ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə38/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   34   35   36   37   38   39   40   41   ...   106

 
84 
kitabında bu kitabların bəzilərinin adlarını qeyd etmişdir. O cümlədən: 
1.“Əl-ovraqul-Bağdadiyyə”, Şeyx İbrahim Ravi Əraqi. 
2.“Dəlili vaqei”. 
3.“Sülhü ixvan”, Şeyx Davud Nəqşbəndi Bağdadi. 
4.“Əl-mənqəhul-vəhbiyyə”. 
5.“Əl-ayatul-bəyyinat”. 
6.“Ər-rəddu ələl-vəhhabiyyə”, Şeyx Məhəmməd Cavad Bəlaği.
1
  
Ümumiyyətlə,  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  həyatı  və  onun 
gördüyü  işləri  araşdırmaqla  müsəlmanların  və  İslamın  ziddinə  olan 
vəhhabi  məzhəbinin  törətdiyi  faciələrin  nə  qədər  böyük  olduğu  aydın 
olur.  Əmini  bu  barədə  qeyd  edir:  “Tarixçilərin  yazılarından  belə  aydın 
olur  ki,  Məhəmməd  ibn  Əbdül-Vəhhab  öz  həyatı  boyu  hər  növ  fitnə-
fəsadın, qətl və cinayətin mənşəyi olmuş və müsəlmanlar arasında fitnə 
odunun  şölələnməsində,  düşmənçilik  və  çəkişmələrin  qızışdırılmasında 
bir an olsun belə soyumamışdı. O, həqiqətdə bütün İslam dəyərlərinin və 
insani  keyfiyyətlərin  təxribatçısı  idi,  mömin,  şərafətli  və  alicənab 
insanların  hökumətini  qəbul  etməyən,  dindən,  bütün  yaxşılıq  və 
fəzilətlərdən ayrı düşən insanlar ona, öz hədəfində kömək etdilər
.”
2
 
 
Qeyd  olunanlara  diqqət  yetirməklə  məlum  olur  ki,  Məhəmməd  ibn  Əbdül-
Vəhhab  İslama  laqeyd  və  xain  olan  bir  ünsür  idi.  Onun  yaratdığı  məslək 
İslamın, Quranın və şəriətin ziddinə idi. Belə ki, “Vəhhabilərin batil sözləri və 
əqidələri səbəbilə İslam barəsində onların nəzərindən təhqiqat aparıb araşdıran 
şəxslərin  bəziləri  İslam  dinini  quru  və  donuq,  bütün  zamanlara  cavab  verə 
bilməyən  bir  din  kimi  tanıtdırdılar.”
3
 
Bəli,  bu  kimi  anlaşılmazlıq  və  sui-
istifadələr bir sıra dinsiz, rəyasətpərəst, şan-şöhrət aşiqi, həvayi-nəfsə tabe olan 
və İslam dininə xəyanət edən bir neçə ünsürün qurduğu hiyləgərlik planları idi 
ki, onlar istismarçılara xidmət edib onların məramlarını irəli aparmaqda kömək 
etmişlər. 
                                                 
1
 Vəliyyi fəqihin nümayəndəliyi, Həmin mənbə, səh.124-125 
2
  Əl-əmin  Möhsin.  “Tarixçe  və  nəqd  və  bərrəsiye  əqaid  və  amali  vəhhabiha”, 
səh.171 
3
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, səh.31 


 
85 
İKİNCİ HİSSƏ 
VƏHHABİLİYİN YARANMASI VƏ İNKŞAF ETMƏSİ AMİLLƏRİ 
Birinci  fəsildə  vəhhabi  firqəsinin  ideoloji  rəhbərləri,  bu  firqənin 
banisinin  şəxsiyyəti  haqqında,  eləcə  də  vəhhabi  məsləkinin  necə 
yaranması,  onun  əqidə  və  üsullarının  bir  qismi  ətraflı  şəkildə  bəyan 
olundu.  Bundan  qabaq  qeyd  olunanlara  diqqət  yetirməklə  başa  düşmək 
olar  ki,  Məhəmməd  ibn  Əbdül-Vəhhab  sünnü  məzhəbinin  hənbəli 
firqəsinə  tabe  olan  bir  ailədə  böyümüş,  münasib  şəraitlərdən  istifadə 
edərək Ərəbistanda (Nəcddə) vəhhabi firqəsinin əsasını qoya bilmişdir. 
Bu  fəsildə  isə  vəhhabiliyin  yaranıb  inkşaf  etməsində  təsirli  olan 
müxtəlif amilləri, bütün siyasi, iqtisadi, mədəni, ictimai yönlərdən, eləcə 
də coğrafi zona və beynəlminəl baxımdan araşdıracağıq. 
İslam  tarixi  boyunda  həmişə  bəzi  şəxslər,  yaxud  qruplar  meydana 
gəlirdi ki,  İslamı dərk edib başa düşməkdə təəssübə və donuşluğa meyl 
edirdilər.  Peyğəmbəri-Əkrəmin  (s)  dövründə  Mədineyi-Münəvvərədə 
bəziləri  var  idi  ki,  İslam  barəsində  özlərinin  dar  düşüncələri  əsasında 
nəzər  verir,  hətta  Peyğəmbərin  (s)  müqabilində  belə  dayanırdılar. 
Sonralar da Həzrət Əlinin (ə) xilafəti dövründə yaranan xəvaric də həmin 
dar  düşüncəli  və  quru,  yalançı  müqəddəslər  idi  ki,  o  dövrün  xüsusi 
şəraitinin  tələbi  ilə  çox  ağır  cinayətlər  törədib  özlərindən  vəsfəgəlməz 
qəsavət  və  daşürəklilik  göstərirdilər.  Bu  da  onların  İslamın  əhatəliyi 
ruhundan uzaq düşərək yalnız bir istiqamətdə nəzər salmalarından xəbər 
verirdi. 
Xəvaric əməvilərin süqutundan sonra (132-ci h.q.) əməldə artıq nəzərə 
çarpacaq  səviyyədə  deyildilər.  Amma  onların  quru  təəssübləri  və  dar 
düşüncələri yenə də davam etməkdə idi. 
Bir  qədər  dərindən  diqqət  yetirməklə  demək  olar  ki,  əshabi-hədis 
(əlbəttə,  sünnülərin  çərçivəsində)  müəyyən  qədər  bu  dəstənin 
içərisindədir.  Onlar  ayə  və  hədislərin zahiri mənalarını  əldə etməyə  çox 
ciddiyyət  göstərir  və  daha  artıq  məlumat  əldə  edilməsilə  nəticələnən 
fikirlərlə  müxalifət  edirdilər.  Əhli-hədisin  mərkəzi  əsas  etibarı  ilə 
Ərəbistan,  xüsusilə  Məkkeyi-Mükərrəmə  və  Mədinə  idi.  Onların 
ardıcılları  əsasən  Ərəbistanın  mərkəz  və  cənub  nahiyələrində  idilər. 
Sünnülərin fiqh imamlarından ikisi, yəni, Malik ibn Ənəs və Əhməd ibn 
Hənbəl,  eləcə  də  “Sihahi-sittə”nin  müəlliflərindən  bir  qrupu  onların 
bünövrəsini  qoymuşdular.  Amma  məlum  səbəblərə  görə  Əhməd  ibn 
Hənbəl onların arasında qəhrəman sayılır. Bu silsilə həmişə davam etmiş, 
Bəsrə,  Kufə  və  Yəməni  öz  təsiri  altına  almışdır.  İbn  Həcər,  İbn 
Teymiyyə,  İbn  Covziyyə,  İbn  Ərəbi  (“Əl-qəvasimu  minəl-qəvasim” 


 
86 
kitabının müəllifi) onların parlaq şəxsiyyətləridir. Onların hamısı şiəliklə 
kəskin mübarizə aparırdılar. 
Başçısı  Məhəmməd  ibn  Əbdül-Vəhhab  olan  vəhhabi  firqəsi  həmin 
tarixi  cərəyanların  məhsuludur.  Əlbəttə,  Əbdül-Vəhhab  özünün  sələf 
rəhbərlərinin  elmi  qüdrətinə  və  təcrübəsinə  malik  deyildi.  Amma  tarixi, 
təbii, ictimai və siyasi şəraitin tələbi ilə belə bir təfəkkürün binasını qoya 
bilmişdi. 
Bu  müqəddiməyə  diqqət  yetirməklə  vəhhabi  firqəsinin  yaranıb  inkşaf 
etməsinin müxtəlif amillərini araşdıracağıq ki, bəhs olunan mövzu gözəl 
şəkildə aydınlaşsın. 
VƏHHABİLƏRİN YARANIB İNKŞAF ETMƏSİNDƏ ZONAL 
AMİLLƏR 
ALİ-SƏUD SÜLALƏSİNİN ÖZÜNƏ QANUNİYYƏT QAZANMAQ 
ÜÇÜN VƏHHABİYYƏTDƏN FAYDALANMASI 
Keçən fəsildə qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab müxtəlif 
şəhərlərə  etdiyi  səfərlərdən  sonra  1143-cü  h.q  ilində  öz  dəvətini 
Hərimələdə  aşkar  etdi.  Bundan  sonra  onun  məsləkini  qəbul  etmək  üçün 
şərait  münasib  olmadığına  görə  o  məntəqənin  əhalisi  onun  əleyhinə 
qiyam etdilər və onu öldürmək istədilər. Məhəmməd ibn Əbdül-Vəhhab 
məcbur  qalıb  öz  vətəni  Üyeynəyə  köçdü.  Üyeynə  öz  şəraitinə  görə 
nisbətən  münasib  olduğundan,  burada  dəvətini  aşkar  etdi  (bu  şərait  və 
vəziyyətlər barəsində bu fəsildə söhbət açılacaq). Amma Məhəmməd ibn 
Əbdül-Vəhhabın  bu  şəhərdə  müvəffəqiyyət  qazanmasına  baxmayaraq 
onun öz əqidəsilə əlaqədar məlumat və xəbərlər Ehsa hakiminə çatdıqda
1
 
o  da  Nəcddəki  mənafeyinin  təhlükəyə  düşdüyünü  gördü  və  Üyeynə 
əmirindən  istədi  ki,  Məhəmməd  ibn  Əbdül-Vəhhaba  kömək  etməsin  və 
mümkün  olan  yollarla  onu  qətlə  yetirsin.  (Üyeynə  və  Nəcdin  başqa 
şəhərləri  də  Ehsa  hakiminin  hakimiyyəti  altında  idi;  əlbəttə  bu 
hakimiyyət sadəcə olaraq oradakı qəbilələrin bəzisindən bac-xərac almaq 
üçün  təşkil  olunmuşdu  və  Ehsanın  həmişəlik  hakimi  deyildi). 
Vəhhabiliyin  banisi  Üyeynəni  özü  üçün  və  məsləki  üçün  əmin-amanlıq 
bir yer olmadığını gördükdə Riyaz şəhərinin 20 kilometrliyində yerləşən 
Dirriyyə şəhərinə köçdü. 
                                                 
1
 Əl-hisa yaxud Hisa çoxlu sulara və xurma bağlarına malik olan kiçik bir ərazidir. 
O, Qətifin cənub-qərbində iki mənzillik yolda yerləşir. Onun xurma bağları Dəməşqin 
Ğutəsi qədərdir. “Əl-müştərək” kitabında qeyd olunur ki, Ehsa – hisa kəlməsinin cəm 
formasıdır,  hisa  da  suyun  batdığı  qumluq  yerə  deyilir.  Belə  ki,  su  həmin  qumluqda 
batdıqdan  sonra  bərk  topraq  qatında  toplaşıb  yığılır.  Ərəblər  o  qumları  qazıb  su 
çıxarırdılar.  (Əbul  Fidanın  “Təqvimul-bildan”  kitabı,  Əbdül-Həmid  Ayətinin 
tərcüməsi, Bunyadi-fərhəngi-İran nəşriyyatı, Tehran, 1349 h.ş, səh.135)  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə