|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи
|
səhifə | 20/42 | tarix | 15.03.2018 | ölçüsü | 5,57 Mb. | | #32240 |
|
Bu barədə cənab Məscid Camei bir məqalə yazaraq qeyd edir: “... Bədəvilər din ruhiyyəsindən məhrum idilər. Dinə olan ehtiyac, itaət hissi və din müqabilində ibadət bu diyarın insanlarının ən mühüm xüsusiyyətlərindəndir... Bədəvilərin də, başqaları kimi, dinə ehtiyacları vardır. Amma dini öz ehtiyac və təfəkkürləri, möhtac olduqları ədalətli ictimai-siyasi sistem əsasında qəbul edirlər. Məhz buna görə də onlar özlərinin ehtiyac və istəklərinə uyğun olan dini hərəkətlər müqabilində dərhal müsbət cavab verirdilər. Bunun əksinə olaraq, öz ruhiyyələri və ehtiyacları ilə uyğun olmayan hərəkətlər müqabilində etinasızlıq göstərirdilər.”1 Buna əsasən, bədəvi ərəblər dini qəbul etməkdə yalnız öz mənfətlərini güdür və özlərinin ruhiyyə və xüsusiyyətləri ilə müvafiq olan bir dini qəbul edirdilər. Vəhhabilik elə bir diyarda yaranıb inkişaf etdi ki, “dini baxımdan Ərəbistan yarımadasının sair nahiyələri ilə müqayisədə xurafatların və yanlış əqidələrin mərkəzi idi və səhih dini pirinsiplərlə ziddiyyət təşkil edirdi.”2
Məhəmməd ibn Əbdül-Vəhhabın təlimlərinin Nəcddə öz qardaşı və atasının müxalifəti ilə qarşılaşmasına baxmayaraq, bu əyalətin əhalisinin mövcud vəziyyətinə diqqət yetirməklə bu kimi müxalifətlərin heç bir təsiri olmadı. “Nəcd əyalətinin sakinləri son dərəcə sadə və bəsit həyat sürüb dini münaqişələrdən uzaqda idilər. Onların çox qızğın təsirli bəyanlarla olan hər bir təzə sözü qəbul etməyə hazırlıqları var idi və bunun özü də Şeyx Məhəmmədin xüsusiyyətlərindən idi. Onun məzhəbinin inkişaf edib yayılması amillərindən digər biri də bu idi ki, o dövrdə Nəcddə mövcud olan alimlərin heç biri sözün nüfuzu və bəyan qüdrəti baxımından Şeyx Məhəmmədə çatmırdı.”3 O dövrdə Nəcd ucqar bir yer idi ki, oraya çox az adam gedirdi, çox az adam Nəcddən kənara səfər edirdi.
Nəcd sakinləri son dərəcə sadəlikdə yaşayırdılar. Onlar dünyada baş verən hadisələrdən xəbərsiz idilər, çox az hallarda kiminsə əqidə və fikirlərinin təsiri altına düşürdülər. Təbiidir ki, belə avam və sadə insanlar Şeyx Məhəmmədin təlimlərindən daha tez təsirlənər və təəssüblə onu müdafiə edər, hətta onun yolunda öz canlarından keçməyi belə, əsirgəməzdilər.
Dostları ilə paylaş: |
|
|