181
da buna bənzər təntənələr keçirildi. Mexikoya dair
xüsusi mahnılar bəstələnmiĢdi.
Demək olar ki, hər gün qəzetlərdə milli
komandanın həyatından bəhs edən yazılar verilir,
komandanın baĢ məĢqçisi Saadani böyük futbol
bilicisi kimi təriflənirdi.
Afrika kuboku yarıĢlarında zədələnmiĢ Bellumi
demək olar ki, bütün əlcəzairlilərin sevimlisi idi. O,
dizindən zədələndikdən sonra təcili surətdə Fransaya
müalicəyə göndərildi. Hər gün qəzetlər Belluminin
səhhəti
barədə
məlumat
verirdilər.
Dünya
çempionatına az qalmıĢ Bellumi yenə yığma
komandaya
qayıda
bildi.
Lakin
Meksika
çempionatında o, Ġspaniyadakı oyunu göstərə bilmədi.
Meksikada Əlcəzair komandasında yeni ulduz
parıldadı. Bu Macer idi.
Meksika çempionatı ramazan (orucluq) ayına
təsadüf edirdi. Ramazan ayında həmiĢə iftardan
(axĢam yeməyi) qabaq televiziya ilə ruhani alim
moizə edir. Sonra orucluq duası və qurandan bir surə
oxunur. Yalnız bundan sonra iftar baĢlanır. Bu
proseduranı heç kəs heç vaxt dəyiĢə bilməz. Lakin
bunu futbol etdi. Ramazan ayında yeganə bir gün idi
ki, mömin müsəlmanlar orucluq duasını, quranı
eĢitmədən iftar edirdilər. Həmin gün Braziliyanın
yığma komandası ilə Əlcəzair komandası Dünya
birinciliyində görüĢürdülər.
Həmin matça baxmaq üçün mən klubumuza
yollandım. Elə bil Ģəhərdə heç kəs yaĢamırdı.
182
Küçələrdə nə bir avtomobil, nə bir adam var idi.
Bütün mağazalar bağlanmıĢdı. Bu oyunu əlcəzairlilər
uduzdular. Səhəri gün demək olar ki, heç kəsin üzü
gülmürdü.
Əlcəzair televiziyası Meksika çempionatından
bütün oyunları translyasiya edirdi. Hətta Əlcəzair
komandası növbəti yarıĢ mərhələsindən çıxdıqdan
sonra belə translyasiya davam etdirildi. (Biz
öyrəĢmiĢik ki, komandamız uduzduqdan sonra
translyasiya dayanır).
Əlcəzairlilər öz futbolçularını çox sevir, onlara
xüsusi qayğı ilə yanaĢırlar. Komanda dünya
birinciliyindən qayıtdıqdan sonra heç kəs futbolçuları
tənqid atəĢinə tutmadı. Bütün idman icmalçıları öz
sevimli futbolçularını ruhdan salmamağa çalıĢırdılar.
Lakin
çempionatdan
əvvəl
“futbol
bilicisi”
adlandırılan Saadani açıq-aĢkar lənətlənirdi. Tənqidə
dözməyən məĢqçi istefa verdi. Qəzetlər yığma
komandanı Ġspaniya çempionatına hazırlayan sovet
məĢqçisi A.Roqovu tərifləməyə baĢladılar. Sonra
Roqovla yeni kontrakt bağlanmasını təklif və tələb
etdilər. DanıĢıqdan sonra kontrakt bağlandı. Beləliklə,
yenidən Roqov Əlcəzair milli komandasına məĢqçi
təyin olundu.
YaxĢı yadımdadır, Roqov Əlcəzairə gələn kimi
idman jurnalistləri ilə söhbətində dedi ki, komandanın
texniki hazırlığından razıdır. Komandanın ən böyük
nöqsanı intizamın zəif olmasıdır. Sonra yeni məĢqçi
bildirdi ki, onun əsas vəzifəsi komandada intizamı
183
bərpa etməkdir (Deməli nə vaxtsa komandada intizam
olub).
Əlcəzairlilər bizim yığma komandaya (yəni sovet)
da azarkeĢlik edirdilər. Bizimkilər macarlara 6:0
hesabı ilə qalib gəldikdən sonra ertəsi gün həm iĢ
yoldaĢlarımız, həm də tələbələrimiz bizi təbrik
edirdilər. Komandamız belçikalılara uduzanda hamı
təəssüflənirdi.
“Əl-Mücahid”
qəzeti
bizim
komandanın
məğlubiyyətini yarıĢ təĢkilatçılarının və hakimlərin
düĢünülmüĢ, planlı bir oyunu kimi qiymətləndirirdi.
Və SSRĠ-nin futbol komandasının çempionatın ən
güclü komandalarından biri olduğunu qeyd edirdi.
Əlcəzairdə hamı həm yaxĢı futbol oynayır, hamı da
yaxĢı azarkeĢlik edir. Ən baĢlıcası odur ki, futbolu
baĢa düĢür və qiymətləndirə bilirlər. Mən onların
futbola həvəs və marağını görüb belə qənaətə gəldim
ki, əlcəzairlilər futbolu braziliyalılar kimi oynaya
bilməsələr də, onların futbola olan məhəbbəti heç də
braziliyalılardan az deyildir. Bu mənada belə bir sual
ətrafında düĢünməyə dəyər: Əlcəzair, yoxsa
Braziliya?...
ƏLCƏZAİRDƏ QƏBUL İMTAHANLARI
Bir gün dekanımız Mövlud ġıxhi məni çağırıb
bildirdi ki, qəbul imtahanları üçün suallar hazırlamaq
lazımdır. Üç variant və hər variantda üç məsələ
olmalıdır.
184
Kafedraya qayıtdıqdan sonra iĢlədiyim ali
məktəbdə qəbul qaydaları ilə tanıĢ olmağa baĢladım.
Deməli, bütün ixtisaslar üzrə qəbul imtahanları yazılı
Ģəkildə aparılır və bir gün ərzində baĢa çatdırılır.
Abituriyentlərin hamısı (bütün ixtisaslar üzrə) yalnız
üç fəndən (fizika, kimya və riyaziyyatdan) qəbul
imtahanı verirlər. Ġmtahanlar səhər saat 8-də baĢlanır
və axĢam saat 17-də qurtarır. Qəbul məsələləri ilə
yalnız qəbul komissiyası məĢğul olur. Bu
komissiyanın
üzvləri
cavan
müəllimlər
və
aspirantlardır.
Komissiyaya ümumtəhsil fənləri
fakültəsinin dekanı rəhbərlik edir. Abituriyentlər səhər
saat 9-dan üç saat müddətində fizika və kimyadan,
günortadan sonra isə yenə həmin müddətdə
riyaziyyatdan (hər variantda 6 məsələ) imtahan
verirlər. Bir gün ərzində abituriyentlər imtahanları
verib evlərinə qayıdırlar. Ertəsi gün abituriyentlərin
yazıları kafedralara yoxlanmaq üçün verilir.
Bizim institut qəbul imtahanlarını təkcə Bumerdes
Ģəhərində deyil, həmçinin ölkənin nisbətən ucqar
Ģəhərlərində də təĢkil edirdi. Yerlərdə bu imtahanları
aparmaq üçün oraya müəllimlər ezam edilirdi. Əvvəl
ezam olunanlar arasında sovet müəllimləri də olurdu.
Lakin son illər bu imtahanları təĢkil etmək üçün
yalnız əlcəzairli müəllimlər ayrılırdı. MYSĠ
Konstantin, Biskra, Tlemsen və digər Ģəhərlərdə bu
imtahanları təĢkil edirdi. Hər Ģəhərə də bir ixtisasçı
müəllim ezam olunurdu.
Dostları ilə paylaş: |