165
Fransız ĢərqĢünası Marsel Eqreto Bakını Əlcəzair
Ģəhərinə bənzədir. Mən onun bənzətməsinə Ģərik
olaram, bir Ģərtlə ki, Bakı Əlcəzairə yox, Əlcəzair
Bakıya bənzəyir.
Əlcəzairlə ilk tanıĢlıq Lunaparkdan baĢlayır.
Paytaxta gələn səyyahların demək olar ki, hamısının
yolu
buradan
keçir.
Buradakı
attraksionları
amerikalılar tikiblər. Parka ayaq basan kimi sanki
yerimizdə donub qaldıq. Parkda ucadandanıĢanlardan
Z.Xanlarovanın səsi gəlirdi. Zeynəb xanım necə də
həzin-həzin oxuyurdu:
Sən MüĢfiqin yanında qal, sənə qurban,
Ġstəsən bu canımı al, sənə qurban...
Böyük oğlum Emin sevincək:
Ata, Zeynəbdir oxuyan – dedi.
UĢağın sevincdən gözləri par-par parıldayırdı.
Onda Eminin 9 yaĢı vardı. Bu baxıĢlarda qəribliyin,
vətən həsrətinin ilk təzahürləri özünü göstərirdi. Axı
biz cəmisi üç ay idi ki, vətəndən ayrılmıĢdıq.
Lunaparkla tanıĢ olduqdan sonra hədiyyələr
mağazasına baxdıq. Üzərində Lunaparkın emblemi
olan müxtəlif əĢyalar bu mağazalarda satılır.
Ticarətçilərdə qəribə psixologiya var. Hansı Ģey daha
çox alınırsa, onun qiymətini dərhal artırırlar. Bizdən
iki gün qabaq buraya gələn səyyahların 60 dinara
aldıqları hədiyyə bizə 80 dinara satılırdı. Bir-iki xırda
hədiyyə alıb Ģəhəri gəzməyə çıxdıq.
166
Ġrəlidə qeyd etdiyim kimi Əlcəzair çox gözəl
Ģəhərdir. Onun doğrudan da Parisə oxĢayan cəhətləri
də vardır. O, bir əlamətə görə Parisə daha çox
bənzəyir: küçələrin səliqəsizliyi ilə. Lakin Ģəhərə
gələn qonaq bunu çox da qabarıq surətdə hiss etmir.
Belə ki, süpürənlər ara vermədən iĢləyir, səkiləri və
bəzən də lap yolları təmizləyirlər. Xüsusi keçidlərdən
də yaxĢı istifadə olunmur. Piyadalar istədikləri yerdən
küçəni keçir və avtomobillərin hərəkətini
çətinləĢdirirlər. Bu cəhətdən əlcəzairlilər bizim
bakılıları xatırladırlar. Bir dəfə maraqlanıb bir
piyadadan soruĢdum ki, niyə küçədə xüsusi ayrılmıĢ
keçiddən istifadə etmir? O dedi ki, cənab, mən azad
və sərbəst adamam, haradan istəsəm, oradan da
keçərəm. Biz inqilabı onunçün etməmiĢik ki, öz
evimizdə də hərəkətlərimizə sərhəd qoyulsun. Əlbəttə,
bu cənabla mübahisə etmək olardı. Ələlxüsus azadlıq
barədə, insan hüquqları barədə. Lakin buna ehtiyac
yox idi. Mən sonralar da, dəfələrlə əmin oldum ki,
bəzi əlcəzairlilər bizdə olduğu kimi azadlıq ilə
anarxiyanı çalpaĢıq salırlar.
Əlcəzairli sürücülər həddən artıq xeyirxahdırlar.
(Bəlkə də nəzakətlidirlər desəm daha çox yerinə
düĢər.) Onlar həmiĢə yolu keçən piyadaya üstünlük
verirlər. Məsələn, deyək ki, bir piyada yolu keçir və
həmin küçədən maĢınlar gəlir. MaĢınlar dərhal
dayanır və piyadaya keçid üçün imkan verirlər. (Bəlkə
də piyadaların intizamsızlığına səbəb sürücülərin
nəzakətliliyidir?!)
167
ġəxsi avtomobillərin sürücüləri arasında qadınlar
da az deyildir. Hətta çadralı və ağzı yaĢmaqla
örtülmüĢ qadınlar da öz Ģəxsi maĢınlarını sürürlər.
Sürücülər
bir-birinə
qarĢı
həddindən
artıq
nəzakətlidirlər. Deyək ki, bir sürücü qaydanı
pozmaqla manevr etmək istəyir. QarĢıdan gələn
maĢının sürücüsünə iĢarə edib o, bu hərəkəti icra edə
bilər. Belə ki, qarĢıdan gələn maĢının sürücüsü çox
böyük məmnuniyyətlə öz yolunu ona verir. Belə
qaydanı pozmaq halları bu Ģəhərdə tez-tez olur. Ona
görə də ümumiyyətlə maĢınların hərəkətlərində
ümumi nizamsızlıq vardır.
Ġstər Ģəxsi və istərsə də idarə maĢını olsun, fərqi
yoxdur, hökmən sığortalanmalıdır. Ölkənin ərazisində
sığortalanmamıĢ avtomobildən istifadə etmək qəti
qadağandır.
ġəhərdə maĢınların hərəkətinə polis nəzarət edir.
Polis təkcə avtomobillərin deyil, piyadaların da
hərəkətinə diqqət yetirir. Magistral yollarda isə
avtomobillərin hərəkətinə jandarm tərəfindən nəzarət
olunur. Jandarm idarəsi səlahiyyətcə böyük olub,
polisə də nəzarət edir. Ġstər polis, istərsə də jandarmlar
həddindən artıq nəzakətli olub bir məqsədə xidmət
edirlər: hərəkətin təhlükəsizliyi təmin olunsun, heç bir
qəza baĢ verməsin. Onlar küçə və Ģosselərin elə
yerlərində dururlar ki, orada hərəkət mürəkkəbdir və
qəza ola bilər. Onlar sözün əsil mənasında hərəkəti
nizamlayır, çətin vəziyyətə düĢən sürücülərə köməklik
göstərirlər. Mən hər dəfə jandarm və polisin gərgin
168
əməyini görəndə yadıma bizim bəzi avtomobil
müfəttiĢləri düĢürdü. O müfəttiĢlər ki, yolun müəyyən
hissəsində gizlənib cərimə etmək üçün sürücülərin
hərəkət
qaydalarını
pozmalarını
səbirsizliklə
gözləyirlər. Əlbəttə qəzanın qarĢısını almaq üçün
sürücünü cərimə etmək yox, hərəkət qaydalarının
pozulmaları ehtimal olunan yerdə dayanıb həmin
pozulmaların qarĢısını almaq lazımdır.
Əlcəzairlilər çox mehriban və qonaqpərvərdirlər.
Bir Ģey soruĢduqda gülə-gülə, mehribancasına sənə
izah edirlər. Bu cəhətdən onlar fransızlara daha çox
bənzəyirlər (fransızlarda bu gülüĢ çox vaxt üzdə olur).
Sonralar dəfələrlə ölkənin paytaxtında oldum. Hər
dəfə də əlcəzairlilərdə yeni müsbət keyfiyyətlər
tapırdım.
Bir dəfə mənim maĢınımın təkəri buraxdı. Təkəri
yamamaq üçün təmir emalatxanasına gətirdim. Həyat
yoldaĢım və bir oğlum da mənimlə idilər. Hava elə isti
idi ki, kölgədə belə durmaq olmurdu. Təmir
emalatxanasının yanındakı su köĢkündən su alıb
içirdik. Su köĢkünün yanında bir darvaza vardı və
onun yanında bir kiĢi dayanmıĢdı. O, mənə yaxınlaĢıb
dedi:
- Cənab, bir bura gəlin.
Mən darvazadan içəri girdim. Qapının arxa
tərəfində yekə bir çəllək var idi.
Qoca mənə:
Dostları ilə paylaş: |