Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
63
mədən qayıdanı deyirəm. Deyir, elə Əlişin üçü günü qaş-gözlə 
alışıb  verişiblərmiş.  Sözüm  onda  deyil,  arvadın  qışqırığına  tü-
fəngi götürüb çıxır. Əliş görəndə ki, iş o işdən deyil, götürülür. 
Gədə  bir  daraq  gülləni  qaranlığa  boşaldır.  Arvad  səhərə  yaxın 
ancaq özünə gəlib, ancaq dili açılmır ki, açılmır. Doqqazın ağ-
zından qəbiristanlığın aşağı başınacan yol qan ləkəsidi, görünür, 
güllə tutub amma öldürməyib, qaçıb qurtarıb... 
– Ə, bə bu gün Əlişin yeddisiydi axı... Vallah, indi yadı-
ma düşür. Ora gedəniniz olmamışdı ki... 
– Mən günorta üstü baş çəkdim. Baş çəkdim deyəndə elə 
çəpərin  üstündəncə  həyətə  boylandım.  Gözümə  bir  kəs  dəy-
mədi. Baş aça bilmədim nə məsələdi bu... 
–  Əlişin  xortdaması  xəbəri  bütün  kəndə  yayılıb.  Deyir, 
camaat  gəlir,  uzaqdan-uzağa  baxır  qayıdır,  heç  kəs  həyətə  gir-
məyə ürək eləmir... 
–  Vallah,  inanmağım  gəlmir,  ancaq  xortdayıbsa,  innən 
belə yuxu haram olacaq bizə... 
– Səftər deyir ki, səhər obaşdannan bura gələndə gördüm, 
oturub  qəbrinin  başında  çılpaq.  Başını  salıb  aşağı,  ovcunda 
torpağı  ovub  tökür.  Bədənini  də  ağappaq  tük  basıb.  Deyir,  əv-
vəl-əvvəl görmürdüm. Hardan ağlıma gələrdi ki, Əliş xortdayıb 
çıxa bilər. Başımı aşağı salıb gedirdim. Qəfildən gözüm sataşdı. 
Qıçlarım  tutuldu,  istədim  qayıdam,  nə  illah  elədim  ayağım 
torpaqdan  aralanmadı.  Deyir,  nəfəsimi  udub  elə  beləcə  da-
yandım.  Ovcunda  torpağı  ovxalaya-ovxalaya  dodağının  altında 
nə isə pıçıldayırdı. Sonra deyir, nə isə hiss eləyib birdən arxaya 
döndü, məni görən kimi kəfənini qapıb güllə kimi aradan çıxdı. 
Bel-külüng  səsləri  öləziyəndə  adamların  danışığı  eşidi-
lirdi. Adamların səsi küləyin uzaqdan gətirdiyi səsə bənzəyirdi.  
...Yerbəyerdən qazılıb köçürülmüş qəbirlərin arasında bir 
başdaşı ucalırdı. Yaxınlaşıb üstünü oxudu – Sultanzadənin qəb-
riydi. Sultanzadənin meyitini altı ay bundan qabaq Bakıdan gə-
tirib  dəfn  eləmişdilər.  Vəsiyyət  eləyibmiş  ki,  öləndə  kənddə 
basdırsınlar.  Arvadı  vəsiyyətinə  əməl  eləmək  istəmirmiş.  Mər-
humun vəsiyyətini dostları yerinə yetiriblər. 
Sultanzadə  iyirmi  yaşlarında  bu  kənddən  çıxıb  getmişdi, 
harda  oxumuşdu,  oxuyub  nə  olmuşdu,  bunu  bilmirdi.  Böyük-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
64
lərdən  eşitdiyi  buydu  ki,  Sultanzadə  bu  kəndin  fəxridi,  adı-sa-
nıdı. Kənddə danışılanlardan onu da bilirdi ki, Sultanzadə yazı-
çıdı,  alimdi,  kitab  yazırdı,  adı-sorağı  çox-çox  uzaqlara  yayıl-
mışdı.  Rayonda  Sultanzadənin  yaxın  qohumlarından  bacıları, 
dayısı uşaqları qalmışdı. Nə qədər ki, kişi sağ idi, işləri keçirdi, 
kəndə gələndə orda oturma, burda otur, onu yemə, bunu ye, day 
nə bilim pərvanə kimi başına dolanırdılar. Öləndən sonra kimə 
gərəkdi ki... Kişini basdıranda Bakıdan iki avtobus dolusu adam 
gəlmişdi. Qəbrinin üstündə bir mitinq olmuşdu ki, gəl görəsən. 
Rayonun bütün böyükləri tökülüb gəlmişdilər. 
Dəfnindən  sonra  qonaqlar  yığışıb  ata  yurduna  getmiş-
dilər. Ata yurdu da ki, qapısı bağlı. Yiyəsiz yurddan nə olasıdı 
ki... Uşaqların biri qaladan aşıb böyük darvazanı içəridən açmış, 
qonaqlar həyətə doluşmuşdular. 
Sultanzadəni  ilk  dəfə  bu  həyətdə  görmüşdü.  Evin  qən-
şə
rindəki  üzüm  çardağının  altında  stol  arxasında  oturub  nə  isə 
yazırdı. O vaxta qədər elə bilirdi ki, kitab beləcə açıq-aşkar stol 
arxasında  oturub  yazılmamalıdı,  kitab  yazmaq  qeyri-adi,  mü-
qəddəs, ilahi bir işdi və o iş mütləq gizli görülməlidi. 
Həyətə  neçə  il  idi  ki,  insan  ayağı  dəymirdi.  Bu  həyətin 
gur  çağlarını  görmüşdü,  indi  onu  insansız  təsəvvürünə  gətirə 
bilmirdi. 
Qonaqlar donub qalmışdılar. Gələnlərin çoxu bu evdə də-
fələrlə olmuşdu, mərhumun sağlığında bu həyətin gur çağlarını 
görmüşdü. 
Sultanzadənin arvadı da gəlmişdi. Qapqara paltarda əlləri 
qoynunda  həyətin  bir  tərəfində  donub  qalmışdı.  Elə  bil  o,  bu 
evin sakini deyildi, başqaları kimi uzaq, yad bir adamın yasına 
gəlmişdi. 
Qonaqlar iki-iki, üç-üç həyəti dolanır, sapsarı yarpaqlarla 
örtülmüş həyətdə mərhumun həyatı ilə bağlı nişanə axtarırdılar. 
Həyətdəki  suyu  çəkilmiş  su  daşı,  daşın  altındakı  pas  tutmuş 
vedrə,  bir  tərəfdə  atılıb  qalmış  köhnə  yovşan  süpürgə,  qapısı 
taybatay açılmış toyuq hini, yağışın yuyub apardığı torpaq tən-
dir  adamda  qəribə  bir  qüssə  oyadırdı.  Sultanzadənin  dayısı 
oğlanları, şəhərdə ərdə olan bacıları da həyətdəydilər. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
65
Kənddə  mərhumun  evində  kiçik  də  olsa  bir  süfrə  açmaq 
lazım  idi;  bunu  əvvəlcədən  Sultanzadənin  yeznələri,  dayısı 
uşaqları  fikirləşməliydilər.  Qonaqlar  uzaq  yoldan  gəlmişdilər. 
Mərhum  adlı-sanlı  bir  adam  idi,  kəndin,  tanış-bilişin,  qohum-
ə
qrəbanın  çox  işlərinə  kömək  olmuşdu.  Başının  tükü  sanı  bu 
adamlara  yaxşılıqları  keçmişdi.  Dəfn  son  borcdu,  bu  borcu 
yerinə yetirmək bir belə adamın əlində su içmək kimi asan idi. 
Ə
vvəllər  sağlığında  Sultanzadə  kəndə  gəlməmişdən  neçə  gün 
qabaq  sorağını  alardılar,  maşın  tutub  qabağına  çıxardılar.  Bir-
birindən  xəbərsiz  neçə  evdə  qoyun  kəsilərdi,  süfrə  açılardı. 
Qərəz kişini bir dəqiqə sakit buraxmazdılar, qaldığı beş gündə, 
bir  həftədə  doğma  ev-eşiyini,  ata-anasının  dərdini-əhvalını  so-
ruşmağa vaxt tapmazdı. Tanış-biliş, qohum-əqrəba da ki, çoxdu, 
getməyəndə  xətirlərinə  dəyirdi,  məcburdu  heç  birinin  sözünü 
yerə salmasın. Uşaqlı-böyüklü bütün kənd Sultanzadəyə həsədlə 
baxardı.  Amma  Sultanzadə  özünü  bədbəxt  hesab  eləyirdi.  “Elə 
bilməyin,  -  deyirdi,  -  kitab  yazmaq,  alim  olmaq,  uzaq  şəhərdə 
yaşamaq  xoşbəxtlikdi.  İndi  mən  and  içib  aman  eləsəm  də  siz 
buna  inanmayacaqsınız.  Ancaq  inanın,  düz  sözümdü,  əsil  xoş-
bəxt sizsiniz. İnsan doğulub boya-başa çatdığı torpaqdan uzaqda 
heç bir şeydi. Kənddən çıxan gündən hər gecə yatağıma girəndə 
ilk ağlıma gələn bu olur ki, görəsən, haçansa, biryolluq doğma 
yerlərə qayıda biləcəyəmmi?». 
Sultanzadə  danışırdı,  məclisdəkilər  heyrətlə  qulaq  asır-
dılır. Sultanzadə danışarkən olduqca gücsüz görünürdü. Elə bil 
o,  bu  kəndin-kəsəyin  dağdan  ağır  dərdlərini  aşıran,  açılmaz 
qapılarını  açan  bir  şəxs  deyildi,  əlindən  heç  bir  iş  gəlməyən, 
dünyanın  ən  köməksiz  və  ən  bədbəxt  adamıydı.  «Sizdən  bir 
xahişim  var,  -  deyirdi,  öləndə  məni  bu  torpaqda  basdırın.  Öm-
rüm  qəribçilikdə  keçdi,  heç  olmasa  qoymayın  qəbrim  qərib-
çiliyə  düşsün.  Bir-iki  ilə  qayıdasıyam.  Qayıdıb  ömrümün  qala-
nını  burda  yaşayacağam.  Deyirəm,  bəlkə  əcəl  aman  vermədi, 
onda qoymayın məni qərib yerdə basdırsınlar». 
Qonaqların Sultanzadənin həyətində donub qaldıqları hə-
min gün birdən-birə bu sözlər hardan gəlib yadına düşmüşdü? 
Həyətin  ortasında  böyük  daş  çarhovuz  vardı.  Bunu  Sul-
tanzadə öz əllərilə düzəltmişdi. Həyətin bir tərəfini kəsib keçən 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə