ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə42/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   38   39   40   41   42   43   44   45   ...   106

 
93 
ilində Misiri fəth etməyə müvəffəq oldu.”
1
  Beləliklə Misirin ixtiyarında 
olan  Hicaz  və  Nəcd  də  əməli  olaraq  Osmanlı  imperiyasının  nəzarəti 
altına keçdi. Lakin osmanlılar da əvvəlkilər kimi Ərəbistan yarımadasına 
(xüsusilə  Hicazdan  başqa  məntəqələrə)  çox  diqqət  yetirmirdilər.  Bunun 
səbəbi bəlkə də Ərəbistanın daxili və xüsusi coğrafi vəziyyəti ola bilərdi. 
Ora kəskin kontinental (çox isti və yandırıcı) iqlimə malik idi. Əkinçilik 
üçün yararlı olmayan çoxlu səhraları, əraziləri vardı ki, orada hökumətin 
vəziyyətinin nə  yerdə olması məlum deyildi. Çünki, oraya qəbilə icması 
hakim  idi  və  hər  bir  nahiyədə  yalnız  qəbilənin  rəisinin  və  ya  hakiminin 
sözü  qəbul  olunurdu.  Klevd  Fuiyə  böyük  və  kiçik  dövlətlərin  keçmiş 
dövrlərdən  bəri  Ərəbistan  yarımadasına  diqqət  yetirməmələrinin  səbəbi 
barəsində belə yazır: “... Peyğəmbərin (s) əsri istisna olmaqla, Ərəbistan 
yarımadası hazırkı əsrə qədər böyük hərəkatlardan kənarda qalır və Aşur, 
Misir,  İran  və  Roma  kimi  böyük  imperatorluqlar  quraqlıq  olan  və 
əkinçilik  üçün  yararlı  olmayan  bu  ölkəyə  çox  da  diqqət  yetirməmişlər. 
Ərəbistan yarımadasında yalnız Yəmənə diqqət yetirilmişdir. Hətta İslam 
xilafəti  özünün  ən  yüksək  qüdrətə  çatdığı  dövrdə  xəlifələr  öz  paytaxtını 
Məkkeyi-Mükərrəmə  və  Mədinədə  deyil,  Dəməşqdə  və  Bağdadda 
yerləşdirirdilər  ki,  onlar  iqtisadi  və  sterateji  baxımdan  nisbətən  yaxşı 
mövqedə  yerləşirdi.  Axırıncı  xilafət  olan  osmanlılar  896-cı  hicri  şəmsi 
(1517-ci miladi) ilində xilafət paytaxtını İstanbula köçürdülər. Ərəbistan 
Osmanlı  dövlətinin  idarə  etdiyi  bir  hökumət  şəklinə  düşdü  və  bütün 
dünya  müsəlmanlarının  ziyarətgahı  olan  müqəddəs  məkanlar  istisna 
olunmaqla,  Osmanlı  imperatorluğu  yalnız  Ərəbistan  yarımadasının 
sahildə  yaşayan  şeyxlərinin  verdiyi  müxtəsər  vergi  ilə  kifayətlənirdi. 
Bunu  da  qeyd  edək  ki,  daxili  qəbilələrlə  hökumət  əleyhinə  heç  bir  iş 
görməmək şərtilə işləri yox idi.”
2
  
Həqiqətdə 
Osmanlı 
imperatorluğunun 
Ərəbistan  yarımadasına 
hakimiyyəti  o  nahiyələrdə  yerləşən  qəbilələrin  zəif  və  ya  qüdrətli 
olmasına, eləcə də Osmanlı sultanlarının qürətinə bağlı idi. Yəni hər vaxt 
bir  qəbilə  güclənsəydi  (bu  iqtidar  və  güclənmə  ya  bir  qəbilənin  başqa 
qəbilələrlə  müqavilə  bağlamasından  yaranırdı,  ya  da  başqa  qəbilələrə 
qəfil  hücumdan  irəli  gəlirdi)  sair  qəbilələrə,  hətta  osmanlıların 
hakimiyyəti  altında  olan  digər  nahiyələrin  əleyhinə  həmlə  edir  və 
mövcud  şəraitdə  heç  olmazsa  bir  müddət  iğtişaş  yaradırdılar.  Bunun 
əksinə  olaraq,  yarımadaya  hakim  olan  qəbilələrin  zəifliyi  də  Osmanlı 
dövlətinin onlara daha artıq hökmranlıq etməsinə səbəb olurdu. 
                                                 
1
  Ordiz  professor  Çarşi  Li.  Ozon,  İsmail  Həqqi,  “Tarixi  Osmani”,  İrəc  Nobəxtin 
tərcüməsi, “Keyhan” nəşriyyatı, Tehran, payız, 1369, 1-ci çap, 2-ci cild, səh.459 
2
 Fuiyə Klevd, “Nizami Ali-Səud”, səh.18-19 


 
94 
Bu  zaman  Osmanlı  imperatorluğunun  Hicaza  hökmranlığı  başqa  bir 
vəziyyətdə  idi.
1
 
 
Seyyidi-Əzəmin,  yaxud  Məkkə  əmirinin  təyin  edilməsi 
1840-cı  ildə  Osmanlı  türklərinin  ixtiyarında  idi.  O  zaman  onlar  Hicazı 
yeni bir vilayət kimi imperatorluğa əlavə etmişdilər.
2
  
Osmanlıların o nahiyəyə diqqətini artıran şey orada Məkkə və Mədinə 
kimi  müqəddəs  İslam  məkanlarının  varlığı  idi.  Robert  Lisi  Hicaz 
barəsində yazarkən belə qeyd edir: “Hicaz diyarı... ümumiyyətlə sərvətli 
deyildir... Zahirdə o qədər də cazibəli ola bilməzdi. Hicazın kifayət qədər 
heç bir dəyərli təbii ehtiyatı,  yaxud xammalı yox idi. Şəhərin balıqçıları 
öz ehtiyaclarını çox əzab-əziyyətlə təmin edə bilirdilər. Oranın əkinçiləri 
ən  sadə  həyat  şəraiti  ilə  qənaətlənirdilər.  Şəhərdə  heç  bir  yerli  peşə  və 
sənət  yox  idi,  xüsusi  mədəniyyətə  malik  deyildilər,  heç  bir  xarici  qrup 
orada  daimi  yaşamırdı...  Hicaz  hər  bir  meyardan  məhrum  olmuş  və 
geridə qalmış bir ölkə idi.  Lakin onun qarşıq vəziyyəti və  fəqirliyi gözə 
görünməz  ixracatı  –  yəni  müqəddəsliyi  müqabilində  müqayisə 
olunurdu.”
3
  
Robet  Lisinin  Hicaz  barəsindəki  sözləri  daha  artıq  araşdırılmalıdır.
4
 
Lakin  aydın  məsələdir  ki,  Hicaz  məntəqəsi  dini  baxımdan  Osmanlı 
sultanları  üçün  xüsusi  əhəmiyyət  daşıyırdı.  Onlar  (sünnü  məzhəbli 
müsəlmanlar)  xilafət  iddiasında  idilər.  Şərif  Məkkə  və  Mədinə 
şəhərlərini özlərinə seçir, Hicazın təhlükəzliyini  və onların qət  etdikləri 
yolların təhlükəsizliyini öz öhdələrinə götürürdülər. 
Əyan-əşraf  da  Osmanlı  sultanları  tərəfindən  seçilməsinə  və  həqiqətdə 
onların  Hicazdakı  nümayəndələri  olmasına  baxmayaraq,  mövcud  şərait 
yarandıqda  onu  öz  xeyirlərinə  istifadə  edərək  sultanların  əmr  və 
göstərişlərindən boyun qaçırırdılar. Belə ki, Şərif Hüseyn Haşimi birinci 
dünya  müharibəsində  yaranan  şəraitdən  istifadə  edərək  istiqlaliyyət  və 
xilafət iddiası etdi. 
Sair  məntəqələrdə,  o  cümlədən,  Nəcd  diyarında  vəziyyət  nəzərə 
çarpacaq  dərəcədə  fərqli  idi.  Əvvəldə  də  qeyd  olunduğu  kimi  Nəcdə 
                                                 
1
  “Hicaz”  –  mane  olmaq  deməkdir.  Bu  ad  çox  böyük  qayalıqları  və  təhlükəli 
uçrumları  olan,  Qırmızı  dənizin  sahilindəki  çöllər  boyunca  yerləşən  dağın  olduğuna 
görə  deyilir  ki,  oranı  ortadakı  səhralardan  ayırırdı.  Bu  təbii  bir  sərhəd  idi  və  Hicazın 
qərb sahillərində hədd-hüdud sayılırdı. “Sərzəmini səlatin”, səh.142 
2
 Lisi Robert, “Sərzəmini səlatin”, səh.122 
3
 Həmin mənbə, səh.124-125 
4
 Belə nəzərə çarpır ki, “Sərzəmini səlatin” kitabının müəllifi Hicaz barəsində dəqiq 
mə`lumata malik deyilmiş. Xüsusilə Hicazın mədəniyyətindən söhbət açdığı zaman bu 
daha çox mə`lum olur. Halbuki, bu diyar (yə`ni, Mədinə şəhəri) İslam Peyğəmbərinin 
(s)  vətəni  idi.  İslam  da  məhz  həmin  diyardan  zahir  olub  dünyanın  bütün  yerinə 
yayılmışdır.  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə