Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə40/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

 
 129  
reaksiya  gələndən  sonra  məqalələrinə  müəllif  kimi  onun  da 
adını  yazmalısan,  özü  də  birinci.  Yoxsa  bizim  sektorun 
ənənələrini  pozmuĢ  olarsan.  Bizim  sektordan  gedən  bütün 
sanballı  əsərlərin  birinci  müəllifi  məhz  Mamed  Cəliloviçdir. 
Onun  sənə,  sektorun  adını,  etik  qaydaları  gözləmək  lazımdır, 
deməsi, məhz buna iĢarədir. 
RAFĠQ  -  Belə  de.  Mən  də  deyirəm  o,  niyə  müəlliflərin 
adları altından qırmızı xətt çəkib. Məsələ indi mənə aydın olur. 
(Kiçik pauzadan sonra) Yox, dostlar! Mən onun adını heç vaxt 
özüm  iĢlədiyim  məqalədə  yazmayacağam.  Niyə  də 
yazmalıyam?  Hansı  əməyinə  görə?  Hansı  diqqətinə  görə? 
Zəhmətə  qalsa,  otağımızı  süpürən  Kübra  xalanın  məqalənin 
ərsəyə gəlməsində zəhməti onunkundan böyükdür. Onun adını 
yazsam,  onda  gərək  Kübra  xalanın  da  adını  yazam.  Çünki, 
cihazların təmiz saxlanmasında onun böyük zəhməti var. Məhz 
dəqiq nəticələr təmiz cihazlarda alınır. 
SƏMƏD  (böyük  əminliklə)  -  Rafiq  müəllim,  Ģefin  adını 
məqaləyə yazmasan, özü də birinci, məqalən çapa getməyəcək. 
RAFĠQ (hirslə) - Axı niyə? 
SƏMƏD (yenə sakitcəsinə) - Niyəsini sənə baĢa saldıq. 
RAFĠQ - Qəribə iĢdir. 
ALĠYƏ  -  Bu sektorda qəribə iĢlər çoxdur. Sən onları  hələ 
sonra  görəcəksən.  Gec  gəlib,  çox  tez  öyrənmək  istəyirsən, 
nədir? 
RAFĠQ  (çiyinlərini  çəkərək)  -  Mən  heç  nə  anlamadım. 
Mənə hər Ģey qaranlıq qaldı. 
ALĠYƏ - Rafiq müəllim, darıxma, bir azdan hər Ģeyi baĢa 
düĢəcəksən. 
Bu zaman Natiq otağa daxil olur. 
NATĠQ - Rafiq müəllim, Mamed Cəliloviç Sizi çağırır.      
RAFĠQ (təəccüblə) - Mən ki, indi onun yanındaydım. 
SƏMƏD  -  Rafiq  müəllim  bundan  da  ötrü  narahat  olma. 
Bizim  sektorda  belə  Ģeylər  də  tez-tez  olur.  Lazım  gəlsə 
müdirimiz  bir  gündə  adamı  yüz  dəfə  çağıtdırar.  Bunun  üçün 


 
 130  
narahat olma. Əsas məsələ odur ki, o indi səni nə üçün cağırır. 
Bax bunun üçün narahat olmağa dəyər. (riĢxəndlə) Görünür nə 
isə fövqəladə hadisə baĢ verib. 
Rafiq çıxır. Müdirin otağı. Rafiq içəriyə daxil olur. 
RAFĠQ - Mamed Cəliloviç, məni çağırmısınız? 
ATAZADƏ  -  Bəli,  bəli  buyurun,  oturun.  Bayaq  sizə  bəzi 
Ģeyləri deməliydim, yadımdan çıxdı. Vicdan haqqı, qoyurlar ki, 
adamın  huĢu  baĢında  qalsın.  O  qədər  iĢ  var  ki,  lap  baĢımı 
itirmiĢəm. 
RAFIQ - Buyurun, eĢidirəm Sizi. 
ATAZADƏ  (həddindən  mülayim  Ģəkildə)  -  Bu  nə 
rəsmiyyətdir,  Rafiq  bəy?  ƏyləĢin,  Sizinlə  bir  balaca  iĢ 
barəsində məsləhətləĢmək istəyirəm. 
RAFĠQ  -  Axı  Siz  mənə  iĢ  tapĢırdınız.  Mən  indi  onunla 
məĢğulam. 
ATAZADƏ  (bir  az  da  mülayim  Ģəkildə)  -  A  kiĢi,  buranın 
böyüyü  mən  deyiləm?  Ġcazə  verirəm  Sizə  bu  gün  bu  sektorda 
əlinizi ağdan qaraya vurmayın. Buna mənim hüququm yoxdur 
bəyəm? Vicdan haqqı var. 
RAFĠQ - Axı... 
ATAZADƏ  (onun  sözünü  kəsərək)  -  Rafiq  müəllim,  mən 
bilmirəm Siz məni necə tanıyırsınız, amma onu deyim ki, arada 
bir əsəbiləĢsəm də, amma çox sadə adamam. Nəyə lazımdır bu 
rəsmiyyət? Vicdan haqqı...Biz bir müəssisədə iĢləyirik. Ġkimiz 
də alimik. Düzdür sən məndən xeyli cavansan. Biri-birilə rəsmi 
davranıĢ bizə yaraĢmaz. 
RAFĠQ  -  Mən  axı  ayrı  söz  demədim.  Ġstəyirəm  ki,  Siz  öz 
sözünüzü deyəsiniz, mən də gedib öz iĢimlə məĢğul olum. Mən 
bekar durmağa öyrənməmiĢəm. 
ATAZADƏ  -  Yox,  yox,  bu  olmadı.  Deməli  biz  hamımız 
boĢ-bekar dururuq, hə? (kənara). Bu demokratiya gəncləri gör 
necə  korladı  ey.  Qərbin  təhsili  bunları  lap  yoldan  çıxardıb. 
(masasının  böyründəki  zəngi  basır  və  katibə  Lalə  otağa  daxil 
olur).  Ay  qız  Lalə,  bizə  iki  stəkan  pürrəngi  çay  gətir.  (Lalə 


 
 131  
çıxır)  Sənin  bir  fransız  dostun  var  e,  nədir  adı...Vicdan  haqqı 
yaddaĢımı  itirmiĢəm  tamam.  Nədir  o,  Bakıya  beynəlxalq 
konfransa gəlmiĢdi e...  
RAFĠQ (bir qədər təlaĢla) - Anri Svarkı deyirsiniz? Nə olub 
ki, ona? 
(Lalə çayları gətirir) 
ATAZADƏ  -  ƏĢi  ona  heç  nə  olmayıb?  Çay  dedim  o 
yadıma  düĢdü.  O,  da  mənim  elmi  rəhbərim  Nikolayev  kimi 
bizim  çayı  çox  sevir.  Mən  burdakı  məclislərdə  hiss  etdim. 
Nikolayev  də  bizim  çayın  vurğunu  idi.  HəmiĢə  deyirdi  ki, 
Azərbaycan çayını içəndə bütün  yorğunluğum canımdan çıxır. 
Bizim  yeməklərdən  də  ən  çox  sevdiyi  balıq  kababı  idi. 
Moskvada həmiĢə onunla görüĢəndə Bakı səfərindən danıĢırdı. 
Bakının  görməli  yerlərindən  danıĢırdı.  Sonra  da  balıq 
kababından  xüsusi  həvəslə  danıĢırdı.  Bir  dəfə  dedim  ki,  ay 
professor,  gəl  o  kababdan  elə  Moskvada,  sənin  balkonunda 
biĢirim səninçün, razı olmadı. Çox sadə kiĢi idi. 
 (Rafiq yerində narahat qurcalanır) 
ATAZADƏ  -  Bura  bax,  Rafiq  müəllim,  sənin  o  Svarkla 
əlaqən necədir? 
RAFĠQ  -  Pis  deyil.  Ġnternet  əlaqəmiz  demək  olar  ki, 
daimidir. 
ATAZADƏ  -  Bəlkə  səni  komandiravat  eləyim  gedib 
dostunla  görüĢəsən.  Parisi  gəzəsən,  tələbəlik  illərini 
xatırlayasan. 
RAFĠQ  -  Belə  səfərin  məqsədi  olmalıdır.  Məqsədsiz  belə 
səfər, həddən artıq harınlıq olar. 
ATAZADƏ - Məqsəd də var, sponsor da. 
RAFĠQ - Nədir məqsəd? 
ATAZADƏ  (kiçik  pauzadan  sonra)  -  Bilirsən,  Natiq  öz 
elmi  iĢini  artıq  tamamlayıb.  Mən  istəyirəm  ki,  onun 
dissertasiyasını  sən  oxuyasan  və  ona  yaxĢı  bir  rəy  yazasan. 
Sonra ikinizi də ezam edək Fransaya dostunun yanına, ordan da 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə