O, yenə buyurur: “(Firon əhli) Bizi qəzəbləndirdiyi zaman Biz onlardan
intiqam aldıq...” (Zuxruf, 43/55).
O, yenə buyurur: “...Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə
də (cihada çıxmaqlarına) mane oldu...” (Tövbə, 9/46).
O, yenə buyurur: “Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük
qəzəbə səbəb olar” (Saff, 61/3).
O buyurur: “Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə
gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər?”
(Bəqərə, 2/210).
O, yenə buyurur: “(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa
Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi
gözləyirlər?..” (Ənam, 6/158).
O, yenə buyurur: “Xeyr! Yer dağılıb parça-parça olacağı; Rəbbinin gəlib,
mələklər səf-səf duracağı zaman...” (Fəcr, 89/21-22).
O, yenə buyurur: “Göyün buludla parçalanacağı, mələklərin bölük-bölük
(yerə) endiriləcəyi gün...” (Furqan, 25/25).
O buyurur: “Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin Üzü əbədidir”
(Rəhman, 55/27).
O yenə buyurur: “...Onun Üzündən başqa hər şey məhv olacaqdır...”
(Qəsəs, 28/88).
O yenə buyurur: “(Allah) dedi: “Ey Đblis! Sənə, Mənim iki əlimlə
yaratdığıma səcdə etməyə mane olan nə idi?” (Sad, 38/75).
O yenə buyurur: “Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Onların öz
əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki əli
açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir...” (Maidə, 5/64).
O buyurur: “Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim
Gözlərimiz önündəsən (himayəmiz altında)...” (Tur, 52/48).
O yenə buyurur: “Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə
daşıdıq. Đnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o gəmi Gözlərimiz önündə
(himayəmiz altında) üzüb gedirdi” (Qəmər, 54/13-14).
O yenə buyurur: “...Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz
tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım” (Ta ha, 20/39).
O buyurur: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən
qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah
Eşidəndir, Görəndir” (Mucadilə, 58/1).
O yenə buyurur: “Allah kasıbdır, biz isə varlıyıq!” - deyənlərin sözünü
Allah eşitdi...” (Ali-Đmran, 3/181).
O yenə buyurur: “Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və
gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında (əməllərini) yazan elçilərimiz
vardır” (Zuxruf, 43/80).
O buyurur: “(Allah buyurdu:) “Qorxmayın, Mən sizinləyəm, (hər şeyi)
eşidirəm və görürəm!” (Ta ha, 20/46).
O yenə buyurur: “Məgər o bilmir ki, Allah görür?” (Ələq, 96/14).
O yenə buyurur: “O, səni (namaza) duranda da görür, səcdə edənlər içində
hərəkət edəndə də. Həqiqətən də O, Eşidəndir, Biləndir!” (Şuəra, 26/218-220).
O yenə buyurur: “De: “Đşinizdə olun! Allah, Onun Elçisi və möminlər
əməllərinizi görəcəklər...” (Tövbə, 9/105).
O buyurur: “...Allahın cəzası şiddətlidir” (Rəd, 13/13).
O yenə buyurur: “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə
quranların ən xeyirlisidir”
(Ali-Đmran, 3/54).
O yenə buyurur: “Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar
(bunu) hiss etmədilər” (Nəml, 27/50).
O yenə buyurur: “Həqiqətən, (kafirlər) hiylə qururlar. Mən də hiylə
qururam” (Tariq, 86/15-16).
O buyurur: “Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya
bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, (hər şeyə) Qadirdir” (Nisa,
4/149).
20
O yenə buyurur: “...Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi
bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir” (Nur, 24/22).
O buyurur: “...Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə
məxsusdur...” (Munafiqun, 63/8).
O Đblis haqqında da buyurur: “(Đblis) dedi: “Sənin qüdrətinə and olsun ki,
onların hamısını yoldan çıxaracağam” (Sad, 38/82).
O yenə buyurur: “Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər
mübarəkdir” (Rəhman, 55/78).
O buyurur: “...Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç
Ona oxşarını tanıyırsanmı?!” (Məryəm, 19/65).
O yenə buyurur: “...Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
(Đxlas, 112/4).
O yenə buyurur: “...bilə-bilə (heç kəsi) Allaha tay tutmayın” (Bəqərə, 2/22).
O yenə buyurur: “Đnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini
(Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər...” (Bəqərə, 2/165).
O yenə buyurur: “De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir
şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta
möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək Uca tut” (Đsra, 17/111).
O yenə buyurur: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə
təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir”
(Təğabun, 64/1).
O yenə buyurur: “Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq
üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah
nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti
bol və daimidir!) O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O
(Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər
20
Ibn Useyminin Vasitiyyəyə yazdığı şərhdə Nisa surəsinin 149-cu ayəsi ilə Nur surəsinin 22-ci ayəsi
arasında Əhzab surəsinin 54-cü ayəsi yazılıb. (R.H.)