O yenə buyurur: “Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və
(Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.”
(Məryəm, 19/52).
O yenə buyurur: “Bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o
zalım tayfanın yanına...” (Şuəra, 26/10).
O yenə buyurur: “...Rəbbi onları çağırıb dedi: “Məgər sizə bu ağacı (ağaca
yaxınlaşmağı) qadağan etməmişdimmi?” (Əraf, 7/22).
O yenə buyurur: “(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır:
“Mənim şəriklərim olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?!”
(Qəsəs, 28/62).
23
O yenə buyurur: “(Allah) həmin gün onları çağırıb belə buyuracaqdır:
“Peyğəmbərlərə nə cavab verdiniz?” (Qəsəs, 28/65).
O yenə buyurur: “Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman
ver ki, Allah kəlamını (Quranı) dinləsin” (Tovbə, 9/6).
O yenə buyurur: “...Halbuki (Musa dövründə) onların içərisində elələri
vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə
təhrif edirlər” (Bəqərə, 2/75).
O yenə buyurur: “...Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz
əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur...”
(Fəth, 48/15).
O yenə buyurur: “Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun
sözlərini heç kəs dəyişdirə bilməz...” (Kəhf, 18/27).
O yenə buyurur: “Həqiqətən, bu Quran Đsrail oğullarına ixtilafda olduqları
şeylərin əksəriyyətini anladıb xəbər verir” (Nəml, 27/76).
O yenə buyurur: “Nazil etdiyimiz bu Quran mübarək (xeyir-bərəkəti daim,
faydası çox) bir kitabdır...” (Ənam, 6/92).
24
O yenə buyurur: “...Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun
Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin...” (Həşr,
59/21).
O yenə buyurur: “Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə Allah nə
nazil etdiyini Özü daha yaxşı bilir (kafirlər Muhəmmədə): “Sən ancaq bir
iftiraçısan” – deyərlər. Xeyr! Onların əksəriyyəti bilməz! (Ya Rəsulum!) De:
“Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat
vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə
vermək üçün haqq olaraq nazil etmişdir!” Biz (müşriklərin): “(Quranı) ona
(Muhəmmədə) bir insan öyrədir!” – dediklərini də bilirik. Onların nəzərdə
tutduqları adamın dili başqa dildir. Bu isə açıq-aşkar ərəb dilidir!” (Nəhl,
16/101-103).
O buyurur: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə
baxacaqdır! (Qiyamə, 75/22-23).
O yenə buyurur: “...və taxtlar üstündə baxacaqlar...” (Mutəffifin, 83/35).
23
Bu ayə ərəb orijinalında yox idi. (R,H.)
24
Ibn Useyminin Vasitiyyəyə yazdığı şərhdə Ənam surəsinin 92-ci ayəsinin əvəzinə Ənam surəsinin
155-ci “Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır...” ayəsi yazılıb. (R.H.)
O yenə buyurur: “Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat
gözləyir” (Yunus, 10/26).
O yenə buyurur: “Orada onlar üçün istədikləri hər şey vardır.
Dərgahımızda isə ondan artığı mövcuddur!” (Qaf, 50/35).
Quranda bu mövzuya həsr edilmiş çoxlu ayələr vardır. Kim hidayət yolunu
axtararaq Quranı cidd-cəhdlə öyrənirsə, haqqın yolu ona aydın olar.
SÜNNƏDƏ ALLAHIN AD VƏ SĐFƏTLƏRĐ
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsi
25
Quranı şərh
və izah edir, ona yönəldir və onun mənasını bildirir. Allahın Elçisinin (ona Allahın
salavatı və salamı olsun!) öz Qüdrətli və UcaRəbbini vəsf etdiyi və elm adamlarının
qəbul etdiyi səhih hədislərə də iman gətirmək vacibdir. Belə hədislərdən, məsələn:
“Rəbbimiz hər gecənin sonuncu üçdə bir hissəsində dünya səmasına enir və
buyurur: “Mənə dua edən
kimsə varmı, Mən ona cavab verim. Məndən istəyən
25
Sünnə - Qurandan sonra, müsəlmanların gündəlik işlrində müraciət etməli olduqlari mənbədir. Uca
Allah bunu Quranda təsbit edərək buyurur:
“...Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi...” (Nisa, 4/113).
Burada hikmət sözü dedikdə Sünnə nəzərdə tutulur. O (Əzəmətli və Qüdrətli Allah) buyurur:
“Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini
onlara oxusun, Kitabı və Hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz
qüvvət, hikmət sahibisən” (Bəqərə, 2/129).
Öz elçisinin (ona Allahın salavatı və salamı olsun!) zövcələrinə nəsihət verərək, O buyurur:
“Allahın evlərinizdə oxunan ayələrini və hikməti (Sünnəni) yadda saxlayın...” (Əhzab,
33/34).
Müdrik Allah buyurur:
“...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...” (Həşr,
59/7).
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Mənə Quran və üstəlik ona
bərabəri verildi” (Əbu Davud). Bütün bunlardan bilmək olur ki, Sünnə hüququ, iman və Đslam
normalarının təsdiqində, demək olar ki, Quran hüququna bərabərdir, axı Sünnə Quranın izahı, onun
ümumi məfhumlarını, Uca Allahın buyurduğu kimi, açıqlayan anlayışlardan ibarətdir:
“...Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı)
izah edəsən...” (Nəhl, 16/44).
Bütün bunları xatırlayaraq, heç kimə haqq Sünnəni, guya onun əsli olmaması bəhanəsi altında,
inkar etməyə və təkcə Quranda olanları nəzərə almağa yol verilmir. Əgər bunu bir həqiqət kimi qəbul
etsək, onda gərək adamlar namaz qılmasın, çünki namazın hərəkətləri və yerinə yetirilməsi (əs-salət)
Quranda verilməmişdir. Eynilə həcc mərasimi, dəstəmaz və hər gün yerinə yetirilən çoxsaylı digər
əməllər haqqında da Quranda ümumi ifadələrlə anlayış verilmişdir. Ondan başqa, Sünnəni izah edərkən
onu məcazi mənada mübaliğə edib şişirtməməli və fəlsəfəçiliyə cəhd göstərməməliyik. Çünki Allahın
Elçisinin (ona Allahın salavatı və salamı olsun!) belə bir niyyəti olmamışdır, əksinə, o (ona Allahın
salavatı və salamı olsun!), həmişə aydın və sadə dildə danışardı ki, insanlar onu başa düşə bilsinlər və
öz dininə düzgün əməl edə bilsinlər. O da bir həqiqətdir ki, Sünnəyə aid edilən bəzi həlqələrə və
hədislərə uydurulmuş tarixlər və hekayətlər daxil edilmişdir. Lakin bunlar bizə Həqiqəti görməyə və
onu doğru və əsil hədis və hekayətlərdən ibarət olan çoxsaylı toplularda tapmağa mane olmamalıdır.
Sünnəni və hədisləri tədqiq edib öyrənmiş və toplamış alimlər - əl-Buxari, Muslim, Đbn Macə, ət-
Tirmizi, ən-Nəsai və bir çox başqa alimlər onların tərkibini yüz illərlə bundan qabaq bizim üçün seçib
təmizləmişlər, Allah onlara Axirət aləmində ən yaxşı mükafatlarıyla əvəzini versin!