Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə20/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
60
Dəyməyin  qəbrimə,  qoyun  üstümdən  yol  çəksinlər,  asfalt  dö-
şə
sinlər.  Qoyun  çürüyüm,  əriyim,  qum  olum,  torpaq olum,  gö-
rünməyim,  bilinməyim.  –  Səs  sanki  daşa  dəyib  əks-səda  verir, 
dalğa-dalğa  yayılaraq  boğuq  bir  uğultuya  çevrilirdi.  –  Elə  bil-
məyin ki, unudulmağım ağrıdır məni. Elə bilməyin ki, kimdənsə 
gileyliyəm. Yox, qətiyyən yox! Bu qərib yurdda bir kəsdən gi-
leylənməyə haqqım yoxdu. Mən oğruyam, əzizlərim, qoyun oğ-
rusuyam, uzaq olun məndən. Uçurun başdaşımı, mən başdaşına 
layiq deyiləm, qoyun mənim varlığımdan xəbər tutmasınlar...» - 
yerinmi, yaddaşınmı təkində səs birdən-birə kəsildi. 
Hər  dəfə  bu  ölümü  xatırlayanda  yaddaşını  göynədən  bir 
də o üç nəfərin – qətldə təqsirli bilinən iki oğul və atanın havada 
kor-kor gəzən, ağrıdan büzüşən, maqqaşla dırnaqları çıxarılmış 
barmaqlarıydı.  Bu  barmaqlar  qanla  örtülüydü,  gücsüz  və  kö-
məksizdi. Bu barmaqlar lal idi, səssiz idi, yetim idi. Atanın dır-
naqlarını  çəkib  çıxaranda  canını  dişinə  tutub  dözmüşdü,  amma 
gözlərinin  qabağında  oğlanlarının  dırnağının  çıxarılmasına  dö-
zəmməmişdi,  eləmədiyi  cinayəti  boynuna  götürmüşdü.  Ancaq 
oğlanları  bu  yaşda  atalarının  tutulmasına  razı  olmamışdılar,  öz 
aralarında  razılığa  gəlmişdilər;  kiçiyi  cinayəti  boynuna  götür-
müşdü  –  həyatını,  cavanlığını,  gələcəyini  qurban  verərək  on 
yeddi yaşında məhbəsə yollanmışdı. 
On  il  sonra  azadlığa  çıxanda  erkən  gənclik  illərində  qo-
yub  getdiklərini  büsbütün  başqa  boy-biçimdə  görəcəkdi.  Bəx-
tindən, qismətindən zorla qoparılıb alınan on illik ömür onu bir 
ə
sr  qocaldacaqdı,  yaşıdlarından  ayrı  salacaqdı.  Yuxu  kimi,  xə-
yal kimi uzaq və əlçatmaz olan o qayğısız illəri həsrətlə xatırla-
yacaq,  ömrünü  kəsib  keçən  uçurumun  dərinliyi,  keçilməzliyi, 
vahiməsi vaxt-bivaxt başını gicəlləndirəcəkdi. 
Qayıdıb gələndən sonra otuz yaşlarında həyatını yenidən 
qurmağa çalışacaqdı – ev tikəcək, evlənəcək, hardasa yüngül bir 
işə  düzələcəkdi,  amma  eləmədiyi  cinayətin  ləkəsini,  damğasını 
ömrü  boyu  üstündə  gəzdirməyə  məcbur  olacaqdı.  Bu  ləkə,  bu 
damğa  onu  için-için  yeyəcək,  bütün  ömrünü  zəhərləyəcəkdi. 
Qışqırıb  bağırsa  da,  haqq  səsini  eşitməyəcəkdilər.  İçəridən 
kəsilə-kəsilə qalacaqdı. Bu ömür qismətindən xilas olmaq üçün 
neçə  dəfə  özünə  ölüm  diləyəcəkdi.  Ancaq  həyatın  şirinliyinə 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
61
aldana-aldana  dözəcəkdi,  dözəcəkdi  və  ömrünün  elə  bir  vədəsi 
gələcəkdi  ki,  yavaş-yavaş  özünün  günahsızlığına  şəkk  eləməyə 
başlayacaq,  qatil  olduğuna  inanacaqdı.  Onda  yaşamaq  o  qədər 
də çətin olmayacaqdı. 
 
* * * 
 
Sümsük  bir  it  avara-avara  çuxurların  arası  ilə  dolaşırdı. 
Məsələnin  qətiləşdiyi  bu  bir  həftəni  it  qəbiristanlıqda  keçir-
mişdi.  Əvvəllər  də  bura  tez-tez  gələrdi.  Sahibi  öləndən  sonra 
hər gün qəbiristanlığa baş çəkər, vaxtının xeyli hissəsini burada 
keçirərdi.  O  vaxtdan  itin  yiyə  duranı  yox idi,  başlı-başına  kən-
din-kəsəyin küçələrini dolaşırdı. Hayana gedirdisə, hansı qapıya 
üz tütürdüsa, daşa basırdılar. «İtiniz ollam, insanlar, - deyirdi, - 
qovmayın  məni qapınızdan, qoyun həyət-bacanızı qoruyum, nə 
qədər  istəyirsiniz  arxayınca  yıxılıb  yatın,  yuxuma  haram  qatıb 
ev-eşiyinizə  keşik  çəkim.  Niyə  məni  qapınızıdan  qovursunuz, 
niyə başa düşmürsünüz ki, itlik eləmək istəyirəm. Bəs siz itliyə 
götürməsəniz  mən  neyniyə  billəm...».  İtin  gözlərindən  eşidilən 
bu səsi hər dəfə daş-kəsək  batırırdı. Üstünə insafsızcasına yağ-
dırılan  daş-kəsəkdən  qaçıb  canını  qurtararaq  qəbiristanlığa  gə-
lirdi, başını qəbrin torpağı üstə qoyub zarıyırdı, elə bil sahibiylə 
qabaq-qənşər  oturub  söhbət  eləyirdi.  Hərdən  qəribsəyəndə  ona 
elə  gəlirdi  ki,  sahibi  səsini-sədasını  eşitmir.  Belə  çağlarında 
başını torpaqdan qaldırıb yetim-yetim ulayırdı. 
İ
t  neçə  gün  idi  ki,  qəbiristanlığın  qazılıb  köçürüldüyünü 
görürdü  və  sahibi  sarıdan  bərk  narahatçılıq  keçirirdi.  Buldo-
zerlərin  çığır-bağırla  gəlib  qəbiristanlığın  bir  tərəfində  dayan-
ması  onun  ümidlərini  büsbütün  qırmışdı.  İt  başa  düşürdü  ki, 
buldozer  buraya  elə-belə  gəlməyib,  qəbiristanlıq  uçurulmalıdı, 
başqa  köçürülməmiş  qəbirlər  kimi  sahibinin  qəbri  də  yerlə-
yeksan  olmalıdı.  Və  bunu  başa  düşdüyündən  heç  cür  özünə 
yuva tapa bilmir, bir yerdə qərar tutammırdı. 
İ
ndi birdən-birə it qəti qərara gəlmişdi. O, çala-çuxurların 
böyür-başı ilə qəbrə sarı tələsirdi. 
Uzaqdan  sahibinin  qəbri  çala-çuxurların  arasında  kimsə-
siz  görünürdü.  «...Torpağın  insanı  bərabərləşdirdiyi  yalanmış... 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
62
Bu dünyada yetim olan o dünyada da yetimmiş. Yiyəsiz hər iki 
dünyada yiyəsizmiş...». 
İ
t qəbrə çatıb dayandı. Qəbrin böyür-başına fırlanıb ayaq-
ları  ilə  qazmaq  üçün  münasib  yer  axtarıb  tapdı.  Sonra  sinəsi 
üstə  çöküb  qazmağa  başladı.  Neçə  günün  aclığından sonra  ona 
qəribə  bir  qüvvə,  ehtiras  gəlmişdi.  Və  sahibinin  qəbrini  eşib 
tökdükcə bu qüvvə və ehtiras soyumaq əvəzinə artırdı. 
İ
t  birdən  dayanıb  ətrafına  göz  gəzdirdi.  Adamlar  bir-
birinə  məhəl  qoymadan  tələsə-tələsə  işləyirdilər.  Özgə  vaxt 
olsaydı,  sahibinin  qəbrini  eşməsinə  təəccüblənərdilər,  amma 
indi  bu  kənd-kəsəyi,  bu  ətraf  yerlərin  sakinlərini  belə  şeylərlə 
heyrətləndirmək olmazdı. 
İ
ti  bunlar  qətiyyən  maraqlandırmırdı.  Onu  təşvişə  salan 
gələcək kimsəsiz həyatıydı. Çünki it bu dünyada tək idi, sahibi, 
yiyə duranı yox idi, üz tutub ağlamağa, dərdini yüngülləşdirmə-
yə  bu  qəbirdən  savayı  yer  tanımırdı.  Sahibinin  qəbrini  köçü-
rəmməsə,  tək-tənha,  kimsəsiz  qalacaqdı.  İt  bunu  fikirləşdikcə 
tükləri  qabarıb  qalxırdı.  «...Dünyanın  sonu  budursa,  niyə  bir-
birinizin  qanını  sorursunuz,  ay  allah  bəndələri?  Mən  itəm,  it 
ağlımla  dərk  eləyirəm  ki,  hər  şeyin  sonu,  həddi  torpaqdı,  tor-
paqdan o yana həyat yoxdu. Niyə siz bunu insan ağlınızla dərk 
eləyəmmirsiniz?  Çəpər-çəpər,  kənd-kənd,  ölkə-ölkə,  sərhəd-
sərhəd didişirsiniz, ay allah bəndələri?». 
Üfüqdə yana-yana, allana-allana çıxıb gedən günəş qüssə 
və ayrılıq qoyub gedirdi. 
 
* * * 
 
–  Deyir,  rəhmətlik  Əminənin  qəbrini  köçürəndə  arvadın 
başını tapmayıblar, meyit də üzü qibləyə tərəf deyil, əks tərəfə 
qoyulubmuş. 
–  Heç  Səltənətin  meyitini  yerli-dibli  tapmayıblar.  Bir 
həftədi sağı-solu qazıb tökürlər. Elə bil meyit yağlı əppək olub 
göyə çəkilib. 
–  Ə,  eşitməmisiniz,  deyir,  Əliş  xortdayıb  gedib  evinə, 
gecənin  bir  aləmi  döyüb  qapını,  arvadı  çıxıb  eşiyə,  ərini  görən 
kimi  qışqırıb  özündən  gedib.  Məsinin  gədəsi  olardaymış  –  tür-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə