ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə27/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   23   24   25   26   27   28   29   30   ...   106

 
61 
Hişam”ı  Əbdül-Qadir  ibn  Mülukdan  öyrənmişdir.  O  Bintul-füqəha 
bintul-Vasiti,  Zeynəb  bintul  Kəmal  və  Zeynəb  bintu  Yəhya  ibn  Əbdüs-
salamdan hədis eşidən və rəvayət icazəsi alan axırıncı şəxsdir. O, bacısı 
Fatimə  ilə  birlikdə  çoxlu  hədis  müsabiqəsində  iştirak  etmiş  və  ona 
üstünlük  qazanmışdır.  Hələbdə  İbrahim  ibn  Saleh  ibn  Əcəmdən, 
Humatda  Şeyx  Şərəfuddin  Barəzidən,  Əl-Xəlildə  Bürhan  Cəbəridən, 
Nablosda  Əbdüllah  ibn  Yusifdən  və  başqalarından  icazə  almışdır.  O, 
uzun  ömür  sürmüş  və  çoxlu  hədis  rəvayət  etmişdir.  Xüsusilə,  çox  səfər 
edən  mühəddislər  ondan  hədis  rəvayət  etmişlər.  Xətib  Əbu  Ömər 
Hənbəli,  Hərəvinin  “Zəmmul-kəlam”ının  bir  hissəsini  ondan  eşitmiş  və 
İbn  Həcər,  Əbul  Fəth  Osmani  ondan  rəvayət  etmişlər.  O  öz  dövrünün 
müsnədi idi. 
20. Bədruddin Həsən ibn Əhməd ibn Əbdül-Hadi (878-ci h.q. 1473-cü 
miladi).  O,  İbnul-Mübərrəd  adı  ilə  məşhurdur  və  bir  müddət  Dəməşqdə 
qazinin nayibi vəzifəsini öhdəsinə almışdır. 
21.  Cəmaluddin  Yusif  ibn  Həsən  Əhməd  (840-909-cu  h.q.  1436-1503-cü 
miladi).  O,  “Əl-müqniə”ni  Şeyx  Təqiyuddin  Cəzainin,  Təqiyyuddin  ibn 
Qundusun  və  qazi  Əlauddin  Mordavinin  yanında  oxumuş,  qazi  Burhanuddin 
ibn  Müflih  və  Burhan  Zərainin  dərslərində  iştirak  etmişdir.  İbn  Həcər,  İbn 
Əraqi, İbn Balisi,  Cəmal ibn Hərəstan, Səlahuddin ibn Əbu Ömər, Nasirəddin 
və başqalarından hədis eşitmişdir. O hədis və fiqh elmini də bilirdi. Özü isə sufi 
idi  və  nəhv,  sərf  və  təfsirdə  müəyyən  qədər  biliyi  vardı.  O  tədris  etməklə  və 
fətva  verməklə  məşğul  idi  və  çoxlu  kitablar  yazmışdı.  Şəmsuddin  ibn  Tulun 
onun tərcümeyi-halı barəsində böyük bir kitab yazmışdır. 
Sonrakı  fəsildə  Məhəmməd  ibn  Əbdül-Vəhhabın,  İbn  Hənbəlin  fikir  və 
düşüncəsindən,  İbn  Teymiyyənin  azğınçı  və  ifratçı  fikirlərindən,  onun 
şagirdlərinin rəylərindən və İbn Əbdül-Hadinin hədislərindən istifadə edərək öz 
firqəsinin  binasını  qoymasını  və  Ali-Səud  sülaləsinin  köməyi  ilə  onu  necə 
yayması bəyan olunacaqdır. 
“Fəmən  əzləmu  mimməniftəra  ələllahi  kəzibən  liyuzillənnasə 
biğeyri elm, innəllahə la yəhdil-qovməzzalimin” 
“Elmi  olmadan  camaatı  zəlalətə  salmaq  məqsədilə  Allaha  iftira 
yaxandan da bir zalım şəxs varmı? Həqiqətən, Allah zalım qövmləri 
hidayət etməz.”
1
  
                                                 
1
 “Ən`am” surəsi 145-ci ayə 


 
62 
VƏHHABİ FİRQƏSİNİN YARANMASI 
ÜMUMİ NƏZƏR 
Vəhhabilik zahirpərəst, təxribatçı və fitnə-fəsad törədən bir məzhəbdir 
ki,  yarandığı  vaxtdan  etibarən  həmişə  İslam  aləmində  acınacaqlı 
vəziyyətlər yaratmışdır. Bunun da dünya müsəlmanları və zəif təbəqələri 
arasında təfriqə salmaqdan, tövhidçilərin cərgələrini pozmaqdan, küfr və 
dinsizliyi gücləndirməkdən başqa bir səmərəsi olmamışdır. 
Vəhhabilər  iddia  edirlər  ki,  onlar  hər növ  bütpərəstliyi  və  şirki  aradan 
qaldırmaq  fikrindədirlər.  Buna  görə  də  peyğəmbərlər  və  övliyalara 
təvəssül  etməyi,  ehtiyaclarını  onlardan  diləməyi,  ilahi  peyğəmbərlərin, 
salehlərin, pak insanların və zahidlərin qəbrini ziyarət etməyi qadağan və 
qeyri-qanuni  bir  iş  hesab  edirlər.  Amma  sözün  əvvəlində  aşkar  şəkildə 
bəyan edirik ki,  vəhhabilərin küfr  və şirk  ilə  mübarizə  aparmaq  iddaları 
həqiqətdə günahsız müsəlmanları qətlə yetirmək, onlar arasında təxribat 
yaradıb  fitnə-fəsad  və  virançılıq  törətməklə  nəticələnmişdir.  İş  o  yerə 
çatmışdır  ki,  hətta  demək  olar  ki,  bu  məslək  özünün  zahirpərəstlik, 
kobudluq,  təxribatçılıq  və  təfriqə  salmaq  kimi  təlimləri  ilə  əməli  olaraq 
İslamın  barışmaz  və  qatı  düşmənləri  olan  istismarçıların  əlində  bir 
vasitəyə  çevrilmişlər.  İstismarçı  qüvvələr  öz  məkrli  siyasətlərində 
müsəlmanların vəhdətini pozmaq üçün onlardan istifadə edirlər. 
Müsəlmanlarla düşmənçilik etmək, öz din qardaşlarını müşrik və kafir 
adlandırmaq,  onları  döymək,  lənətləmək,  söyüşə,  nalayiq  sözlərə  və 
əzab-əziyyətə məruz qoymaq və s. kimi yaramaz işlər vəhhabilikdən çox 
çirkin  və  qorxulu  bir  çöhrə  yaratmış,  onları  təxribatçı  bir  firqə  şəklinə 
salmışdır  (onların  əməli  şüarları  təxribatçılıq,  dağıntı,  təfriqə  salmaq  və 
qəsavətlilikdir).  “Şirk  və  bütpərəstliklə  mübarizə”  adı  altında  Allaha 
pərəstiş edən və dinə inanan sadə camaatı kütləvi şəkildə qırmaq, “tövhid 
şüarlarını  dirçəltmək  və  şirklə  mübarizə  aparmaq”  adı  ilə  böyük  dini 
şəxsiyyətlərin və pak insanların qəbirlərini dağıtmaq vəhhabilərin ən adi 
işlərindəndir. 
Həqiqətdə  bu  gün  vəhhabilər  düşmən  dəyirmanına  su  tökür  və 
istismarçıların  mənfur  niyyətlərinin  icrası  yolunda  var-qüvvələri  ilə 
çalışırlar. Onların İslam cəmiyyəti arasında nifaq yaradıb təfriqə salmaq, 
dünya istismarçı qüvvələrinə kömək etmək və küfrün müştərək cəhbəsini 
gücləndirməkdən  başqa  bir  məqsədləri  yoxdur.  Bəli,  Həzrət  Əlinin  (ə) 
təbiri  ilə  desək,  onlar  İslam  paltarın  tərsinə  geymiş  və  əsl  İslam 
məramlarından  heç  nə  başa  düşməmişlər.  Əgər  belə  olmasaydı,  onda 
necə  mümkün  ola  bilər  ki,  bir  insan  kafirlərin  və  dinsizlərin  qucağında 
olub  tövhiddən  dəm  vursun  və  tövhidin  məhv  olunmasına  çalışan 


 
63 
zalımlarla, peşəkar cinayətkarlarla sülh və dostluq bərqərar etsin?! Necə 
mümkün ola bilər ki, bir kəs müsəlmanların əleyhinə fəaliyyət göstərsin 
və bununla belə, yenə də tövhid (ibadətdə tövhid) iddiaları etsin?! 
Burada  vəhhabiliyin  necə  yaranmasını  araşdırıb  onu  təhlil  etməyə 
çalışacağıq. 
VƏHHABİLİYİN BANİSİ MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB 
İslamın  zühurundan  keçən  1400  illik  müddət  ərzində  insanlar  bir  çox 
şəxslər tərəfindən acınacaqlı hadisələrin şahidi olmuşlar. İslam tarixinin 
acı  hadisələrinin  əksəriyyətinin  mənşəyi  nəfsani  istəklər,  cah-cəlal 
axtarmaq, imanın süstlüyü  və s.  kimi  şeylər olub  İslam  cəmiyyətinin  öz 
içindən 
meydana 
gəlmişdir.  Lakin  istismarçıların  və  dünya 
hegemonluğuna can atanların gizli əlləri də orada müşahidə olunur. (Biz 
bu  barədə  sonrakı  fəsildə  ətraflı  şəkildə  araşdırma  aparacağıq.) 
Müsəlman  cəmiyyətləri  tarixində  ən  təxtibatçı  ünsürün  bariz  nümunəsi 
vəhhabi firqəsinin təsisçisi və banisi Məhəmməd ibn Əbdül-Vəhhabdır. 
Cənab  Fəqihinin  bəyan  etdiyi  kimi:  “Vəhhabi  məzhəbi  hənbəli 
məzhəbindən  yaranmışdır.  Vəhhabilərin  bütün  rəhbərləri  də  ümumi 
şəkildə ilk əvvəldən Peyğəmbərin (s) qəbrini ziyarət, ona təvəssül etməyi 
və  ondan  kömək  istəməyi  qadağan  edən  hənbəli  alimlərindən  olmuşlar. 
Əbu  Məhəmməd  Bərbəhari,  İbn  Bəttə,  İbn  Teymiyyə  və  onun 
şagirdlərindən  olan  İbn  Qəyyim,  Məhəmməd  ibn  Əbdül-Vəhhab 
hamılıqla hənbəli alimlərindən hesab olunur. Buna görə də vəhhabilər ilk 
əvvəldən  də,  hal-hazırda  da  özlərini  Əhməd  ibn  Hənbəlin  ardıcılları 
hesab edirlər.”
1
  
Həqiqətdə  İbn  Teymiyyənin  ölümündən  sonra  sələfiçilik  dəvətinin  və 
Əhməd  ibn  Hənbəlin  əqidəvi  məktəbinin  unudulmasına  baxmayaraq
2

onun düşüncələri Məhəmməd ibn Əbdül-Vəhhabın Nəcddə zahir olduğu 
günə  qədər  kitablarda  və  kitabxanaların  guşələrində  qalmışdı. 
Məhəmməd ibn Əbdül-Vəhhab “onun (İbn Teymiyyənin) unudulmuş və 
“dəfn  olunmuş”  əsərlərini  bir  daha  üzə  çıxarır,  onun  yazılarını  və 
sözlərini camaat üçün aldadıcı bir səviyyədə irəli çəkirdi.”
3
  
O, özünün etirazçı, təəssübkeş və “sünnətə meyl etmə” adlı əməlləri ilə 
müsəlmanların əməl və əqidələri, xüsusilə imamların və peyğəmbərlərin 
qəbirlərinin  ziyarət  olunması  ilə  şiddətlə  müxalifətçilik  edir,  o  əməlləri 
“şirk” və “bidət” adlandırırdı. Halbuki, “bidət dini təlim və göstərişlərin 
                                                 
1
 Fəqihi, Həmin mənbə, səh.24 
2
 Sələfi və sələfilik barəsində sonradan söhbət olunacaq.  
3
  Behişti  Əhməd.  “Şəxsiyyət  və  əndişehayi  Kaşiful-ğita”,  kanuni  nəşri  əndişeyi 
islami, Qum, 1370, 1-ci çap, səh.52 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə