ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə29/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   25   26   27   28   29   30   31   32   ...   106

 
66 
bacarıqsız,  cazibəsiz  təsvir  edən  dardüşüncəli  bir  nəzər  olub,  kobudluq 
və  təəssüb  ruhunu  dirçəltməklə  yanaşı  camaatın  bir-birinə  yaxınlaşması 
üçün mövcud olan hər bir yolu bağlayır və onun əvəzində çarpışmalar və 
bədbinliklər fəzası yaradır, hamını qılıncla müharibə etməyə çağırır.”
1
  
Bir sözlə, vəhhabilik təxribatçı və dağıdıcı bir firqədir, onların şüarları 
təxribat,  məhv  etmə,  qəsavət  və  vəhşilikdən  ibarətdir.  Onlar  öz 
ixtiyarlarında  olan  hər  bir  şeyi  Allahın  yeganəliyinə,  Peyğəmbərin  (s) 
risalətinə  şahadət  verən,  namaz  qılan,  Allah  evinin  ziyarətinə  gedən 
müsəlmanlarla müharibədə edirlər. 
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN FƏRDİ, İCTİMAİ, ELMİ 
VƏ SİYASİ FƏALİYYƏTİ 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  h.q  tarixi  ilə  1115-ci  ildə  Üyeynə 
şəhərində  (Ərəbistanın  Nəcd  diyarının  şəhərlərindən  biridir) 
doğulmuşdur.
2
    Onun  atası  bu  şəhərin  şəri  məhkəmə  və  tədris  işlərini 
öhdəsinə almışdı. Məhəmməd uşaqlıq vaxtlarında sünnülərin təfsir, hədis 
və  əqaid  kitablarını  oxumağa  maraq  göstərirdi.  Hənbəli  fiqhini  atasının 
yanında öyrənmişdi. (Atası hənbəli alimlərindən sayılırdı.) 
Məhəmməd  yeniyetməlik  və  cavanlıq  dövrlərindən  etibarən  öz 
əqidəsində  azğınçılığını  göstərən  iradlı  sözlər  danışır,  xüsusilə 
Müsəyləmeyi  Kəzzab,  Səcca,  Əsvəd  Ənəsi  və  Təlieyi  Əsədi  kimi 
peyğəmbərlik iddiası edənlərin həyatını oxumağa həddindən artıq maraq 
göstərirdi.  Onun  müəllimləri  uşaqlığının  ilk  çağlarından  onun  əqli 
cəhətdən  azğın  və  kütbeyin  olmasını  başa  düşmüşdülər.  Onun  atası 
Əbdül-Vəhhab  oğlunun  azğınçılıqda  olduğunu  hiss  edir  və  həmişə  onu 
danlayır, camaatı və öz ailəsini ondan uzaq olmağa çağırırdı.
3
  
Məhəmməd  ibn  Əbdül-Vəhhab  Üyeynədə  ibtidai  təhslini  başa 
vurduqdan sonra elmini artırmaqdan ötrü səfərlər etməyi qərara aldı. Elə 
əvvəldən  şan-şöhrət  və  təkəbbürlük  xasiyyətinə  malik  olan  Məhəmməd 
ibn Əbdül-Vəhhab öz arzularını həyata keçirmək üçün ətraf məntəqələrə 
səfərə  çıxdı.  O,  əvvəlcə  Hicazın  mədəni  və  siyasi  mühiti  barədə  çoxlu 
məlumat  almaq  üçün  Mədineyi  Münəvvərə  və  Məkkeyi  Mükərrəmə 
                                                 
1
 Əlbuti, Həmin mənbə, səh.16  
2
  Nəcd  Ərəbistan  yarımadasının  böyük  bir  ərazisini  əhatə  edir  ki,  hal-hazırda  onun 
bir  qismi  Səuddiyyə  Ərəbistanın  əzarisindən  hesab  olunur.  Nəcd  «uca  və  yüksək  bir 
yer»  mə`nasındadır.  Nəcd  diyarı  ətraf  nahiyələrdən  üstün  olduğuna  görə  belə 
adlandırılmışdır.  Nəcdin  mərkəzi  Səudiyyə  ölkəsinin  rəsmi  paytaxtı  olan  Riyaz 
şəhəridir.  Fəqihi  Əliəsğər.  “Vəhhabilər”,  “İntişarati  Səba”,  Tehran,  1352,  1-ci  çap, 
səh.137 
3
  Əmini  Məhəmməd  Hadi.  “Tarixi  Məkkə”  (Möhsin  Axundinin  tərcüməsi),  dəftəri 
fərhəngi İslami, Tehran, 1372, 1-ci çap, səh.165 


 
67 
şəhərlərinə səfər etdi və beləliklə, özünü kiçik və çətin qəbilə həyatından 
xilas  edə  bildi.  Qeyd  olunmalıdır  ki,  Məhəmməd  ibn  Əbdül-Vəhhab 
atasının  yanında  İbn  Teymiyyənin  kitablarını  da  mütailə  etdiyinə  görə 
onun səthi və təəssübçü fikirlərinin təsiri altına düşdü. 
Şübhəsiz,  o,  Mədineyi-Münəvvərəyə  etdiyi  səfərlərində  Məhəmməd 
ibn Süleyman Kürdinin və Şeyx Məhəmməd Həyat Sindinin dərslərindən 
istifadə etmişdir. Lakin hənbəli fiqhinə qarşı malik olduğu quru və donuq 
təfəkkürün təsirindən bir sıra azğın əqidələr bəyan etməyə başladı. Buna 
görə  də  “onun  ustadı  onu  dinsiz  və  azğın  əsərlərini  görərək  deyirdi: 
«Allah-təala  onu  yolundan  azdıracaq  və  Allahın  bədbəxt  bəndələri  də 
onun səbəbi ilə yollarını azacaqlar.”
1
  
Mədinədə  qısa  müddət  qaldıqdan  sonra  əvvəlcə  Bəsrəyə,  daha  sonra 
Bağdada  səfər  etdi.  Bu  səfərdə  İbn  Teymiyyə  və  onun  şagirdi  İbn 
Qəyyim  Covzinin,  eləcə  də  İbn  Əbdül-Hadinin  rəy  və  fikirlərindən 
agahlıq əldə etdi. Daha sonra Kürdüstana, Həmədana və İsfahana səfərlər 
etdi.  Bu  barədə  Cənab  Müdərrisi  Təbatəbai  “Lüməüş-şübəhat  fi  siyrəti 
Məhəmməd  ibn  Əbdül-Vəhhab”  kitabından  nəql  edərək  belə  yazır: 
“Şeyx  öz  vətənindən  Bəsrəyə,  oradan  Bağdada,  daha  sonra  İraq 
Kürdüstanına  getdi.  Oradan  Həmədana  gəldi  və  orada iki il qaldı.  Daha 
sonra isə İsfahana getdi. İsfahanın “Abbasiyyə” mədrəsəsində 7 il qaldı. 
Bu  müddətdə  Mirzəcan  İsfahaninin  yanında  “Təfsiru  Quşçi”nin  şərhini, 
Mir  Seyid  Şərifin  “Şərhu  Məvaqif”  və  Katibinin  “Kəlimətu  eyn” 
kitablarını  oxudu.  Sonra  Reyə,  oradan  da  Quma  gəldi.  Daha  sonra 
Osmanlı  ölkələrinə,  Şama  və  Misrə  getdi,  Misirdən  yenidən  Ərəbistana 
qayıtdı.”
2
  
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  İrana  səfər  edib-etməməsi,  onun 
səfərinin hansı tarixdə baş verməsinə gəldikdə isə, tarixi mənbələrdən bu 
məsələnin  hicri  tarixi  ilə  XII  əsrin  ortalarında  olduğu  məlum  olur.  Bu 
barədə  cənab  Fəqihi  belə  yazır:  “Məhəmməd  ibn  Əbdül-Vəhhabdan, 
eləcə də vahhabilərin əqidələrindən söhbət açan ən qədim fars dilli kitab 
Əbdür-Rəzzaq  Dunbəlinin  “Zeylu  töhfətil-alim”  kitabıdır.  Bu  kitabda 
şeyxin  İsfahanda  uzun  müddət  qalıb,  bu  şəhərin  mədrəsələrində  fiqh, 
üsul,  sərf  və  nəhv  öyrənməsi  qeyd  edilmişdir.  Məhəmməd  ibn  Əbdül-
Vəhhabın  müasiri  olan  Mirzə  Əbu  Talib  İsfahani  onun  İsfahana  gəlib  o 
şəhərdə elm və hikmət öyrənməsini, daha sonra İraqın və Xorasanın bir 
çox  yerlərinə  –  Qəzvin  sərhədinə  qədər  getməsinə  işarə  etmişdir.  Digər 
                                                 
1
  Rəzəvi  Seyyid  Mürtəza,  “Bərgi  iz  cinayati  vahhabiha”,  Əli  Ziyaninin  tərcüməsi, 
Sazimani təbliğati İslami, 1368, 1-ci çap, səh.17 
2
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.119-
120 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə