ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə33/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   29   30   31   32   33   34   35   36   ...   106

 
74 
etdi. Şübhəsiz, “o  da  İbn  Teymiyyə  kimi,  Hənbəli  məzhəbində  və  həşv
1
 
əhli  idi.  İbn  Teymiyyənin  və  onun  şagirdi  İbn  Qəyyim  və  İbn  Əbdül-
Hadinin əqidələrini özü üçün örnək qərar verdi və bu  yolda onlardan da 
artıq ciddiyyətlə fəaliyyət göstərdi. Nəhayət, bütün müsəlmanları kafir və 
müşrik hesab etdi. Bütün İslam ölkələrini hətta hələlik vəhhabilərin əlinə 
keçməyən  Məkkeyi  Mükərrəmə  və  Mədineyi-Münəvvərəni  belə  “darul-
hərb”  (müharibə  evi)  və  “darul-küfr”  (küfr  evi)  adlandırdı, 
müsəlmanlarla  müharibə  aparıb  o  müqəddəs  məkanları  işğal  etməyi, 
bütün  İslam  şüarlarını,  adət  və  mərasimlərini  məhv  edib  dağıtmağı  öz 
ardıcıllarına  vacib  etdi.”
2
    Həqiqətdə  o,  özünün  və  Ali-Səudun 
hədəflərinə  çatmaq  üçün  elə  bir  məzhəb  ixtira  etmişdi  ki,  imam  Fəxr 
Razinin təbiri ilə desək, “yeni Hənbəli məzhəbi”  adlandırılırdı.
3
  Elə bir 
məslək  idi  ki,  onun  banisi  camaatı  ona  dəvət  etməkdə  həddindən  artıq 
təəssübkeşlik  və  donuqluq  göstərir,  bütün  İslam  firqələrini  kafir  hesab 
edir,  onları  cahil,  nadan,  müşrik  və  bidətçi  adlandırırdı.
4
    Vəhhabilər 
bidət, şirk və bütpərəstlik kimi sözlərin mənalarını genişləndirərək onları 
əql və şəriət nəzərində nə şirk, nə də bütpərəstlik olmayan məfhumlara 
da  aid  etmiş,  bununla  da  İbn  Teymiyyənin  işini  davam  etdirərək  İslam 
dünyasına çox böyük xəsarətlər vurmuş və müsibətlər yaratmışlar. 
Mühəqqiqlərin əksəriyyəti bu əqidə barəsində müttəfiq fikirdədirlər ki, 
ibn  Əbdül-Vəhhabın  əqidə  və  rəylərinin  “xammalı”  İbn  Teymiyyə,  İbn 
Qəyyim və İbn Əbdül-Hadinin, xüsusilə əvvəldəkinin (İbn Teymiyyənin) 
əqidəsi  təşkil  edir.  Bu  nəzəriyyəyə  diqqət  yetirməklə  “vəhhabi  ayinini 
əhli  sünnənin  Əhməd  ibn  Hənbəlin  təlimləri  əsasında  olan  hənbəli 
fiqhinin məktəbi ilə qarışan sünnəçilik ideyalarının davamı hesab etmək 
                                                 
1
  Həşv  –  artıq  sözləri,  mövzuya  dəxli  olmayan  sözlər,  eyni  fikri  müxtəlif  şəkillərdə  təkrar 
etmə. 
2
 Qəzvini Məhəmməd Hüseyn. “Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha” səh.21-
22 
3
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.227 
4
  Vəhhabi  firqəsinin  sair  müsəlman  tayfalarına,  xüsusilə  on  iki  imam  şiələrinə 
tutduqları iradlar müqəddəs İslam şəriəti tərəfindən qadağan edilməmişdir və onu heç 
bir cəzası yoxdur. Vəhhabilər bu kimi işlər barədə hər hansı bir hökm versələr Allahın 
kitabı  və  Peyğəmbərin  (s)  sünnəsinin  əksinədir  və  hətta  bid`ətdir  də!  Yə`ni  dində 
olmayan  bir  şeyi  dinə  daxil  etmək  və  elm  olmadan  hökm  verməkdir.  Bu  ehtimalla 
onların dedikləri şeylər dini yönə malik olsa da belə ona dini ənənə hesab etmək olmaz. 
Buna əsasən, vəhhabilərin əməli müqəddəs şəriətdə tə`kidlə qadağan edilən işlərdəndir 
və  mö`min  şəxs  də,  Allahın  kitabı,  Peyğəmbərin  (s)  sünnəsi  və  səhabələrin  üslubuna 
uyğun  olan  haqdan  başqa  əsasda  hökm  etməz.  Deməli,  hər  kəs  Allahın  fərmanına 
müvafiq  və  “ma  ənzələllah”  (hər  nə  ki,  Allah  nazil  edib)  əsasında  hökm  etsə  onun 
Allahın fərmanı əsasında hökm verməkdən başqa bir çarəsi yoxdur. Əks halda Allahın 
hökm  etdiyindən  başqa  əsasda  hökm  vermiş  olur!  (Qəzvini  Məhəmməd  Hüseyn. 
“Firqeyi-vəhhabi və pasoxe şübhəhaye anha”, səh.106 və 240)  


 
75 
olar.  Hənbəli  alimlərindən  olan  Əhməd  ibn  Teymiyyənin  əsərləri 
vəhhabilərin  əqidə  və  rəylərində  ən  çox  təsir  qoymuşdur.”
1
    Ayətullah 
Cəfər  Sübhani  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  İbn  Teymiyyənin 
nəzəriyyə  və  fikirlərini  dirçəltməyə  xüsusi  maraq  göstərməsini  qeyd 
etməklə  yazır:  “Onun  (İbn  Teymiyyənin)  əqidəsinin  yalnız  xüsusi  bir 
hissəsini  öz  dəvətinin  mehvəri  qərar  verdi  və  orada  tövhid  və  şirk 
məsələlərini  irəli  çəkdi.  Peyğəmbərin  (s)  ziyarəti  üçün  səfərə  getməyi, 
ona  təvəssül  edib  əsərlərini  təbərrük  etməyi  və  qəbirlərin  üzərində 
məqbərə tikməyi şirk hesab etdi.”
2
  
Burada  bəhsin  daha  aydın  olması  üçün  vəhhabilərin  təxribatçı,  təfriqə 
yaradan və təəssübçü əqidələrinin bəzilərini bəyan edirik. 
“Şəxsiyyət  və  əndişehayi  Kaşiful-ğita”  kitabının  müəllifi  bu  barədə 
yazır: “Bunların (vəhhabilərin) nəzərində qolbağı və yaxadan asılan dua, 
Allahdan başqasına and içmək, səbəb, illət və vasitələrə etiqad bəsləmək, 
qulam  və  kənizə  “əbd”  və  “ümm”  adı  vermək  şirkdir.”
3
    “Bunların 
nəzərinə  görə  şəhadət  kəlmələrini  demək  və  zat,  sifət,  fel  və  ibadət 
baxımından  Allahın  vəhdaniyyətinə  etiqad  bəsləmək  kafi  deyildir. 
Əksinə  hər  kəs  bu  işlərə  etiqad  bəslədiyi  halda  qəbirləri  ziyarət  etsə 
müşrikdir.  Vəhhabilər  tövhid  məsələsində  malik  olduqları  ifratçı 
nəzəriyyələrlə  yanaşı,  özləri  Quran  ayələrinin  zahirinə  istinad  edərək 
Allah  üçün  cəhət  olduğunu  deyirlər.  Halbuki,  Allahın  hər  hansı  bir 
cəhətdə olması Onun cisim olmasını zəruri edir, hər kəs də Allahı cisim 
hesab  etsə  kafirdir.  Bundan  da  pisi  budur  ki,  vəhhabilər  Allahın  zahiri 
əzası  olmasına  inanır  və  deyirlər  ki,  Allah  birinci  asimana  enir...”
4
 
Ümumiyyətlə,  “(vəhhabilər)  inanırlar  ki,  dinin  əsası  Quran  ayələri, 
                                                 
1
 Əsədi Məhmud. “Keyhani fərhəngi” aylıq jurnalı, şirkəti çap və İntişarati Keyhan, 
1372, 105-ci nömrə, səh.45 
2
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.283 
3
  Məhəmməd  ibn  Əbdül-Vəhhab  “Kəşfuş-şübəhat”  risaləsində  müsəlmanları  24 
dəfədən artıq müşrik hesab etmiş, 20 dəfə kafir, müşrik, mürtəd, münafiq, tövhidi inkar 
edən,  tövhid  və  Allah  düşmənləri,  İslam  iddiaçıları,  batil  əhli,  nadan  və  şeytanlar 
adlandırmış və həm də demişdir ki, nadan kafirlər və bütpərəstlər bu müsəlmanlardan 
ağıllıdırlar. Şeytan onların rəhbəri və onların başındadır (Qəzvini Məhəmməd Hüseyn. 
“Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.24-25)  
4
  Behişti  Əhməd.  “Şəxsiyyət  və  əndişehayi  Kaşiful-ğita”,  Kanuni  nəşri  əndişeyi 
islami, Qum, 1370, 1-ci çap, səh.93-94. Yuxarıdakı mətləbin izahında bu kitabda qeyd 
olunur  ki,  onlar  “Fəcr”  surəsinin  22-ci  ayəsinin-“və  caə  Rəbbukə  vəl-mələku  səffən 
səffa”,  “Qaf”  surəsinin  16-cı  ayəsinin-“və  nəhnu  əqrəbu  iləyhi  min  həblil-vərid”, 
“Maidə” surəsinin 64-cü ayəsinin-“bəl yədahu  məbsutətani”, “Hud” surəsinin 39-cu 
ayəsinin-“isnəil-fulkə bi ə`yunina” və  “Bəqərə” surəsinin  115-ci ayəsinin-“fəsəmmə 
vəchullah” ayəsinin zahiri mə`nasını götürərək Allahı üz, əl, göz, məkana malik olan 
bir varlıq və maddi varlıqlar kimi gedib-gələn bir şəxs hesab edirlər! 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə