129
Sevgilisi var ikən,
Söylə bir özgəsini
Bəs necə sevə bilər?!
Ana dəstəyi asdı
Sonra da öz qəlbinin
Səsinə qulaq asdı!
- Dərd eləmə hər Ģeyi
QarĢıya nə çıxırsa,
Bil, insana xeyirdir.
Vəfa, məhəbbət, sevda
Ġnsan ömrünə bəzək,
Vəfasızlığın adı
Axı hər dildə birdir.
Ərim haqlıymıĢ, demə
DüĢündü yazıq ana.
Hələ qohum olmamıĢ,
Bu gələcək qohumlar
Girirlər min bir dona.
Tez ərinə yetirdi,
Ana bu bəd xəbəri.
Görün nələr söylədi
Oğlan atası - əri:
Bax bunları görürdüm,
Hesab eylə əzəldən.
Axı həyat yoldaĢı
Olmaz heç vaxt, heç zaman
Etibarsız gözəldən.
Onunçün də sınağa
Ġstəyirdim çəkəm mən,
131
Əgər lap sınaq isə,
Çox uğursuz sınaqdır.
Ata çıxdı otaqdan,
Ananı dərd bürüdü.
Min bir baĢlı fikirlər,
Ora, bura sürüdü
Dərd əlindən yadından,
Sanki çıxmıĢdı adı;
Göz önündən getmirdi,
Uğursuz məhəbbətə
Düçar olmuĢ övladı...
* * *
Oğlan anasını görüb pəriĢan,
“Görən nə olubdur”, düĢündü o an.
Ana onu görcək, göz yaĢı axdı.
Görən düĢünərdi, gözlər bulaqdı.
Oğlan hadisədən hali olan tək
DüĢündü gərəkdir qızla görüĢmək.
Dərhal sevdiyinə telefon açdı,
Dəstəkdə səs-səsə calanan kimi
Nitqi də tutuldu, rəngi də qaçdı.
Nələr söyləmədi sevdiyi ona?!
Oğlan az qalırdı alıĢa, yana.
Qız dedi: Bilmirsən sən qiymətimi,
BaĢqası səndən də çox sevir məni.
Əgər ki, saxlasan sən hörmətimi,
Mən də bir dost kimi saxlaram səni.
132
Ġndi söyləyirəm bir yoldaĢ kimi
Bil, mənə vurulan bu yeni oğlan,
Gərək heç bir zaman, heç vaxt bilməsin
Mənim sənlə bağlı olan eĢqimi.
Bir də ki...yaĢ ötür bilirsən bunu
Çox da uzaq deyil bir ömrün sonu.
Nə qədər gözləyim axı mən səni?
Qorxuram tez sola ömrün gülĢəni.
Məhəbbəti yaman odlu,
Yazıq Leyli, yazıq Leyli.
EĢq səması hey buludlu,
Yazıq Leyli, yazıq Leyli.
BaĢında külək əsmədi?!
Ətrafın səndən küsmədi?!
Məcnunun yolun kəsmədi
Yazıq Leyli, yazıq Leyli.
Sən ki dözdün hər möhnətə,
Nümunəsən dəyanətə;
Yol vermədin xəyanətə
Yazıq Leyli, yazıq Leyli.
Gözəl, özün Ģirin sözdün,
Cəh-calaldan əlin üzdün;
Tənələrə necə dözdün
Yazıq Leyli, yazıq Leyli?!
133
Heç yatmadın, oyaq oldun,
Öz sevginə dayaq oldun,
EĢq yolunda mayaq oldun
Əhsən Leyli, əhsən Leyli!!!
Oğlan öz yerinə qoydu dəstəyi
Qızla görüĢməkdi, artıq istəyi.
Əsla inanmırdı o, dönüklüyə,
Səsinə, sözünə bu sönüklüyə.
Dedi: Ana, gərək onu görəm mən
Fikrini öyrənəm onun özündən.
Bəlkə telefonda özgəsi imiĢ,
Özgə birisinin öz səsi imiĢ.
Gərək mən onunla bu gün görüĢəm,
Məramın, məqsədin mən baĢa düĢəm.
Yox! Yox! O qız idi, oydu danıĢan.
Öz-özün aldatmaq istərdi oğlan.
Qapıdan çıxmamıĢ o, geri döndü
Ürəyi çırpındı, qəlbi döyündü.
Oğlan bu gediĢə tərəddüd etdi,
Qəlbində bir anlıq ümidlər itdi.
Oğlan dedi: Ana, nə edim söylə,
Yəni o qapıya mən gedim, söylə?!
Axı o sevirdi məni ürəkdən
Nə qədər danıĢıb, söhbət etmiĢik
ĠtmiĢ arzulardan, itmiĢ diləkdən
ġirin xəyallarda bir ev qurmuĢuq,
Çətinlik adlanan bir sel önündə
QoĢa dayanmıĢıq, qoĢa durmuĢuq.