Ondan nəyisə götürüb, nəyisə kənara atmazlar. Đslam bütünlüklə və tamamı ilə qəbul
edilməlidir. Đbadətin əsası da elə budur!
Đbn Teymiyyə yorulmadan elmə yol göstərmişdir. O yazırdı: “Peyğəmbər (ona
Allahın salavatı və salamı olsun!) dinin əsaslarını və tətbiq edilməsi yollarını, onun
məqsədini və necə izah edilməsini, onun ağılla bağlılığını və təsirini göstərmişdir. Bu,
bütün təməl biliklərin və imanın əsasıdır və kim bu prinsiplərə sadiq qalırsa, həqiqəti
hamıdan çox bilməyə və düzgün əməl etməyə layiqdir.
Həyatının bütün dönüklüyünə baxmayaraq, Đbn Teymiyyə Đslam elmlərinin
bütün istiqamətlərində çoxlu kitab və məqalələr yazmışdır. Onun şagirdi Đbn Qəyyim
əl-Cəvziyyə Đbn Teymiyyənin işlərinin siyahısını tərtib etmişdir, onlar 350 –dir.
Burada onlardan bir-neçəsini göstərək:
I. Quran elmləri və Təfsir
1.Ət-Təbiyyən fi nuzul əl-Quran
2.Təfsir Surət ən-Nur
3.Təfsir əl-Muəvizəteyn (113-cu və 114-cü surələr)
4.Təfsir Surət əl-Đxlas (112-ci surə)
5.Muqəddimə fi Usul ət-Təfsir
II. Fiqh (Đslam hüququ)
1.Məcmuat əl-Fətəva əl-Kubra. 5 cild
2.Məcmu əl-Fətəva Đbn Teymiyyə. 37 cild
3.Əl-Qavaid ən-Nuraniyə əl-Fiqhiyyə
4.Kitab Mənasik əl-Həcc
5.Risalə fi əl-Uqud əl-Muhərrəmə
6.Kitab əl-Farq əl-Mubin beynə ət-Talaq vəl-Yəmin
7.Kitab fi Usul əl-Fiqh
8.Risalə fi Rəf əl-Hənəfi Yədeyhi fi əs-Salə
9.Risalə fi Sucud əs-Sahv
10.Məsələt əl-Həlf bi ət-Talaq
III. Təsəvvüf (Süfizm)
1.Əl-Furqan beynə Ovliya ər-Rahmən və Ovliya əş-Şeytan
2.Əmrad əl-Qulub və Şifauhə
3.Ət-tuhfa əl-Đraqiyyə fi Amal əl-Qulub
4.Əl-Ubudiyyə
5.Ər-Risalə ət-Tadmuriyyə
6.Dəracət əl-Yəqin
7.Baqiyət əl-Murtəd (əs-sabiniye)
8.Đbtal Vəhdət əl-Vucud
9. Ət-Təvəssul vəl-Vasatiyya
10.Risalə fi əs-Səma vər-Rəks
11.Əl-Đbadət əş-Şəriyyə
IV.Usul əl-Din və Đlm əl-Kalam
1.Risalə fi Usul əd-Din
2.Risalə fi əl-Đhticac bi əl-Qədər
3.Cavab əhl əl-Đlm vəl-Đman
4.Əl-Đkliki fi əl-Mutəşabi və ət-Təvil
5.Ər-Risalə əl-Mədəniyyə
6.Minhəc əs-Sunnə ən-Nəbəviyyə fi Nəqdi Kəlam əş-Şiə -əl-Qədəriyyə
7.Əl-Muntaqa min Axbar əl-Mustafa
8.Şərh əl-Əqidə əl-Əsfahaniyyə
9.Məəric əl-Usul ilə Mərifat ənnə Usulə əd-Din və Fataahu qadd beyyənəha
ər-Rəsul
10.Əqvamu mə qilə fi əl-Məşiəti və-Hikməti vəl-Qadai vəl-Qədəri və ət-Təlili
və Butlani əl-Cəbri və ət-Tətil
11.Risalə fi əl-Qadai vəl-Qədər
12.Kitab əl-Đman
13.Əl-Furqan beynə əl-Haqqi vəl-Batil
14.Əl-Vəsiyyə əl-Kubra
15.Nəqdi Təsis ət-Təqdis
16. Ər-Rədd alə əl-Nusayriyyə
V. Əl-Rədd alə Əshab əl-Miləl: (Başqa dinlərin ardlcıllarına cavab)
1.Əc-Cavab əs-Səhih limənb bəddələ din əl-Məsih
2.Ər-Rədd alə əl-Nəsərə
3.Təxcil əhl əl-Đncil
4.Ər-Risalə əl-Kubrusiyyə
5.Đktida əs-Sirat əl-Mustəqim Muxaləfət əhsab əl-Cəhm
VI. Əl-Məntiq vəl-Fəlsəfəh (Məntiq və Fəlsəfə)
1.Ər-Rədd alə əl-Məntiqiyyin
2.Ər-Risalə əs-Səfədiyyə
3.Naqd əl-Məntiq
4.Ər-Risalə əl-Ərşiyyə
VII. Əl-Əxlak vəl-Siyasə vəl-Đctima: (Davranış, Đdarəetmə və Sosiologiya)
1.Əl-Həsənə vəl-Saiyə
2.Əl-Vəsiyə əl-Cəmiyə li xayr əd-Dünya vəl-Əxirə
3.Şərh hədis “Đnnəmə əl-əl-Əməlu bin-Niyyət”
4.Əs-Siyasə əş-Şəriyə fi Đslah ər-Rəi və ər-Raiyyə
5.Əl-Hizbə fi əl-Đslam
6.Əl-Məzalim əl-Muştərəkə
7. Əş-Şətrənc
VIII. Hədis
1.Əhadis əl-Qassas
Đbn Teymiyyənin ölümü haqında
Đbn Teymiyyə bilirdi ki, elminə görə həbsxanaya salınması ona əlavə sərbəstlik
verir və o, düşünmək və işləmək imkanı yaratdığı üçün həbsə alınarkən sevinirdi.
Lakin həbsxanada ondan kitablarını alanda və ona yazmağa icazə verməyəndə (bu
onun son dəfə həbsə alındığı zaman baş vermişdi) bu ona ən ağır cəza təsiri bağışladı.
Đbn Teymiyyə 728-ci hicri ili Zülqədə ayının iyirmisində (26-27 sentyabr 1328-ci m.)
Dəməşqdə
9
bazar günü gecəsindən bazar ertəsinə keçəndə həbsxanada vəfat etmişdir.
Ona ehtiram bəsləyənlər çox möhtəşəm bir izdihamla onu dəfn etdilər.
Hesablamalara görə bu mərasimdə 200 min kişi və 150 qadın iştirak etmişdi. O,
Dəməşqdə anasının basdırıldığı sufi qəbristanlığında basdırılmışdır.
Öz düşmənlərinin ona qarşı hücumlarını şərh edərək, Đbn Teymiyyə demişdir:
“Bu həyatda əvvəlcə Cənnətə düşmək lazımdır ki, həyata sevinə biləsən: mənim
düşmənlərim mənimlə nə edə bilərdilər? Mənim Cənnətim mənim qəlbimdədir; hara
getsəm də o həmişə mənimlədir. Mənim həbsxanaya salınmağım – bu ancaq öz-
özümlə tənha qalmaq imkanıdır; mənim öldürülməyim – bir şəhidlikdir; mənim
ölkədən sürgün edilməyim – məzuniyyətdir”.
Özünün son dəfə həbsxanaya salınması zamanı Taqiyəddin Đbn Teymiyyə dua
ilə Əzəmətli və Uca Allaha belə müraciət etmişdir: “Qüdrətli Allah, mənə yardım et
ki, Sənin xeyirxahlığını xatırlaya bilim, Sənə həmd edim, Sənə ixlasla ehtiram göstərə
bilim, Đnşallah!
9
Đbn Teymiyyənin dəfninin təsviri. Bax. Đbn Kəsir, səh. 141-145.
ƏL-ƏQĐDƏ ƏL-VASĐTĐYYƏ
10
(Orta əqidə)
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
11
Həmd Allaha məxsusdur
12
. Onu (islamı) bütün dinlərdən üstün etmək (onun
bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq
dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın
şahid olması kifayət edər!
Şəhadət verirəm ki, Allahdan başqa
heç bir haqq
ilah yoxdur və Onun şəriki
13
də yoxdur; mən Allahın təkliyini qəbul edir və inanıram.
Şəhadət verirəm ki, Muhəmməd Onun qulu və Elçisidir
14
; ona, onun ailəsinə
və səhabələrinə Allahın salavatı və salamı olsun!
10
Bu dini əqidənin qələmə alınmasının səbəbi. Đbn Teymiyyə demişdir: “ Adı Hacc Radiyyəddin əl-
Vasiti olan Vasitdən (Đraqda yerləşir) bir şafii hakimi həccə (ziyarətə) gedən yolda yanıma gəldi. Bu
şeyx xeyirxah və iman sahibi olan bir insan idi. O mənə bu ölkədəki (yəni, Đrakdakı) tatar-monqol
idarəçiliyi altında olan xalqın vəziyyətindən, cəhalətdən, ədalətsizlikdən, imanın və elmin yadırğanma-
sından giley-güzar etdi.
O məndən xahiş etdi ki, onun həmvətənləri üçün bir əqidə kitabı yazım. Mən ona demək
fikrindəydim ki: “Artıq çoxsaylı əqidə kitabları yazılmışdır”. Sünnə alimlərinə isinad etdim. Lakin o,
öz xahişində inad edərək belə dedi: “Mən sənin yazdığından başqasının əqidəsini istəmirəm”. Beləliklə
də, mən bunu onun üçün günün ikinci yarısı ərzində yazdım.
Onun çoxlu surətləri Misirdə, Đraqda və başqa əyalətlərda yayıldı. (Məcmu əl-Fətava Đbn
Teymiyyə, VIII, s. 164).
11
Alimlərin (üləmaların) “bismillah” sözü barədə fikirləri müxtəlifdur: o, hər sürənin başlanğıcı olan
bir ayədir və yaxud o müstəqil ayə kimi surələri bir-birindən ayırmaq üçün nazil edilmişdir və onunla
başlamaq xeyirlidir. Đkinci rəy daha üstün tutulur.
12
Əl-Həmdu lil-Ləhi (Həmd Allaha məxsusdur): Allahın Elçisindən (ona Allahın salavatı vı salamı
olsun!) rəvayət edilir ki, o demişdir:
“Hər bir söhbət Allaha həmdlə və mənə salavat duası ilə başlanmırsa, naqisdir və mübarək
sayılmır”(Ər-Rəhavi). Eyni hədis “Bismillah” haqqında da rəvayət edilişdir (Đbn Hibban).
13
Lə iləhə illəllah (“Allahdan başqa haqq ilah yoxdur”) Tövhid (Allahın Təkliyi) düsturudur və
bununla bütün elçilər (onlara Allahın salamı olsun!) razılaşmışlar, daha doğrusu, bu, bütün şəriətlərin
mahiyyətidir və hər bir elçi, Allahın son Elçisi (ona Allahın salavatı və salamı olsun!) kimi, onu öz
şəriətinin başlanğıcı və əsas sütunu etmişdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun!)
buyurmuşdur:
“Đnsanlar “Lə Đlahə illəllah” deməyincə mənə onlarla döyüşmək əmr olunmuşdu. Əgər
onlar bunu desələr, öz canlarını və mallarını məndən qoruyarlar və bundan başqa onlardan qanunla
nə tələb olunarsa, Qüdrətli və Böyük Allah Özü onları mühakimə edəcək” (Əl-Buxar və Muslim).
14
Və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) risaləsinə (şəriətinə) şahidlik etmək.
Đbadiyyə (Allaha xidmət və Ona ibadət etmək) Allahın təkliyi haqqında şəhadət verməklə bağlıdır və
bu onu göstərir ki, hər iki şahidlik birlikdə deyilməlidir, onlardan biri digərini əvəz edə bilməz, çünki
onlar azanda və təşəhhüddə birləşdirilmişlər. Bəzi insanlar: «Sənin ad-sanını (şan-şöhrətini)
ucaltmadıqmı?!» ayəsini: “Mən səni harada yad etsəm, sən Mənimlə birgə xatırlanacaqsan” kimi təvil
edirlər.
Allah onda (ona Allahın salavatı və salamı olsun!) iki cəhəti – elçiliyi və Allahın qulu kimi
ibadət etməyi birləşdirmişdir. Çünki bu, hər hansı bəşər məxluqatına verilə biləcəyindən ən üstün olanı
idi. Qulluq və ibadət etmək – Allahın Öz məxluqlarını yaratması üçün səbəb idi. Belə ki, O buyurur:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat, 51/56).
Dostları ilə paylaş: |