Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə15/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   11   12   13   14   15   16   17   18   ...   102

__________________Milli Kitabxana___________________ 

55 


 

 

İKİNCİ PƏRDƏ 



 

 

P a d ş a h ı n  o t a q la r ı n d a n  birində vaqe olur. Müqəddimə çalındıqdan sonra 



pərdə qalxır.  Ş a h  A b b a s və ü ç  n ə f ə r  k e ç ə ç i  keçə qayırmaqla məşğuldurlar. 

Keçənin biri hazır olub bir miz üstə sərilib, camaat tərəfindən görünür. O biri də fərş üstə 

sərilib, ora-burası düzəldilməkdədir.   

 

Ş a h  A b b a s  (keçədən əl çəkib) 



 

(çahargah təsnifi)-- 

 

Vaxt olar bir gün bu sənət 



Edər mənə xidmət, edər mənə xidmət! 

Ey xudavənda, sən eylə bir gün 

Bu peşə mənə bir mədəd versin! 

 

(M u s i q i) 



 

Çəkməyən zəhmət bilməz, ah!  

Bu dünyada ləzzət.  

Ey xudavənda, sən eylə bir gün  

Bu peşə mənə bir mədəd versin! 

 

Ş a h (cahargah)-- 



 

Xurşid ilə əhd edib, sərf eylədim bir müddəti,  

Eylədim kəsfi-məharət öyrənib bu sənəti;  

Mən hələ bir mənfəət görməmsə heç bu peşədən,  

Könlümün şad olduğun hiss eylərəm mən dəmbədəm. 

 

(M u s i q i) 



 

Vaxt olar bir gün bu sənət göstərər öz xidmətin,  

Onda mən də artıraram Xurşidimin izzətin,  

Artırıb cahu cəlalın, izzətin mən ol zaman  

Xurşidi arvadlar içrə eylərəm şahi-zənan! 

 

M u s i q i. Müxalif guşəsi. 



 

Qoy odunçunun qızı (yada salın ol halını)  

Sayəsində ağlının tutsun məqami alini. 



__________________Milli Kitabxana___________________ 

56 


 

 

(Enir çahargaha) 



 

Ağa ilə şöhrət tapar zillətdə qalmış bir gəda,  

Nikbəxtdir ol kişi kim, əqli vermişdir xuda. 

 

Ş a h bu sözləri oxuyarkən keçəçilər  əllərindəki keçəni yumurluyub hazır edirlər. 



Sonra şah bu sözlərini qurtaran tək zeyldəki təsnifi oxuya-oxuya keçə təpirlər, ayaqlarını  

(takt ilə)  vururlar.  

 

H a m ı  b i r  y e r d ə (təsnif)-- 



 

Vaxt olar bir gün bu sənət 

Edər şaha xidmət, edər şaha xidmət! 

Ey xudavənda, sən eylə bir gün 

Bu peşə şaha bir mədəd versin! 

Çəkməyən zəhmət bilməz, ah! 

Bu dünyada ləzzət, bu dünyada ləzzət! 

Ey xudavənda, sən eylə bir gün 

Bu peşə şaha bir mədəd versin! 

 

M u s i q i. K e ç ə ç i l ə r  ş a h a  baş əyib gedirlər.  



 

Ş a h (rəhab)-- 

 

Maldan, mülkdən qəni bir padşah  



Keçəçilik sənətin etmiş özünə bir pənah!  

Gör bunu, ey kibr ilə əshab sənətə baxan,  

Bilginən kim, sənəti əzl bilən eylər günah. 

 

(M u s i q i) 



 

Peşədir, hər bir kəsin dərdi-qəmin az eylər,  

Sevdiyi peşəylə insan hər zaman naz eylər;  

Peşə ilə hər nəfər öz işlərin saz eylər,  

Peşəsi olmazsa insanın olar ömrü təbah. 

 

M u s i q i. X u r ş i d daxil olur.  



 


__________________Milli Kitabxana___________________ 

57 


 

Ş a h (təsnif)-- 

 

Xurşid, əhdimə yetdim,  



Keçəçilik mən etdim!  

Bil kim, sənə söz verdim.  

Durdum sözümün üstə. (2 dəfə) 

 

(M u s i q i) 



 

Bir bax, budur keçələr,  

Zəhmət çəkib gecələr,  

Bu sənəti öyrəndim;  

Durdum sözümün üstə. (2 dəfə) 

 

M u s i q i. X u r ş i d keçələrə tamaşa edir. 



 

X u r ş i d (bayatı-kürd)-- 

 

Ey şahi-dövran, 



Sən mənim tək naçizin nitqin əcəb təqdir edib, 

Keçəçilik sənətin öyrənməyi tədbir edib, 

Xəlq ara timsal olub, sənətə etdin ibtida; 

Bunun nəticəsidir ki: 

Məmləkətdə şövq edibdir sənətə xan və gəda! 

 

Ş a h-- 



 

Dövlətə etmiş olubsan sən böyük hər xidməti,  

Cəhd edib dövlətdə təşviq eylərəm bir sənəti.  

Şükr allah, mən düçar oldum sənə, ey Xurşidim!  

Çünki bu zamanda:  

Tapmaq olmaz arvadı həm ağl ola, həm surəti! 

 

X u r ş i d-- 



 

Bir söz idi mən dedim, sən də ona etdin əməl,  

Bəlkə biz bir gün görərik gər aman versə əcəl,  

Kim bu sənət göstərər bundan böyük bir xidməti,  

Həm onunla sənətin artar bütünlük izzəti. 

 



__________________Milli Kitabxana___________________ 

58 


 

Ş a h-- 


 

İndi sən söylə mənə, ey Xurşidim, doğru danış,  

Ol zaman kim, meşədə mən sənlə olmuşdum tanış,  

Mən səni görcək məhəbbət atəşi qəlbimdə oldu şöləvər, 

Ol zamandan get-gedə eşq atəşi tosi edər;  

Söylə indi bir mənə, sən də sevirsənmi məni?  

Sevməyirsənsə bu gün azad etdirərəm səni! 

 

M u s i q i. Xurşid başını aşağı salıb dayanır, şah ona baxır, bəədə X u r ş i d birdən: 



 

X u r ş i d (qatar)-- 

 

Ey şahi-dövran, səni mən ol zamandan sevmişəm,  



Sevgimin üzrə bu gün dərgahinə mən gəlmişəm.  

Ya dirilt, ya ki, məni öldür, özün bil, ey şahım!  

Mən ki, öz qəlbimdəki hissi məhəbbət bilmişəm.  

 

Ş a h-- 



 

Sevmişəm, billah, səni, bil, ey gözüm! 

Sən mənə yar olginən, budur sözüm! 

Şah sözü olmaz yalan, ey Xurşidim! 

Xurşidim sən həm məhim, həm yulduzum! 

 

X u r ş i d-- 



 

Taleimin ulduzu şölə saçıb hər bir yana,  

Yetmişəm axırda can tək sevdiyim mən bir cana.  

Ol qədər eşqin həvasi məst edibdir kim, məni,  

Ləzzət ilə eylərəm mən canımı qurban ona. 

 

Ş a h-- 



 

Yanıma gəl, Xurşidim, eylə hekayət eşqdən,  

Burda yoxdur heç kəs, bir sən isən, bir də ki, mən!  

Bil qənimət fürsəti, gəl et mənə izhari-eşq;  

Yanıma gəl, Xurşidim, gəl, gəl, gəl, ey nazik bədən! 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə