132
bir neçə rəy gətirəsiz. Darıxıb-zad eyləmə, Natiq çox yaxĢı bir
sponsor tapıb. Səfəriniz yüksək səviyyədə maliyyələĢəcək.
RAFĠQ - Mamed Cəliloviç...
ATAZADƏ (onun sözünü kəsərək) - ƏĢi bu rəsmiyyətçilik
kimə lazımdır. Biz həmkarıq, iĢ yoldaĢıyıq. Mənə Mamed
müəllim desən də kifayət edər.
RAFĠQ (onun dediklərinə fikir vermədən) - Mamed
Cəliloviç, mən o dissertasiyanı artıq oxumuĢam. Və mən özüm
istəyirdim ki, bu iĢlə bağlı Sizinlə söhbət edim. Mən belə hesab
edirəm ki, Natiqin apardığı təcrübələrin nəticələri, yumĢaq
desək, dəqiq deyildir. O, öz təcrübi nəticələrini nəzəriyyəyə
süni surətdə uyğunlaĢdırmıĢdır. Daha doğrusu onun təcrübi
nəticələri nəzəriyyədən alınan nəticələrə tabe etdirilmiĢdir.
Mən hesab edirəm geniĢ müzakirəyə çıxarılmazdan əvvəl
dissertasiya laboratoriyada müzakirə olunmalıdır.
ATAZADƏ (az qala çığıraraq) - Necə?! Siz deyirsiniz ki,
Natiqin aldığı nəticələr saxtadır?
RAFĠQ (çox sakit Ģəkildə) - Mən qəti olmasa da, belə
fikirdəyəm.
ATAZADƏ - Siz həddinizi aĢırsınız, Rafiq Əliyeviç! Bəli,
siz həddinizi aĢırsınız. Siz mənim aspirantımın apardığı elmi
iĢə Ģübhə ilə yanaĢırsınız..
RAFĠQ (təmkinini pozmadan) - Mən təkcə Sizin aspirantın
aldığı təcrübi nəticələrə deyil, həm də Sizin arxalandığınız
nəzəriyyəyə Ģübhə ilə yanaĢıram.
ATAZADƏ (hirslə əlini stoluna vuraraq) - Bəsdir! Siz lap
ağ etdiniz. Vicdan haqqı... Siz dünya Ģöhrətli ġterenberqin
nəzəriyyəsinə Ģübhə edirsiniz?
RAFĠQ - Mən ġterenberqin böyük alim olmasına əsla
Ģübhə etmirəm. Lakin...
ATAZADƏ ( onun sözünü kəsərək) - Gəl hələ bir buna da
Ģübdə elə!
RAFĠQ (sözünə davam edərək) - Lakin onun mayelər
haqqında verdiyi nəzəriyyə sadəcə olaraq təcrübi nəticələrə
133
uyğun gəlmir. Belə hesab edirəm ki, bu nəzəriyyə qurularkən
bir sıra mühüm faktorlar nəzərə alınmamıĢdır.
ATAZADƏ (hirslə) - Siz çox mənəm-mənəm deyirsiniz.
Axı Siz kimsiniz?
RAFĠQ (sakit və bir qədər istehzalı) - Mən? Mən Sizin
rəhbərlik etdiyiniz elmi sektorun əməkdaĢı.
ATAZADƏ (hirslə) - Bəsdir, bəsdir mənim əsəblərimdə
oynadız. (Hirslə gülərək) Ha, ha.. bir buna bax ġterenberqə
nöqsan tutur.
RAFĠQ - Mamed Cəliloviç, mənə belə gəlir ki, Siz çox
yaxĢı bilirsiniz ki, 20-ci əsrə kimi atom bölünməz hesab
olunurdu. Sonra nə oldu? Sonra məlum oldu ki, atom özü də
elementar hissəciklərdən təĢkil olunub. Axı vaxtilə atomun
bölünməzliyini dahi alimlər də söyləmiĢdilər. ġterenberqin
nəzəriyyəsi də onun kimi. Məlumunuz olsun ki, biz Ariflə
həmin nəzəriyyənin nöqsanlı olduğunu sübut etmiĢik və yeni
nəzəriyyə vermiĢik.
ATAZADƏ (istehza dolu təəccüblə) - Belə de, belə de. A
kiĢi mus-mus deyincə Mustafa de də. De ki, Natiqin təcrübi
nəticələri mənim nəzəriyyəmə uyğun gəlmir. Bəlkə elə
əsərinizi Nobel mükafatına təqdim edəsiniz.
RAFĠQ (təmkinlə) - Səbr edin. Məqamı çatanda o da
olacaq. Niyə ingilis, alman, fransız, nə bilim daha hansı alimlər
o mükafatı ala bilsin, bizimkisə yox. Bizim nəyimiz əksikdir
onlardan? Bir də, mən bilən mübahisəyə artıq ehtiyac yoxdur.
Biz öz elmi iĢimizi Londonda keçiriləcək Beynəlxalq
simpoziuma təqdim etmiĢik. Son sözü simpozium iĢtirakçıları
söyləyəcəklər. Qaldı ki, Natiqin dissertasiyasına, (pauzadan
sonra) o iĢ müdafiəyə buraxıla bilməz. Bu mənim Ģəxsi
fikrimdir. etirazınız varsa, qoyun Ģöbədə müzakirəyə,
vəssalam!
ATAZADƏ (hirsl) - Siz nə qədər etikasız adamsınız! Mən
o iĢi dəfələrlə...
134
RAFĠQ (onun sözünü kəsərək) - Mamed Cəliloviç, xahiĢ
edirəm təhqirə keçməyin!
ATAZADƏ - A kiĢi, Siz bayaqdan məni təhqir edirsiniz,
özünüz də deyirsiniz ki, təhqirə keçmə. Mən o iĢi dəfələrlə
oxumuĢam, düzəliĢlər etmiĢəm. Zavodda tətbiqinə baĢlayıblar.
Siz isə deyirsiniz ki...
RAFĠQ (onun sözünü kəsərək) - Məncə burda əsəbiləĢməli
bir Ģey yoxdur. Bu elmdir, Mamed Cəliloviç, elm! Zavodda
tətbiqə də baĢlaya bilərlər. o necə təĢkil olunur onu da bilirik.
Amma mən tam əminəm ki, həmin tətbiqdən heç bir Ģey
çıxmayacaq. Səməd və Aliyənin müĢahidələri də bunu
təsdiqləyir. Qaldı ki, Natiqin dissertasiyasına, bir daha təkrar
edirəm, buyurun müzakirəsini təĢkil edin, yoldaĢlar da öz
rəylərini bildirsinlər. Nə vaxta kimi bu sektordan elmi iĢlər
xəlvəti aradan çıxacaq?
ATAZADƏ (bir qədər yumĢalaraq) - ƏĢi, yoldaĢlar kimdir?
Öz aramızdır bu problemdən mənim və sənin kimi baĢı çıxan
var?
RAFĠQ - Siz nahaq elə deyirsiniz. Bizdə yaxĢı
mütəxəssislər çoxdur.
ATAZADƏ (kinayə ilə) - Məsələn (Rafiqin üzünə baxır).
RAFĠQ - Məsələn, Arif. Verin qoy oxusun. O, bu iĢə
faydalı düzəliĢlər edə bilər. Mən belə hesab edirəm ki,
dissertasiya fundamental surətdə yenidən iĢlənməlidir.
ATAZADƏ (qəzəblə) - Sən kimə deyirsən verək
dissertasiyanı oxusun, Arifə? Adə, mən onu heç adam yerinə
qoymuram.
YekəbaĢın biridir. Ġndi öz aspirantımın
dissertasiyasını ona oxutdurum?
RAFĠQ - Siz camaatı nahaqdan təhqir edirsiniz. Hərənin öz
Ģəxsiyyəti, mənliyi var. Qadı ki, Arifin mütəxəssisliyinə, o
bizim sektorun ən aparıcı alimlərindəndir.
ATAZADƏ - Bura baxın, indi də öz dostunuzu,
əməkdaĢınızı mənim gözümə soxursunuz. Qoy o, hələ öz
doktorluğunun dərdinə qalsın. Mən onu müdafiə etməyə
Dostları ilə paylaş: |