Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə22/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   18   19   20   21   22   23   24   25   ...   102

__________________Milli Kitabxana___________________ 

83 


 

BİRİNCİ PƏRDƏ 

 

 



Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe 

olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə 

keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı  və 

dumanlı dağlar görünür. K e ş i ş i n  q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində 

oturubdur.  Ətrafda k e ş i ş ilə  bərabər q ı z l a r və o ğ l a n l a r oynayıb 

gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir. 

 

Ə s l i (kürd-şahnaz)-- 



 

Qəlbimə bir hiss girmişdir, adı bilməm nədir,  

Gah acıdır, gah şirindir, heç dadı bilməm nədir.  

Bezmişəm ata-anadan, görməyir heç şey gözüm,  

Bu pərişan halımın heç illətin bilməm özüm.  

Görmüşəm mən bir yuxu, ol yuxuda bir novcavan,  

Qədd-qamət sərv tək, gözlər qara, qaşlar kaman.  

Sarılıb incə belimdən, bus edər rüxsarımı,  

Söyləyir: sevdim səni, tapdım nəhayət yarımı. 

 

K e ş i ş, q ı z l a r və o ğ l a n l a r  Ə s l i y ə tərəf gəlib oxuyurlar.  



 

(M u s i q i: təsnif) 

 

Gülüm, söylə sən görək,  



Böylə pərişan neçin? 

 

(M u s i q i) 



 

Gülüm, söylə sən görək, 

Böylə pərişan neçin? 

Bizi eylə hali sən, 

Dərdin nədir, dərdin nədir, dərdin nədir?  

Hey ... tez söylə, tez söylə, tez söylə sən! 

 

(M u s i q i) 



 

Bunca dövlətdən məgər  

Razı deyilsən, qızım? 



__________________Milli Kitabxana___________________ 

84 


 

(M u s i q i) 

 

Bunca dövlətdən məgər 



Razı deyilsən, qızım? 

Bizi eylə hali sən. 

Dərdin nədir, dərdin nədir, dərdin nədir?  

Hey ... tez söylə, tez söylə, tez söylə sən!  

 

Ə s l i (şahnaz)-- 



 

Zərrə qədri dövlətin yoxdur gözümdə hörməti,  

Anlamam, billah, nədir dövlətlə dünya ləzzəti.  

Eşqdir dərdim mənim, aşiq olub bir oğlana,  

Hazıram qurban edəm öz canımı mən ol cana.  

 

K e ş i ş-- 



 

Sən nəsən, aşiq nədir?  

Heç həya etməzmisən?!  

Kimdir ol oğlan belə?  

Kim dəli etmiş səni?  

 

(nəvazişlə) 



 

Gəl, qızım, söylə görüm:  

Kim edib aşiq səni?  

 

Ə s l i (şahnaz)-- 



 

Görmüşəm mən bir yuxu, ol yuxuda bir novcavan,  

Qədd-qamət sərv tək, gözlər qara, qaşlar kaman.  

Sarılıb incə belimdən, bus edər rüxsarımı,  

Söyləyir: sevdim səni, tapdım nəhayət yarımı. 

 

(M u s i q i)  



 

H a m ı (təsnif)-- 

 

Yuxunun var insana böylə əsəri məgər? (2 dəfə)  



Yuxu verir insana zövqü səfa, cövrü cəfa, zövqü səfa,  

Hey, sən söylə, sən söylə, sən söylə hey!... 




__________________Milli Kitabxana___________________ 

85 


 

(bir də təkrar)  

 

(M u s i q i) 



 

Hamı Ə s l i ilə durub içəri daxil olurlar. Səhnədə heç kəs qalmır by halda K ə r ə 

m ilə S o f i o biri tərəfdən çıxıb bağçaya gəlirlər. 

 

S o f i (bayatı-Şiraz)-- 



 

Sal nəzər, şahzadə, bir bax keşişin bağına,  

Həm gülə, həm sünbülə, gendən görünən dağına.  

 

K ə r ə m--Dostum Sofi! 



 

Bu qədər güllər və sünbüllər mənə eşq artırır,  

Eşq ilə yanmış çirağa yağ olub da yandırır.  

 

S o f i-- 



 

Söylə sən, şahzadə, kimdir aşiqin bir dəm mənə,  

Bəlkə mən bu yolda göstərrəm ola xidmət sənə. 

 

K ə r ə m-- 



 

Bir yuxu gördüm, əzizim, bir nəfər nazlı sənəm,  

Bus edər hərdən məni, söylər mənə yarın mənəm.  

Qaş qara, gözlər qara, baldan şirindir ləbləri,  

Qədd-qamət sərv tək, xumardır şux gözləri.  

Qönçə tək açmış dəhanın, dişləri dür danəsi,  

Olmuşam, Sofi, o gündən ol qızın divanəsi. 

 

K e ş i ş çıxıb baş əyir. 



 

K e ş i ş (söz ilə)--Ey  şahzadə, sən bizə çox xoş  gəlibsən, səfa gətiribsən! 

Buyurun bizim xanəmizə! 

K ə r ə m--Çox sağ ol, keşiş, çox razıyıq. 

 

H a m ı s ı bərabər içəri girirlər.  



 

(M u s i q i) 

 



__________________Milli Kitabxana___________________ 

86 


 

Bir qədər sonra Ə s l i pərişan bir halda evdən çıxır. 

 

Ə s l i (söz ilə)--Odur ... özüdür ... yuxumda gördüyüm oğlandır! 



 

Bayatı-kürd 

 

Yandırıb yaxmaqdadır eşğ atəşi əndamımı,  



Düşmüşəm bir dərdə kim, bilməm özüm əncamımı.  

Bar ilahi, tez yetir gəlsin mənim cananımı,  

Ya diriltsin bəndəni, ya kim, tez alsın canımı. 

 

Kənarda bir sandaliya üzərinə yıxılıb qalır. 



 

(M u s i q i) 

 

K ə r ə m dəxi içəridən çıxır, bu da  pərişan haldır. 



 

K ə r ə m (söz ilə)-- 

 

O kim idi? ... o qız kim idi?... 



Yoxsa mən yenə yuxu gördüm ... yuxu....  

 

(M u s i q i: şikəsteyi-fars) 



 

Yenə gördüm surətin ol məhvəşin odlanmışam,  

Tazadan eşqə düşüb, suzi-cigərlə yanmışam.  

Gəl, gəl, ey dilbər, məni bu şübhədən eylə xilas,            

Gördüyüm sənsənmi, yoxsa yuxuya aldanmışam? 

 

O tərəfdən Ə s l i ayağa durub getmək istərkən bunlar bir-birini görürlər və bir 



qədər məəttəl qalıb qucaqlaşırlar, bəədə Ə s l i kənara çəkilir. 

 

Ə s l i (söz ilə)--Ah!... Oğlan, kərəm eylə, bizi görərlər.  



K ə r ə m--Əsli nədir, ey dilbər? (Buraxmayır).  

Ə s l i (dartınır)--Ah!... Kərəm eylə, keşiş babam gəlir.  

K ə r ə m--Əsli nədir, gözəlim!  

Ə s l i--Ah!... Kərəm eylə, qorxuram.  

K ə r ə m--Əsli nədir, qorxma!  

Ə s l i--Yox, oğlan, kərəm eylə, kərəm eylə.  

K ə r ə m--Ey nazlı dilbər, qoy sənin adın Əsli olsun, mənim adım Kərəm. 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə