Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə43/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

 
 139  
ALĠYƏ  (bir  az  incik  Ģəkildə)  -  Sən  bizim  laboratoriyanın 
taleyini təhlükə altında qoymusan. 
RAFĠQ  -  Bu  məsələnin  laboratoriyanın  taleyinə  nə  dəxli 
var. Yenə də Natiqin taleyinə desəydin bunu baĢa düĢərdim. 
ALĠYƏ (üzünü Səmədə tutaraq) - Onda qoy Səməd desin. 
SƏMƏD  –  Eh,  Rafiq  müəllim,  Siz  hələ...  Mən  çox  üzr 
istəyirəm, çox Ģeyləri bilmirsiniz. Bax bu iĢin acığına o bizim 
laboratoriyanı  ləğv  eliyə  bilər.  Bizim  hər  birimizi  ayrı-ayrı 
laboratoriya və ya qruplara salar və beləliklə “əlvida problem”! 
Halbuki, bu problemin həllinə hər birimiz kifayət qədər zəhmət 
və ömür sərf etmiĢik. Bir də axı bizi pərən-pərən salmaq onun 
ürəyincədir. O gün Laləyə deyib ki, bəs Rafiq Səmədlə Aliyəni 
mənə  qarĢı  qoyur.  Sən  yeri  düĢdükcə  onların,  ümumiyyətlə 
bütün  sektor  əməkdaĢlarının  söhbətlərinə  nəzarət  elə.  Məndən 
kim nə danıĢsa, gətir mənə xəbər ver. Bu sahədə Natiq də ki, öz 
yerindədi. 
RAFĠQ - Bəs Lalə nə fikirdə olub? 
SƏMƏD  -  Lalə  onun  dediklərini  demək  olar  ki,  bütün 
sektora yayıb. Ġndi hamı ondan danıĢır. 
ALĠYƏ  (kinayə  ilə  söhbətə  qarıĢır)  -  Lalənin  nə  fikirdə 
olduğunu sən bizdən yaxĢı bilərsən. 
RAFĠQ (təəccüblə) - Niyə mən? 
ALĠYƏ  (sənədlərin  arasında  gizlətdiyi  fotonu  ona  tərəf 
uzadaraq) - Bax buna görə. 
RAFĠQ  (fotonu  əlinə  alıb  təəccüblə  baxır  və  qəh-qəhlə)  - 
Bu nədir? Bunu sənə kim verib? 
ALĠYƏ  (hirslə)  -  Səninçün  nə  fərqi  var,  kimdən  almıĢam. 
Fakt odur ki, bu foto var. 
Səməd yaxınlaşıb təəcüblə fotoşəkilə baxır və çiyinlərini 
çəkir. 
SƏMƏD  -  Rafiq  müəllim,  bu  Ģəkil  hardan  çıxdı  ortalığa? 
Mən  də  bayaqdan  düĢünürəm  ki,  bu  qızın  qanı  niyə  qaradır. 
Neçə  dəfə  soruĢdumsa,  mənə  cavab  vermədi.  Deməli, 
qanqaraçılığın səbəbi bu imiĢ.  


 
 140  
RAFĠQ (təmkinini pozmadan) -  Bu Ģəkilin  tarixçəsini sizə 
söyləyim. Yadınızdadırsa, mən simpoziumla  bağlı Atazadənin 
qəbulunda  olanda  xeyli  gözləməli  olmuĢdum.  Qəbul  otağında 
da çoxlu adamlar var idi. O vaxt hirslənib qəbula girmədən geri 
qayıtdım.  Bax,  həmin  gün  simpoziumla  bağlı  bütün 
sənədlərimi  itirdim.  Əgər  yadınızdadırsa,  laboratoriyanı  da 
ələk-vələk  etdik,  amma  sənədlər  tapılmadı.  Bu  hadisə  məni 
özümdən  elə  çıxarmıĢdı  ki,  az  qala  ərizə  yazıb,  buranı  tərk 
edəcəkdim.  Elə  bu  məqsədlə  də  Atazadənin  yanına  getdim. 
Qəbul  otağına  girən kimi  Lalə mənə simpoziumla bağlı bütün 
sənədləri qovluq Ģəklində mənə doğru uzadaraq dedi ki, bəs bu 
qovluq  onun  stolu  üzərindəki    digər  sənədlərin  arasında  imiĢ. 
Düzü,  mən  elə  sevindim  ki,  gözlənilmədən  onun  alnından 
öpdüm. (Bir qədər fikirləĢərək) Dayan, dayan. Səhv etmirəmsə 
Natiq də orda idi. Əlində telefonunu oynadırdı. (Üzünü Aliyəyə 
tutaraq) Bu fotoĢəkili sənə Natiq verdi, eləmi? 
Aliyə dinmir və gözlərindən yaş axıdır. 
RAFĠQ  (bir  qədər  səsinin  tonunu  qaldırır)  -  Səninləyəm, 
bunu sənə Natiqmi verdi? 
Aliyə başı ilə təsdiqləyir. 
RAFĠQ - Ax əclaf! Elmdəki intriqalarını, əclaflığını indi də 
insanların həyatına köçürmək istəyir. Eybi yox, baxarıq. (sonra 
Aliyəyə)  Ay  qız,  sən  bu  fotodan  görmürsən  ki,  biz  müdirin 
qəbul  otağındayıq.  Məgər  sən  bilmirsən  ki,  o  qıza  mənim  bir 
bacı  kimi  hörmətim  var.  (fotonu  göstərir)  Sən  görmürsən  ki, 
mən  onun  alnından  öpürəm.  Bir  də  əgər  aramızda  etibar 
yoxdursa... 
SƏMƏD (onun sözünü kəsir) - Dayan, dayan! Zilə keçmə. 
Bizim rəqiblərimiz də bunu istəyir. Aranı vurmaq, iĢi pozmaq. 
ALĠYƏ (bir peĢman kimi) - Bu fotodan görünmür sən onu 
necə öpürsən, üzündən yoxsa alnından. 
RAFĠQ  -  XahiĢ  edəydin  Natiq  bir  az  aydın  çəkəydi.  Həm 
də komentari ilə. 


 
 141  
Öz  dediyi  sözə  gülür,  Səməd  də  ona  qoşulur.  Aliyə  isə 
azca gülümsəyir. 
RAFĠQ - Qadın ki, qadın. ġeytan onu ən əziz adamına qarĢı 
asanlıqla qaldıra bilir. 
ALĠYƏ  (ikibaĢlı)  -  ġeytan  təkcə  qadınları  yox,  kiĢiləri  də 
yoldan çıxarır. 
RAFĠQ (gülümsəyərək) - Fakt odur ki, Ģeytan bu gün səni 
yoldan çıxarmıĢdı. 
SƏMƏD  -  Mənə  belə  gəlir  ki,  bugünkü  hadisədə  Ģeytan 
rolunu bizim müdir oynayır. 
RAFĠQ - Yəni o, belə alçaqlığa da əl atar? 
SƏMƏD  (gülə-gülə)  -  Təcrübə  göstərir  ki,  atır,  Rafiq 
müəllim, atır. 
RAFĠQ (fikrə gedərək, alnını ovuĢdurur) – Düz deyirsiniz, 
ondan hər nə desən gözləmək olar. Mən ona deyəndə ki,  Arif 
Kiyevdə müdafiə edib, az qaldı bağrı çatlasın. Sanki bu həmin 
Mamed  Cəliloviç  deyil  ki,  məclislərdə  gənclərdən,  onların 
elmdə  atdığı  uğurlardan  elə  danıĢır  ki,  deyirsən  bu  iĢlərə 
sevinən  birinci  adam  elə  bunun  özüdür.  Hələ  müdafiədən 
sonrakı banketlərdəki çıxıĢlarını demirəm. 
SƏMƏD  -  ƏĢi,  sən  onun  masabəyiliyini  görməmisən. 
Azərbaycanlı  gənclərə  göstərdiyi  qayğılardan  elə  danıĢır  ki, 
tanımayan,  bələd  olmayan  deyir  ki,  kaĢ  bunun  yanında 
iĢləyəydim. 
ALĠYƏ  -  O  gün  Tahirin  müdafiəsindən  sonra  banketində 
elə  tostlar  deyirdi,    elə  tostlar  deyirdi,  gəl  görəsən.  Belə 
babamız Nizami olub, Babək olub, nə bilim Koroğlu olub. Belə 
ənənələrimiz,  belə  adətlərimiz.  Özü  də  içdikcə  araqdan,  ağzı 
lap  aĢa  gəlir.  Onun  özündən  soruĢan  yoxdur  ki,  ay  Atazadə, 
babalarına  min  rəhmət!  Özündən  danıĢ.  Babalardan  sonra  sən 
neyləmisən?  On  ildir  bu  elmi  sektorda  iĢləyirsən  və  həmin 
müddətdə on aspirantın olub. De görüm, onlardan hansı birini 
bir kənara çıxara bilmisən? Kimi diplom sahibi etmisən? Sənin 
aspirantlarından  indiyədək  müdafiə  edən  olubmu?  YaxĢı, 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə