Bu, Qiyamət Gününə qədər məğlubedilməz qalacaq xilas olunmuş
tayfanın
15
,
əhli Sünnə və camaat
16
tərəfdarlarının əqidəsidir. O, Allaha, Onun mələklərinə,
kitablarına, elçilərinə, ölümdən sonra dirilməyə, qədərin xeyrinə və şərinə iman
gətirməkdən ibarətdir
17
.
Allaha imanın bir hissəsi də Onun Kitabında Özünü və həmçinin elçisi
Məhəmmədin -ona Allahın salavatı və salamı olsun- Onu vəsf etdiyinə təhrifsiz, inkar
etmədən, necəliyinə varmadan və bənzətmədən iman gətirməkdir.
Əhli Sünnə və camaat tərəfdarları Allah barəsində etiqad edirlər ki: “...Ona
bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” (Şura,
42/11).
Onlar, Allahın Özünü vəsf etdiyini inkar etmir, sözlərin yerini dəyişdirmir,
Allahın adlarından və ayələrindən üz döndərmir, Onun sifətlərinin keyfiyyətinə varmır
və məxluqlarının sifətlərinə bənzətmirlər. Çünki nöqsansız Allahın adını daşıyan,
bənzəri və tayı-bərabəri olan başqa birisi yoxdur. Məxluqatından heç kim pak və uca
Allahla müqayisə edilə bilməz. O, Özünü və başqalarını hamıdan yaxşı tanıyır; Onun
kəlamı gerçəkdir və yaratdıqlarının sözündən gözəldir. Allahdan sonra ən doğru
danışan və dedikləri təsdiq olunan Onun elçiləridir. Bu həqiqət Onun haqqında heç bir
məlumatı olmayan kəslərin dediklərinə ziddir.
Buna görə də, məxluqatın kamilləşməsi – bu məqsədə nail olmaqdır və insan Allahın qulu
olmağa nə qədər çox can atarsa, onun kamilliyi də bir o qədər artar və onun vəziyyəti daha da yüksələr
və məhz buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) o, ən yüksək və layiqli
səviyyələrdə olduqda, məsələn, əl-Đsra (Məkkədən əl-Qüdsə gecə səyahəti) ona abd (qul, xidmətçi,
ibadət edən) fəxri adını vermişdir. Həmçinin bir səhih hədisdə Allahın Elçisi (ona Allahın salavatı və
salamı olsun!) demişdir:
“Xristianlar Məryəm oğlu Đsaya ibadət etdikləri kimi, siz də mənə ibadət etməyin, mən
ancaq bir insanam, ona görə mənə: “Allahı qulu və Onun Elçisi” deyin””.
15
Xilas olunmuş tayfa, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) sözlərinə görə,
məğlubedilməz qalacaqdır:
“Mənim ümmətimdən olan bir qrup haqdan möhkəm yapışacaq və məğlubedilməz qalacaq
və ona xəyanət etmişlərdən heç kim Qiyamət gününədək ona ziyan vura bilməyəcək” (Əl-Buxari və
Müslim). Onun (ona Allahın salavatı və salamı olsun!) aşaqıdakı sözləri də buna dəlildir:
“Bu ümmət 73 hissəyə bölünəcək və mənim və səhabələrimin bu gün getdikləri yolla gedən
bir qrupdan başqa, onların hamısı Cəhənnəmə gedəcək” (Ət-Tirmizi)
16
Sünnə - Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələri bidətlər (dinə
əlavələr) meydana gələnə qədər yaşadıqları həyat tərzidir.
17
Bu altı bənd – imanın sütunlarıdır və hər bir həqiqi mömin onları Qurana və Sünnəyə müvafiq olaraq
qəbul etməlidir. Dinin bu əsasları Cəbrail haqqında olan hekayədə xatırlanır. O (əleyhissalam), səhra
ərəbi simasında Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gələrək ondan Đslam,
iman və ehsan (Allahı görürmüşük kimi Ona ibadət etmək, çünki biz Onu görməsək də, O, bizi görür)
nədir? deyə sual verdikdə, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur:
“Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və ölümdən sonra Dirilməyə və qədərin xeyrinə və
şərinə iman gətirmək.”.
Elçilər: Quranda onlardan ancaq iyirmi beşinin adı çəkilmişdir, yerdə qalanlarına gəldikdə isə,
biz onların hesabına varmadan, adlarını bilmədən onların varlığına inanmalıyıq, çünki Allah onlar
haqqında məlumatı, Quranda bildirdiyi kimi, Özündə saxlamışdır:
“Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər
vermiş, kimisi haqqında xəbər verməmişik...” (Mömin, 40/78).
Buna görə də əzəmətli Allah buyurur: “Sənin Rəbbin – yenilməz qüvvət
sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri
sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan
Allaha həmd olsun!” (Saffat, 37/180-182).
Bu ayədə uca Allah, Elçilərinə müxalif olanların Onun haqqında
söylədiklərindən uzaq olduğunu bəyan etmiş, sonra isə eyibsiz və nöqsansız sözlər
söylədiklərinə görə elçilərinə salam demişdir.
Nöqsansız Allah Özünün ad və sifətlərini bildirərkən isbat və inkar
formalarından istifadə etmişdir.
18
. Elə buna görə də, əhli Sünnə və camaat tərəfdarları
elçilərin gətirdiklərindən uzaqlaşmamalıdırlar; həqiqətən, bu doğru yoldur, Allahın Öz
lütfkarlığı ilə mükafatlandırdığı kəslərin - peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və
saleh insanların yoludur.
18
Đki növ inkar vardır: ümumi və xüsusi. Ümumi inkar – Onun Kamilliyini çatışmazlıqlar və qüsurlarla
inkar edən hər şeyi Allahdan kənarlaşdırmaqdır. Bununla əlaqədar O buyurur: “Onun heç bir tayı-
bərabəri (bənzəri) də yoxdur!” və “Heç Allahın özündən başqa Onun adını daşıyan başqa birisini
görmüsənmi?” və “Allahı, onların aid etdiklərindən uca tutub şöhrətləndirin”. Xüsusi inkar –
Allahı – atası və ya oğlu, arvadı və ya şəriki və yaxud da Ona bərabəri olmaması ilə, biliksiz, zəif,
unutqan, mürgüləyən və ya yuxulayan və yalançı olmaması ilə şərəfləndirmək. Bütün bu inkarlar
bunların özünə görə deyil, lakin onların əleyhinə olanları təsdiq etmək üçün zəruridir. Belə ki, şərikin
və Ona bərabər olanın inkarı Onun mütləq Əzəmətini təsdiq edir və s.
Təsdiq də iki növdür: ümumi və xüsusi. Ümumi təsdiq Onun Mütləq Kamilliyini, Mütləq
Tərifəlayiqliyini və Mütləq Calalını və s.-ni təsdiq edir, çünki Allah buyurur:
“Həmd olsun Allaha – aləmlərin Rəbbinə” (Fatihə, 1/1).
Həmçinin:
“Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki,
Allah yenilməz qüvvət, hikmət sahibidir!” (Ali-Đmran, 3/62).
Quranda və Sünnədə xatırlanan hər bir sifətin adı özündə xüsusi təsdiqi ehtiva edir. Bu adlar
çoxsaylıdır və onların hamısını burada qeyd etmək çətindir, amma istəyənlər onları Quranda və
Sünnədə tapa bilərlər.