ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə31/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

 
70 
adı ilə camaatın arasında iğtişaş, qorxu və vəhşət yaratsın ki, bununla da 
sadəlövh  insanları  aldada  bilsin...”
1
    Qeyd  olunanları  nəzərə  almaqla 
xülasə şəkildə aşağdakıları qeyd etmək olar: 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  Üyeynədə  qəbilə  icması  şəklində  olan 
bir  mühitdə  dünyaya  gəlmişdi.  İbtidai  təhsilini  öz  şəhərində  atasının  və 
başqalarının  yanında  başa  vurmuş  və  ilk  əvvəldən  onun  azğın  əqidələri 
aşkar  olmuşdu.  Çünki,  o,  peyğəmbərlik  iddiasında  olanların  həyatını 
mütailə  etməyə  çox  maraq  göstərir  və  İslam  cəmiyyətində  iğtişaş 
yaratmaq  üçün  müasir  tipli  əqidə  və  rəy  əldə  etmək  istəyirdi.  Amma 
qəbilə  mühiti  çox  kiçik  və  bağlı  olduğuna  görə  onun  məlumatı  həmin 
mühitin sərhədlərini aşmırdı. Buna görə də icma quruluşunda olan həmin 
cəmiyyətdən  çıxaraq  əsaslı dəyişiklik  yaratmaq və dini-ictimai islahatçı 
olmaq fikrinə düşdü. 
Aydındır  ki,  Məhəmməd  ibn  Əbdül-Vəhhab  öz  qərarını  icra  etmək 
üçün  güclü  bir  dini-elmi  arxaya  ehtiyac  duyurdu.  İbn  Teymiyyənin,  İbn 
Qəyyimin və İbn Əbdül-Hadinin fikirləri (hənbəli fiqhi İbn Teymiyyənin 
donuqluq və təəssüb üzündən olan əqidələri və s.) onun öz elmi-mədəni 
məlumatlarının  artıb  güclənməsində təsirli oldu.  O,  Şama  və  İraqa  səfər 
etməklə lazım olan xüsusi elmi-mədəni agahlıqları əldə etməkdən əlavə, 
dövrün siyasi və ictimai məsələlərini də araşdıraraq təhlil edirdi. 
Şübhəsiz,  “Nəcdin  qəbiləvi  həyatında  və  qohumluq  əsasında  qurulan 
cəmiyyətində 
dəyişiklik 
aparmaq 
– 
bir 
tərəfdən 
Osmanlı 
hakimiyyətindəki  sarsıntı  əmələ  gəldiyinə,  digər  tərəfdən  isə  şərq 
ölkələrində  dini  baxımdan  qüdrətli  bir  hakimiyyətin  olmadığına  görə 
(çünki,  şiə  məzhəbli  Səfəvilər  əfqanlıların  əli  ilə  məğlub  edilmişdi  və 
Nadirin  qüdrəti  kəsb  etdiyi  vaxta  qədər  ölkədə  iğtişaş  hökm  sürürdü. 
Hətta  Nadir  qüdrəti  əlinə  aldığı  vaxtda  belə,  özündən  aydın  bir  dini 
siyasət  göstərməmişdi)  bütün  bunlar  ibn  Əbdül-Vəhhabın  zahirdə  dini 
islahat  aparmaq,  batində  isə  özünün  məqampərəstlik  məqsədlərini  və 
qüdrət  hərisliyini  həyata  keçirmək  üçün  tədbir  görməsinə  səbəb  oldu.” 
Amma  Seyyid  Əhməd  Zeyni  Dehlanın  dediyi  kimi,  “onun  rəylərinin 
əməli  nəticəsi  nəinki  İslam  cəmiyyətlərində  dini  islahat  aparılmasına 
səbəb olmadı, əksinə bunun özü də saysız-hesabsız çətinliklər yaratdı.”
2
  
                                                 
1
 Əmini Məhəmməd Hadi. “Tarixi Məkkə” (Möhsin Axundinin tərcüməsi), səh 171-
172 
2
  Zeyni  Dehlan  Seyyid  Əhməd.  “Fitneyi-vəhhabiyyət”,  Hamayun  Himmətinin 
tərcüməsi, Məş`ər nəşri, bi-ta, bi-ca, səh.12 


 
71 
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN İLK RƏSMİ VƏ AŞKAR 
DƏVƏTİ 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  Şama,  İraqa  və  İrana  çoxlu  səfərlər 
etdikdən,  elmi,  dini  və  siyasi  agahlıq  əldə  etdikdən  sonra  1152-ci  hicri 
ilində  Nəcdə  qayıtdı.  Atası  Üyeynədən  Nəcdin  böyük  şəhəri  olan 
Hərimələyə köçdüyünə görə o da həmin şəhərə köçməli oldu. 
O,  1143-cü  ildə  (32  yaşında)  Bəsrədə  özünün  ilk  dəvətini  başlaması,
1
 
nəticədə həmin şəhərdən qovulmasına baxmayaraq,
2
  atasının Hərimələdə 
vəfat  etdiyi  1153-cü  ilə  qədər  (onun  İrana  gəlişindən  8  ay  sonra)  öz 
əqidələrini rəsmi şəkildə aşkar etmədi. (Bundan əvvəl atası və ustadları 
onun  etdiyi  söhbətlərindən,  əməl  və  rəftarlarından  onun  əqidə 
azğınçılığında olmasından xəbərdar olmuşdular). O, “həmin ildə (1153-ci 
h.q.  1740-cı  miladi)  öz  təfəkkürünün  məhsulu  olan  “Kitabut-Tövhid” 
adlı bir kitab yazdı.
3
 Atasının vəfatı ilə eyni zamanda Hərimələ şəhərində 
öz  əqidələrini  aşkar  etdi  və  camaatın  əqidə  və  əməlini  inkar  etməyə 
başladı.  “Kəşful-irtiyab”  kitabının  müəllifi  bu  barədə  yazır:  Bu  zaman 
(atasının ölümündən sonra) o daha da cürətləndi. Heç bir qorxu olmadan 
öz  əqidələrini  aşkar  etdi  və  müsəlmanların  hamısının  fikir  birliyində 
olduğu  əməllərə  həmlə  etdi,  dələduz  və  quldurlardan  bir  qrupunu  öz 
ətrafında  birləşdirdi.”
4
    Onun  ixtira  etdiyi  məktəb  sonralar  onun  atası 
Əbdül-Vəhhabın adı ilə “vəhhabi” adlandırıldı (bu barədə əvvəllər qeyd 
olunmuşdur).  Elə  bir  məslək  ki,  bəzilərinin  inancına  görə  İslam 
ölkələrinin mərkəzində  səhvən “məzhəbi islahat  və  yeni  həyat  hərəkatı” 
adlandırılır.
5
    Vəhhabi  ayini  təəssübkeş,  çox  səthi  və  donuşluq  əsasında 
olan,  təfriqə  yaradan  və  nifaq  salan  bir  dindir  ki,  müsəlmanları  kafir 
hesab etmək onların əsas və ümdə şüarlarıdır. 
                                                 
1
  İbn  Teymiyyənin  fikirlərinin  Şamda  və  onun  ətraf  məntəqələrində  müvəffəqiyyət 
qazana  bilməməsinin  səbəbi  həmin  məntəqələrin  elmi  mövqeyi  idi.  Məhəmməd  ibni 
Əbdül-Vəhhab  da  bu  nahiyyələrdə  əslində  İbn  Teymiyyənin  fikir  və  rə`yləri  olan  öz 
nəzəriyyələrini  əməli  olaraq  həyata  keçirə  bilmədi  (əslində  onun  xammalı  İbn 
Teymiyyənin  fikirlərindən  ibarət  idi).  Onun  öz  də`vətini  aşkar  etməsi  ilə  əlaqədar 
Nəcddəki müvəffəqiyyətləri barəsində sonralar söhbət edəcəyik.  
2
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.225 
3
  Şeyx  Məhəmməd  və  onun  ardıcılları  tövhid  kəlməsinin  və  “la  ilahə  illəllah”ı  elə 
mə`na  edirlər  ki,  özlərindən  başqa  heç  bir  tövhidçi  qalmır.  Onlar  deyirlər  ki, 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  tövhidə  də`vət  edirdi.  Hər  kəs  onun  dediyi  tövhidi 
qəbul  etsəydi  özü  və  mal-dövləti  amanda  olardı.  Əks  halda  malı  başqalarına  mübah 
saylırdı  (Fəqihi  Əliəsğər.  “Vəhhabilər”,  “İntişarati  Səba”,  Tehran,  1352,  1-ci  çap, 
səh.161-164) 
4
  Əl-əmin  Seyyid  Möhsün,  “Kəşfül-irtiyab”  Seyyid  İbrahim  Ələvinin  tərcüməsi, 
İntişarati Sepeher, Tehran, 1367, 3-cü çap, səh.6.  
5
 Çahardəhi, yenə orda, səh.231 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə