Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə25/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   21   22   23   24   25   26   27   28   ...   102

__________________Milli Kitabxana___________________ 

95 


 

Ş a h--Ey adam, söylə, keşiş haradadır? 

S ə f i--Atam-anam sənə qurban olsun, padşah! Keşiş budur üç aydır evli-eşikli 

bu vilayətdən qaçıbdır. 

Ş a h--Ax, məlun!... (fikrə gedir). 

 

(M u s i q i)  



 

K ə r ə m (birdən başlayır, üzünü dağlara tutub oxuyur)-- 

 

Xan Əslim Zəngidən fərar eyləmiş,  



Yol verməyin, başı dumanlı dağlar!  

Belə getmiş atasilə anası,  

Yol verməyin, başı dumanlı dağlar! 

 

(M u s i q i) 



 

İsfahan bəyləri qalxdılar toya,  

Zənginin xalqı qaçdılar Xoya,  

Aşiq gəldi məşuqundan doya,  

Yol verməyin, başı dumanlı dağlar! 

 

(M u s i q i) 



 

Dərdli Kərəm bu eşq ilə bişmişdir,  

Sövda üçün bu sərindən keçmişdir.  

Əsli, keşiş qaçıb burdan getmişdir,  

Yol verməyin, başı dumanlı dağlar! 

 

(M u s i q i)  



 

H a m ı (təsnif)-- 

 

Qara keşiş, qara keşiş 



Fərar etmiş Zəngidən, Zəngidən. 

Ax, üç ay edər keşiş burdan sən gedən. (2 dəfə) 

 

K ə r ə m-- 



 

Haqdan mənə, haqdan mənə 

Təqdirdir: aşiqəm, aşiqəm. 

Gərəkdir olsun məndə ahü dərdü qəm.  (2 dəfə) 




__________________Milli Kitabxana___________________ 

96 


 

H a m ı-- 

 

Yolun sənin, yolun sənin 



Yumrulsun a, ay keşiş, ay keşiş! 

Sən necə qıydın şaha, gördün belə iş. (2 dəfə) 

 

K ə r ə m (sərv ağacına tərəf gedib oxuyur; segah)-- 



 

Dur, sərv ağacı, xəbər ver, sorayım,  

Sərv ağacı, sənin maralın hanı?  

Eşit gəl, eşit ver mənim cavabım,  

Sərv ağacı, sənin maralın hanı? 

 

Doğru söyləməzsən qəddin əyilsin,  



Dilərəm mövladan belin bükülsün,  

Çürüsün yarpağın, şaxın qurusun,  

Sərv ağacı, sənin maralın hanı? 

 

Dərdli Kərəm deyir: yanıb tutərəm,  



Yarımın yanına bu gün yetərəm;  

Viran bağda bülbül olub ötərəm,  

Sərv ağacı, sənin maralın hanı? 

 

(M u s i q i) 



 

Ş a h (şur)--Bəsdir, oğlum, bu qədər ah-nəva bəsdir. Mən bu saat hər yerə adam 

göndərib keşişi tapdıraram. 

 

K ə r ə m (hicaz)-- 



 

Yeni bir sevdadır gəldi başıma,  

Gəlin halallaşaq, mən gedər oldum.  

Gəlib, ya gəlməyib sizi tapmaram,  

Gəlin halallaşaq, mən gedər oldum.  

 

(M u s i q i) 



 

Ürəyimdə yanar bunca atəşlər,  

Yar əlindən yenə yaralar işlər.  

Gülüb oynadığım qızlar, qardaşlar,  

Gəlin halallaşaq, mən gedər oldum.  



__________________Milli Kitabxana___________________ 

97 


 

(M u s i q i) 

 

Duz-çörək yediyim qohum-qardaşlar,  



Nədir bu fələyin etdiyi işlər,  

Gözümdən axıtdı qan ilə yaşlar;  

Gəlin halallaşaq, mən gedər oldum. 

 

Ş a h (şur)-- 



 

Oğlum, bu nə sözdür danışırsan, danışırsan? 

Eşq oduna bunca alışırsan,  alışırsan? 

Tərsa qızına aşiq olub bunca uyursan

Mən tək qocanı didəsi giryan qoyursan. 

Ölsəm, oğlum, bu hökumət kimə qalsın? 

Kim şahlıq edib dövlətin əhvalına yansın? 

 

K ə r ə m (şur)-- 



 

Məndən, ata, padşahlıq uyma, uyma,  

Mən aşiqi gəl gözü yaşlı qoyma.  

Haqq aşiqi olmuşam, yəqin bil,  

Qoy yarımı axtarım tapım, bil.  

   


(M u s i q i)  

 

H a m ı (təsnif)-- 



 

İzn verin getsin, şahım, bu Kərəm (2 dəfə) 

Getsin yarın tapsın, alsın o məram. (2 dəfə) 

Sənin oğlun, şahım, 

Həqdən aşiqdir, aşiqdir, aşiqdir. 

Eşqə düşmək, şahım, ona layiqdir,Layiqdir, layiqdir. 

               

(M u s i q i)  

 

P a d ş a h üzünü dəsmal ilə tutub ağlayır. 



                          

(M u s i q i)  

 

 

 




__________________Milli Kitabxana___________________ 

98 


 

K ə r ə m-- 

 

Qəm-qəsavət bu gün başa düzüldü,  



Ağla, atam, ayrılığın günüdür.  

Bizə qismət qürbət eldə verildi,  

Ağla, atam, ayrılığın günüdür. 

 

(M u s i q i) 



 

Məni kül eylədi elin dilləri,  

Bundan belə gözləməyin yolları.  

Varayım, gəzəyim qürbət elləri,  

Ağla, atam, ayrılığın günüdür. 

 

(M u s i q i) 



 

Məni, ata, halal elə gedirəm, 

Bir tənbehdir öz-özümə edirəm. 

Əslidən başqa özgəni nedirəm? 

Ağla, atam, ayrılığın günüdür, hey!... (Gedir). 

 

PƏRDƏ 



 

ÜÇÜNCÜ PƏRDƏ 

 

 

Bir ç ö l d ə vaqe olur, çöldə ora-bura yollar vardır. Sol tərəfdə meşədir, sağ tərəf 



dağlıqdır.  Səhnədə K ə r ə m  ilə  S o f i dayanıbdır. Musiqi çalır. 

 

K ə r ə m (üzünü yollara tutub deyir)-- 



 

Əyri-üyrü gedən yollar,  

Yollar, xan Əslimi gördünmü?  

Düşmüşəm yarın izinə,  

İzlər, xan Əslimi gördünmü? 

 

Əyninə geyibdir saya,  



Yanında var cüftə taya,  

Sənə deyirəm, sarı qaya!  

Qaya, xan Əslimi gördünmü? 

 



__________________Milli Kitabxana___________________ 

99 


 

Bir dəstə yol ötən gəlib keçirkən bunları görüb dayanır.  

 

K ə r ə m-- 



 

Düşmüşəm yarın izinə,  

Qurban olum onun qara gözünə;  

Çıxmışam mən çöllərin düzünə,  

Düzlər, xan Əslimi gördünmü? 

 

Y o l  ö t ə n l ə r (təsnif--tar)-- 



 

Nə gəzirsən burada,         

Nədir, nədir, nədirsiz? (2 dəfə)  

Nərəyədir səfəriz,  

Gedir, gedir, gedirsiz?  

Gedir, gedir, gedirsiz?  

Səbəb nədir bu ahə,  (2 dəfə)  

Edir, edir, edirsiz?  

Nərəyədir səfəriz,  

Gedir, gedir, gedirsiz?  

Gedir, gedir, gedirsiz? 

    


S o f i--Ay qardaşlar, bu oğlan haqq aşiqi Kərəmdir. Neçə zamandır keşiş  qızı 

Əsli xana aşiqdir, amma keşiş öz qızını götürüb qaçıbdır, indi bu da yarın axtara-

axtara neçə-neçə vilayətlər  

keçib gəlib bu yerə çatıbdır. Hərgah siz də keşişin qaçmağını bilirsinizsə, bizə 

xəbər veriniz gedək. 

Y o l  ö t ə n l ə r d ə n  b i r i--Ey aşiq! Sənin yarının haraya qaçdığını bilirik. 

Hərgah bizim üçün bir türkü oxusan xəbər verərik. 

 

K ə r ə m sazını əlinə alır və yol ötənlər oturub qulaq asırlar. 



 

(M u s i q i)  

 

K ə r ə m-- 



 

Hey ... ağalar, yarımı qaçırdım,  

Bəylər, xan Əslimi gördünmü?  

Bülbülü şaxdan uçurdum,  

Bəylər, xan Əslimi gördünmü? 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə