ALLAHIN QURANDA ADLARI VƏ SĐFƏTLƏRĐ
Quranın üçdə bir hissəsinə bərabər olan Đxlas surəsində Allahın Özünü vəsf
etdiyi sifətlər öz əksini tapmışdır. Allah buyurur: “De: O Allah birdir; Allah möhtac
deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də
yoxdur!” (Đxlas, 112/1-4).
O, Kitabının ən əzəmətli (əl-Kürsi) ayəsində Özünü belə vəsf
etmişdir:
“Allahdan başqa heç bir haqq məbud yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə
mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın izni
olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət edə bilər? O, bütün
yaranmışların keçmişini və gələcəyini bilir. Onlar (yaranmışlar) Allahın
elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun
kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç
də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (Bəqərə, 2/255).
Beləliklə, gecələr bu ayəni oxuyanı Allahın göndərdiyi mühafizəçi qoruyar və
heç bir şeytan səhərə qədər ona yaxın gələ bilməz.
O, buyurur:
“Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!...”
(Hədid, 57/3).
“Ölməz, həmişə diri olana (Allaha) təvəkkül et ...” (Furqan, 25/58).
O buyurur:
“O (hər şeyi) biləndir, hikmət sahibidir!” (Təhrim, 2)
“O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!”
(Səba, 1)
19
“Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı
da O bilir.” (Səba, 34/2).
O buyurur: “Qeybin açarları Allahdadır. Onları ancaq O (Allah) bilir.
(Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki,
(Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru
elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (Ənam,
6/59).
O buyurur: “...O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə
qoymaz...” (Fatir, 35/11).
O yenə buyurur: “...Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm
(Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz...” (Talaq, 65/12).
O, yenə buyurur: “Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz
olan da Allahdır!” (Zariyat, 51/58).
O, yenə buyurur: “...Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir,
(hər şeyi) görəndir!” (Şura, 42/11).
19
Ibn Useyminin Vasitiyyəyə yazdığı şərhdə Səba surəsinin 1-ci ayəsinin əvəzinə Təhrim surəsinin 3-
cü ayəsi yazılıb. (R.H.)
O, yenə buyurur: “...Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də
gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (Nisa, 4/58).
O buyurur: “Bağına girdiyin zaman barı: “Maşallah, qüvvət (və qüdrət)
yalnız Allaha məxsusdur!” – deyəydin!..” (Kəhf, 18/39).
O, yenə buyurur: “...Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə
vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!” (Bəqərə, 2/253).
O, yenə buyurur: “...Đhramda olarkən ov sizə qadağan edilməklə, adları
çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki,
Allah istədiyini hökm edər!” (Maidə, 5/1).
O, yenə buyurur: “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü
islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb
sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar...” (Ənam, 6/125).
O buyurur: “... yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir” (Bəqərə,
2/195).
O, yenə buyurur: “...insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları
sevər!” (Hücurat, 49/9).
O, yenə buyurur: “...Onlar sizinlə doğru-düzgün davrandıqca siz də onlarla
doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevir!” (Tövbə, 9/7).
O, yenə buyurur: “...Allah tövbə edənləri və pak olanları sevər!” (Bəqərə,
2/222).
O, yenə buyurur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin
ki, Allah da sizi sevsin...” (Ali Đmran, 3/31).
O, yenə buyurur: “...Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah)
onları, onlar da (Allahı) sevərlər...” (Maidə, 5/54).
O, yenə buyurur: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf
çəkib döyüşənləri sevər!” (Saff, 61/4).
O, yenə buyurur: “Çox bağışlayan, çox sevən də Odur” (Buruc, 85/14).
O, buyurur: “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” (Fatihə, 1).
O, yenə buyurur: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi əhatə
etmişdir...” (Mumin (Ğafir), 40/7).
O, yenə buyurur: “...Allah möminlərə rəhm edəndir!” (Əhzab, 33/43).
O, yenə buyurur: “...Mərhəmətim hər şeyi ehtiva etmişdi...” (Əraf, 7/156).
O, yenə buyurur: “...Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır
(bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir)...”
(Ənam, 6/54).
O, yenə buyurur: “...O, bağışlayandır, rəhm edəndir” (Yunus, 10/107).
O, yenə buyurur: “...Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən
rəhmlisidir!” (Yusuf, 12/64).
O buyurur: “...Allah onlardan, onlar da Allahdan razıdırlar...” (Maidə,
5/119).
O, yenə buyurur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası
əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər...” (Nisa, 4/93).
O, yenə buyurur: “Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları
və (Allaha) xoş gedən şeyi bəyənmədiklərinə görədir...” (Muhəmməd, 47/28).