Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə25/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   21   22   23   24   25   26   27   28   ...   101

 

 

134 



 

Axı necə olar, sevsin  özgəni 

Özgə ayaqları altına atsın, 

Mənimlə qurduğu güllü gülĢəni?! 

Yox, yox, mümkün deyil, bu ola bilməz, 

O mənsiz sevinməz, o mənsiz gülməz! 

Tərəddüd, tərəddüd...boğurdu onu 

Ana istəyirdi xilas eyləsin

Doğma balasını, əziz oğlunu. 

BaĢladı oğlunu o tutsun dilə,  

Dedi: Əziz balam, get söhbət eylə, 

Bəlkə biz tərəfi tərpətmək üçün 

Onlar danıĢırlar bizimlə belə. 

Oğlan birdən karıxdi, 

Qəlb sıxıldı, darıxdı. 

“Ana hələlik” deyib 

Tələsik evdən çıxdı. 

Getdi qızgilə sarı, 

Onu görəydi barı. 

Qəlbində sızlayırdı, 

Yaralı arzuları. 

Sədaqətin ölçüsü, 

O, bu qızı sanırdı. 

Onu ürək sirdaĢı, 

Bəxt ulduzu sanırdı. 

Qapının zəngin basdı, 

Amma açan olmadı. 

Evdə kimsə var idi, 

Buna Ģübhə qalmadı. 

Gözlükdən göz göründü, 




 

 

135 



 

ĠĢığın qarĢısından 

Bir kölgə də süründü. 

Oğlan evə qayıtdı, 

Yamanca, kor-peĢiman. 

Üzündən qan çıxmazdı, 

Xəncər çəksəydin, inan. 

O qəti əmin oldu, 

Qızın bu qərarına. 

Qəfil xəzan gəlmiĢdi 

Ömrünün baharına. 

Bax beləcə kəsildi, 

Qızla onun görüĢü. 

Hələ qabaqda idi 

Həyat ilə döyüĢü. 

 

Sığmadı oğlanın kədəri, qəmi 



Bu dünya adlanan böyük otağa. 

Qəlbə həmdəm etdi fikri-xəyalı, 

Ağır xəstələnib düĢdü yatağa. 

Xəstənin üstünə gör kimlər gəldi?! 

TanınmıĢ təbiblər, həkimlər gəldi! 

Qız da xəbər tutdu bu ağır iĢdən, 

O, üz dönərmiĢdi artıq keçmiĢdən. 

Sevdiyi oğlana olmadı dayaq 

Ondan nə səs gəldi, nə də ki, soraq. 

BaĢladı gör necə əzablı günlər?! 

Min yerdən qırılmıĢ rübablı günlər. 

Göylərə qalxırdı hayı-harayı, 

Necə acı imiĢ taleyin payı?! 



 

 

136 



 

Dərdi azaltmaqçün elə deyirlər, 

Zaman böyük təbib – belə deyirlər. 

 

Zaman keçdi, vaxt ötüĢdü 



Xəzan gəldi, təbiətin 

Saçlarına ağ dən düĢdü. 

Qızıl payız, toy məqamı 

Bu fəsili məhəbbətlə 

Gözlər sevənlərin hamı. 

Qıza cehizlər alındı, 

Qız evində toy çalındı, 

Toyun səsi hey ucaldı. 

Oğlanın beli büküldü, 

Sanki bir gündə qocaldı. 

Gözləri hey nəmli idi, 

YeriĢi də, duruĢu da 

Qəmli idi. 

Yer tapmırdı özünə o, 

                                         Gen dünyada

dar dünyada. 

Bu dəhĢətli vəfasızlıq, 

Ona gəldi ar dünyada. 

 

VurulmuĢdu güllü yaza 



Bənzərdi Aya, ulduza; 

Səsi çatmırdı  o qıza 

Qulaqları kar dünyada. 

 

EĢq istəyin ən ucası, 




 

 

137 



 

Əsiri gənci, qocası; 

Odur həyatın əsası 

Nə dövlət, nə var dünyada!! 

 

Sədaqətə olum qurban, 



Qədrin bilər eĢqdə yanan; 

Dinlə məni, mənə inan 

O, həmiĢə var dünyada! 

 

Beləcə baĢladı ayrılıq, hicran 



Beləcə baĢladı qüssəli günlər. 

Həsrətdən alıĢır, odlanır oğlan. 

Qəlbini odlayır “axı neyçün”lər. 

Beləcə baĢlayır bir yeni həyat. 

Dərdə düçar olmuĢ dəqiqə, saat. 

Yada düĢür nələr, nələr... 

Bir vəfasızın əliylə 

YaralanmıĢ xatirələr... 

 

* * * 

 

Ata narahat idi



Öz oğlunun halından. 

Ayağa qaldırmaqçün, 

Axı tutmaq lazımdır 

Yıxılanın əlindən. 

Çox yolları aradı 

Vəziyyətdən çıxmağa, 

Həyata olduğu tək



 

 

138 



 

Gözü açıq baxmağa. 

Məhəbbət tək görünən, 

Əsil məhəbbət deyil. 

Çox maraqlı olsa da, 

Yalan həqiqət deyil! 

Sevən kəs belə asan, 

Tərk etməz sevdiyini. 

Sevən insan könüllü, 

Ġtirməz sevdiyini. 

Ata əmindi buna; 

Oğlu çəkirdi əzab, 

Ġstərdi bu iztirab 

Tezliklə yetsin sona. 

Hey axtardı, aradı 

Tapdı Ģadlıq evini 

Bax orda toy etmiĢdi 

Etibarsız “gəlini” 

DanıĢdı müdir ilə, 

Onu çox tutdu dilə. 

Sanki bir zəfər çaldı, 

Toy kassetini aldı. 

Üz tutdu öz evinə

Çox sevinə-sevinə 

O, toya baxmalıydı, 

O, əmin olmalıydı 

Qərarı düz olubdur, 

Bu eĢq boĢ söz olubdur. 

 

* * * 



 

 

139 



 

Ata bir yerə yığdı 

Evində oğulları. 

Dedi: Sizsiniz mənim 

Həyatımın baharı. 

Ağlınıza yox Ģübhəm, 

Dərrakəniz yerində. 

Hər sözünüzdü məlhəm

Dərdim olsa, dərində. 

YaxĢı baxın bu toya 

Sevinc necə bənzəyir, 

On beĢ gecəlik Aya?! 

O qızın gözlərində, 

Qəmi mənə göstərin! 

Bir sevda dəryasında, 

Təlatümə tuĢ olmuĢ 

Gəmi mənə göstərin! 

Baxın hər rəftarına. 

Görün nə qılıq  verir 

TəzələnmiĢ yarına! 

Barı göstərin mənə, 

Ġtgin düĢmüĢ sevginin 

Qəmlə dolu yükünü. 

Bax burda axtaraq biz 

O uğursuz sevginin 

Əsasını, kökünü.  

Dedi kiçik oğluna 

Atası yana-yana: 

Sındırmasın qoy səni 

Bu uğursuz məhəbbət. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə