ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə34/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   30   31   32   33   34   35   36   37   ...   106

 
76 
Peyğəmbərin  (s)  və  səhabələrin  səhih  hədislərinin  zahiri  məfhumlarının 
əsasında  qurulmalıdır.  Onlar  deyirlər  ki,  bu  ayə  və  rəvayətlərə,  heç  bir 
dəyişiklik  edilmədən  istinad  edilməli  və  onların  zahiri  məfhumlarına 
əməl  olunmalıdır.  Buna  görə  də  müsəlmanların  Quran  ayələri  və  əsl 
hədislərlə  müvafiq  olmayan  əməl  və  rəftarlarının  Quran  və  İslam 
qanunlarından azğınlıq hesab edirlər.”
1
  Onlar qəbirləri ziyarət etməyi və 
peyğəmbərlərin, imamların və övliyaların pak ruhlarına təvəssül etməyi,
2
 
qəbirləri üzərində məqbərə düzəltməyi, onlara təbərrük etməyi, eləcə də 
şəfaətə etiqad bəsləməyi şirk hesab etmişlər.
3
  
“Ərəbistanla  tanışlıq”  kitabında  qeyd  olunur  ki,  “ümumiyyətlə  onun 
(İbn Əbdül-Vəhhabın) öz nəzəri ilə ayırd etdiyi və Rəsuli-Əkrəmin (s) və 
saleh  sələflərin  dövründə  olmayan  qayda-qanunları  bidət  və  ona  əməl 
edənlərin  qətlini  vacib  hesab  etmiş  və  “bu  adət  və  qaydaların  məhv 
edilməsi  üçün  ələ  qılınc  alıb  cihad  etmək  lazımdır!”  -  deyə  fətva 
vermişdir.”
4
    Aydındır  ki,  vəhhabilik  ixtilaf  yaradan  və  təfriqə  salan  bir 
ayindir və həqiqətdə (xəvaric kimi) özlərini müsəlmana oxşadan insanlar 
olub  yersiz  təəssübkeşliyə  düçar  olmuş  və  özlərinin  cəhalət  və 
təəssübünün  dindarlıq  və  hidayət  olduğunu  təsəvvür  etmişlər.  Onlar  bu 
                                                 
1
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.237 
2
 Məhəmməd ibn Əbdül-Vəhhab «qəbrə ibadət etməklə» «qəbri ziyarət etməyi» bir-
birinə  qarışdırmış  və  belə  təsəvvür  etmişdir  ki,  qəbri  ziyarət  etmək  dedikdə  qəbrə 
ibadət  başa  düşülür,  halbuki  qəbrin  ziyarət  olunması  Allah  evinin  təvaf  edilməsinə, 
Səfa  və  Mərva  arasında  sə`y  əməlinə  oxşayır.  Belə  ki,  heç  kəs  “Allahın  evini  təvaf 
etmək elə evə ibadət etməkdir”, yaxud “Səfa və Mərva arasında sə`y etmək elə onlara 
ibadət  etməkdir”  -  deyə  iddia  edə  bilməz.  Hətta  bir  şəxsin  zehninə  belə  gəlməz  ki, 
qəbrin  ziyarət  olunması  dedikdə  pərəstiş  nəzərdə  tutulsun.  (Şəxsiyət  və  əndişeyi 
Kaşiful-ğita, səh.91-dən nəqlən)  
3
 Tamamilə aydın  məsələdir ki, qəbirlərə təvəssül, ziyarət, təbərrük və onları təmir 
etmək qətiyyən şirk və bütpərəstliklə müqayisə oluna bilməz. Qəbri ziyarət edən şəxs 
nə  ona  pərəstiş  edir,  nə  də  onun  sahibinə.  Qalan  işlər  də  eynilə  bu  cürdür.  Allahdan 
başqasına pərəstiş etməklə, Allah dərgahına yaxın olan bəndələrdən birini, çətinliklərin 
həll  edilməsi  üçün  yaxınlaşmaq  arasında  böyük  bir  fərq  vardır.  Şəfaətə  e`tiqad 
bəsləmək  də  şəfaətçi  şəxsə  pərəstiş,  yaxud  onun  ilahiləşdirilməsi  deyil,  əksinə 
günahkarın  günahlarının  bağışlanması  üçün  Allah  dərgahına  yaxın  olan  bir  bəndənin 
vasitəçi  qərar  verilməsidir  ki,  bu  da  Allahın  razılığı  olmadan  qeyri-mümkündür. 
(“Şəxsiyyət və əndişehayi Kaşiful-ğita”, səh.88) Bundan əlavə, Məhəmməd ibn Əbdül-
Vəhhab, eləcə də onun ardıcılları olan vəhhabilər inanırlar ki, əgər Allahdan başqasına 
seyyid  və  mövla  deyilsə  bu  iş  şirkdir.  Halbuki,  Peyğəmbəri-Əkrəm  (s)  Həmzəni 
“Seyyidüş-şühəda”  (şəhidlərin  ağası),  özünü  isə  “Seyyidu  bəni  Adəm”  (bütün  Adəm 
övladlarının  ağası),  Həsən  və  Hüseyni  (ə)  behişt  cavanlarının  seyyidi,  ağası  kimi 
təqdim  etmişdir.  Labüd  olaraq  deməliyik  ki,  vəhhabilərin  rəhbəri  özlərini  hətta 
Peyğəmbəri-əkrəmdən  (s)  sair  ilahi  övliyalaran  belə  artıq  tövhidçi  hesab  edirlər! 
(Həmin mənbə, səh.94) 
4
 Hövzeyi-nəmayəndegiye vəliyyi fəqih dər ümumi həcc və ziyarət, səh.119 


 
77 
təfəkkür  tərzi  ilə  onların  öz  dinlərində  olan  sair  müsəlmanları  kafir  və 
müşrik  hesab  edirlər.
1
   Onların  əsl  hədəfləri  müsəlmanlarla  düşmənçilik 
etməkdir. Çünki, özlərindən başqa müsəlmanlara nisbət verdikləri şeylər, 
onlara  rəva  gördükləri  zülmlər  nə  Qurani-Məciddə,  nə  də  şərif 
Peyğəmbər  (s)  sünnəsində  vardır.  Həqiqətdə  onlar  Allahın  kitabı  və 
Peyğəmbərin  (s)  sünnəsinin  əleyhinədir.  Ayətullah  Qəzvini  bu  barədə 
yazır: “... Onların (yəni vəhhabilərin) təəssübü buradadır ki, özlərini əhli-
sünnə – yəni Peyğəmbərin (s) sünnəsinə və rəftarına əməl edənlər hesab 
edirlər.  Halbuki,  Peyğəmbərin  (s)  sünnəsi  və  şəriəti  bütün  müsəlmanlar 
üçündür,  müsəlmanların,  İslam  alimlərinin  və  din  rəhbərlərinin 
üslubundan  əlavə,  onların  təsəvvürlərinin  əleyhinədir  və  onların 
əməllərini rədd olunmuş sayırlar.”
2
 Həqiqətdə isə  vəhhabilərin tədbirləri 
Allahın  kitabı  və  Peyğəmbər  (s)  sünnəsinin  əksinədir.  Çünki, 
müsəlmanları  bir-biri  ilə  sıx  vəhdətə,  səfa-səmimiyyətə  dəvət  edən 
Allahın  kitabı  və  Peyğəmbərin  (s)  sünnəsinin  əksinə  olaraq,  onlar 
müsəlmanları nifaqa, təfriqəyə, düşmənçiliyə sövq edir, onların arasında 
kin-küdurətə rəvac verirlər. 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  Diriyyədə  qərarlaşdıqdan,  öz 
mövqeyini  möhkəmlətdikdən  sonra  Nəcdin  rəislərinə  və  qazilərinə 
məktub yazaraq onların özünə itaət etmələrini istədi. Bir qrup qəbul etdi, 
digər  bir  dəstə  isə  onu  istehzaya  tutaraq  rədd  etdilər.  O,  yaranan  bu 
fürsətdən özünün və Ali-Səud sülaləsinin şan-şöhrət və rəyasət arzularını 
həyata keçirmək üçün istifadə etdi və  Diriyyə əhalisinə (onlar da düçar 
                                                 
1
  Məhəmməd  Əbu  Zöhrə  deyir:  Vəhhabilər  İbn  Teymiyyənin  dediyinə  heç  bir  şey 
əlavə  etməmiş,  sadəcə  ondan  daha  artıq  kəskin  rəftar  etmişlər.  Onların  işləri 
aşağıdakılarda xülasələnir: 
a) Siqaret çəkmək kimi işləri şirk hesab etmişlər. Onlar xəvaric kimi, hər bir günahı 
küfr, böyük günah iş görəni isə kafir hesab edirlər. 
b) Onlar təkcə təbliğlə kifayətlənməyərək deyirlər ki, həm bid`ətlə, həm də onların 
öz nəzərində bid`ət sayılan şeylərlə müharibə etməliyik. 
v) Qəhvə və s. bu kimi şeyləri həm özlərinə, həm də camaata haram edirlər. Amma 
bu barədə sonralar, nisbətən mülayimlik göstərdilər. 
q) Hər şəhər və kəndi ələ keçirdilərsə qəbirlərin üzərində olan zərihləri dağıtdılar. 
d)  Qəbirlərin  üzərində  olan  əlamətləri  də  aradan  götürdülər.  Hicazda  böyük  din 
şəxsiyyətlərinin  və  Peyğəmbər  (s)  səhabələrinin  qəbirlərini  uçurtmaqdan  belə  əl 
çəkmədilər. 
e)  Bütpərəstliklə  heç  bir  rabitəsi  olmayan  foto  şəkil  çəkməyi  də  qadağan  etdilər. 
Amma saraydakılar ona e`tina etmədilər. 
ə)  Peyğəmbərin  (s)  mütəhhər  qəbrinə  pərdə  çəkməyi  bid`ət  hesab  etmiş  və  onun 
üzərindəki pərdəni dəyişməkdən imtina etmişlər ki, nəhayət örtülü qalıb aradan getsin 
(“Şəxsiyyət və əndişehayi Kaşifutul-ğita”, səh.92 93)  
2
  Qəzvini  Məhəmməd  Hüseyn.  “Firqeyi  vəhhabi  və  pasoxe  şübhəhaye  anha”, 
səh.107 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə