söylə görüm, xəzinədar, mətləbin nədir?  

K e ş i ş--Padşah sağ olsun, tamam otuz ildir ki, sənin çörəyini yeyib, sənə xidmət 

etmişəm, indi çörəyini mənə halal elə və məni qulluğumdan azad elə. 

Ş a h--Keşiş, nə olubdur? Yoxsa məndən və ya mənim adamlarımdan incimisən? 

K e ş i ş--Əstəgfurulla!... Ancaq mən çox qocalmışam, qorxuram ki, xidmətimdə 

qüsur göstərəm. 

 

Ə y a n l a r bir-birlərinə işarə edirlər. 



 

Ş a h--İndi ki, azadlıq sənin öz xahişindir, mənim də sözüm yoxdur. Lakin onu bil 

ki, bu otuz illik xidmətindən mən çox razıyam, məhşərəcən hümmətim üstündə baqi 

qalacaqdır. Ancaq, keşiş, sən də gərək mənim əmrimi yerinə yetirəsən. 

K e ş i ş--Buyur, padşah, can və baş ilə yetirərəm. (Kənara). Ax, qorxuram ki, 

qızımı istəyə. 

Ş a h--Keşiş, mənim oğlum  Əhməd Mirzə  sənin qızına aşiq olubdur (keşişdə 

hərəkət), sən gərək qızını mənim oğluma verəsən. 

K e ş i ş (pərişan-hal)--Padşah sağ olsun, necə ola bilər, dinimiz ayrı, adətimiz 

ayrı.... 

Ş a h--Mən sənin qızını müsəlman edərəm. 

K e ş i ş (daha da bədhal olub)--Padşah sağ olsun, hər nə ağır təklifin varsa mənə 

əmr et, lakin bu təklifdən vaz keç (əyanlarda işarələr). 

Ş a h--Yox, keşiş, heç vaxt keçmərəm, gərək qızını mənim oğluma verəsən. 




__________________Milli Kitabxana___________________ 

93 


 

K e ş i ş (yalvarır)--Padşah sağ olsun, buyur boynumu vursunlar, amma qızımı 

əlimdən alma. 

Ş a h--Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var, mən onun əza və cəfasına 

razı ola bilmərəm, əmr edirəm ki, qızını ona verəsən. 

K e s i s--Padsah!... 

Ş a h (qəzəblə)--Xamus!... Artıq söz lazım deyildir. 

K e ş i ş--Padşah sağ olsun, indi ki, sənin əmrindir, razıyam. Ancaq mənə beş ay 

möhlət ver ki, toy tədarükü görüm. 

Ş a h--Razıyam möhlətə (Kərəmə); oğlum, daha sənin ahü-nəvan  əbəsdir, get, 

arxayın ol! (Kərəm ağlayır). 

Ş a h (təəccüblə)--Oğlum, daha niyə ağlayırsan? 

 

(M u s i q i)  



 

K ə r ə m-- 

 

İnanmıram qara keşiş sözünə,  



Yox etibarım onun özünə;  

Salacaqdır məni çölün düzünə,  

Xan Əslim ağlıma düşdü, ağlaram. 

 

(M u s i q i) 



 

Uca dağ başında ötüşür quşlar,  

Tərlanım uçdu kimlər görmüşlər,  

Dərdimi anlamaz bunda keşişlər; 

Xan Əslim ağlıma düşdü, ağlaram. 

 

(M u s i q i) 



 

Dərdli Kərəm deyir: bu dərdim bitməz,  

Yarımın sevdası sərimdən getməz,  

Yüz min öyüd ver, biri kar etməz,  

Xan Əslim ağlıma düşdü, ağlaram. 

 

(M u s i q i) 



 

Ş a h (ayağa durur, getmək üçün oğlunun qolundan tutur)--Oğlum!  Keşiş mənə 

söz verəndən sonra sözündən çıxa bilməz. Beş ay dözərsən,  



__________________Milli Kitabxana___________________ 

94 


 

inşaallah, sonra yarın sənə yetişər.  İndi gəl gedək səni  şikara aparım. (Hamısı 

gedirlər, keşiş onları bir qədər ötürüb sonra qayıdır). 

 

(M u s i q i)  



 

K e ş i ş-- 

 

Qaçmaq, qaçmaq, (2 dəfə) 



Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə) 

Getmək, getmək, 

Getməsəm əgər əngəlim çoxdur. 

(Fikir ilə) Olsam razı.... Yox!... 

Qaçmaq, qaçmaq, (2 dəfə) 

Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə) 

Qaçmaq, qaçmaq, qaçmaq, 

Qacmaq!... (Qaçır gedir). 

 

PƏRDƏ 

 

İKİNCİ ŞƏKİL 



 

 

Zəngidə k e ş i ş i n  b a ğ ç a s ı n d a vaqe olur. Ancaq bu səfər bağçadakı güllər 



sınıb, solub, ağacların bəziləri qırılıbdır. Sandalyalar alt-üst olubdur. Yenə sol tərəfdə 

dağlıq və ortada sərv ağacı. Zəngi  əhlindən S ə f i adlı qoca məyus və kasıb bir 

bucaqda yumrulub yatıbdır. Musiqi çalınırkən səhnə açıq durur. Sonra ə y a n l a r, q 

o ş u n, K ə r ə m  ilə  p a d ş a h  kamal-dəbdəbə ilə daxil olurlar. 

 

Ş a h (söz ilə)--Bu necə işdir, keşiş bizim qabağımıza çıxmadı? Səsləyin keşişi! 



Ə y a n l a r d a n  b i r i--Hey, hey!... Kesis, hey, hey!... (Gedir içəri baxır və 

çıxır); şah sağ olsun, heç kəs yoxdur. 

Ş a h--Bu necə olan işdir?! Yoxsa keşiş  məni aldatdı, bu saat onun başını 

bədənindən cida etdirərəm. 

Ə y a n l a r d a n  b i r i (axtararkən Səfini görür)--Şah sağ olsun, burada bir şəxs 

yatıbdır. 

Ş a h--Durğuzun ondan soruşaq. 

Ə y a n (Səfini oyadır)--Hey, hey, dur ayağa! (Səfi güç ilə qalxır, gözlərini ovur). 

Dur, padşah gəlibdir. (Səfi üzü üstə yıxılır və səcdə edir.) 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə