__________________Milli Kitabxana___________________
164
Gedibən canımı qurban eləyim canına mən
Bilmişəm Rüstəmi-Zal nə olmuş getməm
İzn ver sən də, anam da mənə, ey şah babacan
Ta gedim bir görüm o şiri-jəyan Rüstəmi mən.
Şah
Get bala, get sənə mən getməyə rüsxət verdim
Görgünən Rüstəm-Zalı pədərindir o sənin.
(Təhminəyə)
İzn ver, Təhminə, sən də nəyə lazım gıryə
Qoy oğul görsün atasın ki, ərindir o sənin.
(Vəzirlərə)
Söyləsinlər qoşuna hazır olun meydanə
Hər nə var tiğü kaman, nizəyi-xəncərlə belə
Eyliyir əzmi səfər Rüstəm-Zal oğlu bu gün
Görəcəkdir atasın cəng edəcək mərdanə.
(Qoşun daxil olur, marş ilə oxuyur.)
X o r
Cəng əhliyiz biz - cəng əhliyiz biz
Cəng əhliyiz biz-cəng əhliyiz biz.
(Söhrab davaya hazır olub, anası ilə əlvida eləyir.)
Söhrab
Səlamət qal anacan həlal et oğlunu bəlkə
Gedər-gəlməz olur rahim deyil ovdet mənə
qismət
Könlümdə bir arzum vardır, görüşməkdir
atam ilə
__________________Milli Kitabxana___________________
165
Qəm etmə, ağlama billah nə lazım bır belə
möhnət
Xudahafiz, xudahafiz məni gözlər qoşun
əhli
Gedək meydanə yüz tutduq görək neylər qəza
qüdrət.
(Təhminə təsnif oxuyur. M u s i q i)
Təhminə
Oğul rəhm et - qoyma məni
Necə qalım - mən sənsiz
Sən gəlincə - mən dözmərəm
Necə qalım - mən sənsiz.
(Ağlayır.) Söhrab
Ana, ana - sən qəm çəkmə Rahət yaşa - sən mənsiz.
(Marş çalınır, "Cəng əhliyiz biz" oxunur, pərdə düşür.)
PƏRDƏ
ÜÇÜNCÜ MƏCLİS
Vaqe olur Keykavusun bargahında; təxta əyləşmiş, vəzirlər yanında, musiqi çalınıb
bezəndələr oynayırlar. Bir qədərdən sonra xor daxil olub təzim edir.)
Keykavus
Nə vardır kim pərişansız
Nədir bais ki heyransız
__________________Milli Kitabxana___________________
166
Edin agah məni
Edim yox düşməni
Deyin nolub
Sizə etmiş əsər.
(M u s i q i)
Xor
Rüstəmin oğlu Söhrab
Kimsə etməz ona tab
Cəngə əzm eyləmişdir
Xeyli qoşun çəkmişdir
Qəsd etmiş İrana
Qoysun onu virana
İntiqam alsın ondan
Qanına etsin qəltan
Əmr vercək qoşun
Dəf eylə düşməni
Sən çağır tez gələr
Pəhləvan Rüstəmi
Cəngə, qoy Rüstəm getsin
Oğlunun dəfin etsin
Əvvəl ol davada
Qətl etsin Söhrabı.
Keykavus (fikirli)
Göndərin-göndərin
Rüstəmi çağırsınlar
Qoşuna əmr olsun cəngə
Qoşuna əmr olsun cəngə.
(Qıza)
Yanıma gəl, dilbər, yanıma gəl
Yanıma gəl et məni şad. 2 dəfə
__________________Milli Kitabxana___________________
167
(Musiqi çalınır, qız oynayır, sonra Rüstəm daxil olur.)
Keykavus
Nə cürət etdin, ey Rüstəm
Hüzuri şaha gec gəldin
Əcəb bu cür rəftarı
Mənimçün sən rəva gördün
Mənəm Keykavus ol şəh kim
Bütün İran edər səcdə (2 dəfə)
Xilaf əmrim olmaqda
Nə cürət var bir kəsdə
Nə lazım sən kim əlindən bir şey gəlməz
Sənin tək pəhləvanlarım mənim çoxdur bunu bil
Sən hüzurumdan çəkil. (2 dəfə)
(M u s i q i)
Xor
Ey padşah - rəhm eylə bizə
Qoyma düşmənə - ta olaq fəda.
(Rüstəmə)
Ey pəhləvan - rəhm elə bizə
Qoyma düşmənə - ta olaq fəda.
Rustəm
Bəsdir, ey şah, bu qədər qeyzidə tüğyan etdin
Gəlməyimdən məni bu şəhrə peşiman etdin.
Hamı işlər sənə dünyada bu gün təng olmuş
Əjdaha tək dəminə çun səni Söhrab almış
Bedtər olmuş belə gün gündən işlər dünyada
Olmasam mən gedəcək taxtilə tacın badə
Mənəm ol Rüstəm dəstan ki, ismi-pakim
Külli dünyanı tutub, sən kimidən yox bakim.
__________________Milli Kitabxana___________________
168
(İstəyır getsin, padşah saxlayıbdeyir)
(M u s ı q ı)
Keykavus
Rüstəm, gəl barışaq (2 dəfə)
Lazımdır ittifaq. (2 dəfə)
Xor
Rüstəm, gəl barışaq (2 dəfə)
Lazımdır ittifaq (2 dəfə)
Cəngə qoyduq qədəm (2 dəfə)
Düşmən olsun ədəm. (2 dəfə)
PƏRDƏ
DÖRDÜNCÜ MƏCLİS
(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)
Söhrab
O kimdir ki, gəl mono söylə
Cəlal cahı var boylə
Di gəl adm bəyan eylə
Mənə olsun əyan kimdir.
Hüceyr
Onun adı Keykavus
O taxtı zərnigar üstə
Kim ətrafı qoşun dəstə
O şalı-gül İrandır.
Dostları ilə paylaş: |