ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə46/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   42   43   44   45   46   47   48   49   ...   106

 
101 
yararlı  olmayan  ərazilər  vardır.  Oranın  sakinləri  köçəri  həyat  tərzi 
keçirir, hakimiyyət sistemi isə qəbilə və tayfa üsul-idarəsidir. 
Ərəbistan yarımadasının mərkəzi hissələrində yaşayan ərəblər “bədəvi 
ərəblər”  adlandırılır  ki,  onları  sair  ərəblərdən  ayıran  xasiyyətlərə  və 
xüsusi  ruhiyyələrə  malikdirlər.  “İslam  və  qərb  sivilizasiyası”  kitabının 
müəllifi  onların  barəsində  yazır:  “...Bu  bədəvi  ərəblər...  çox  kobud 
xasiyyətli və mədəniyyətsiz bir irqdir ki, onlarda heç bir tarixi nişanələr 
mövcud  deyildir.  Din  və  məzhəb  məsələlərindən  başqa  (bu  da  onların 
içində  nüfuz  etmişdir)  min  illərdən  bəri  indiyə  qədər  onlarda  heç  bir 
dəyişiklik  baş  verməmişdir...  Bədəvi  ərəblər  kiçik  qəbilələrdən  təşkil 
olunurdular. Bu qəbilələrin hər biri də bir şeyxin,  yaxud əmirin nəzarəti 
altında idi... Qəbilə rəisi müharibələrdə qəbilənin sərkərdəliyini öhdəsinə 
alır  və  müharibə  qənimətlərini  bölüşdürürdü...  Yerli  yığıncaqlarda 
məclisin başında otururdu. Bunlar həmişə iki işdən biri ilə məşğuldurlar: 
ya  müharibə,  yaxud  da  heyvan  bəsləmək.  Ərəb  qəbilələri  arasında  ən 
kiçik  bəhanələrlə  şölənənən  müharibə  odunun  axırı  yox  idi...  Bədəvi 
ərəblər üç şey ilə iftixar edirdilər: qılınc,  qonaqpərvərlik, danışıqda  söz 
ustadı  olmaq.  Ərəbistan  yarımadasında,  Suriya  və  Afrikada  yaşayan 
bədəvi ərəblərin xüsusiyyətləri budur ki, azadlıq və hürriyyətə həddindən 
artıq maraq göstərirlər... Əgər hansısa bir zamanda bir şəxs onlara hakim 
ola  bilibsə  bu,  onların  arasında  təfriqə  salmaqdan  başqa  bir  iş  görə 
bilməmişlər.”
1
  
Həmin  bədəvi  ərəblərdən  hesab  olunan  Nəcdin  ərəb  sakinləri  “çox 
inadkar, arıq cüssəli adamlar idilər ki, şərab, yaxşı yeməklər, tütün, zərif 
paltarlar, hətta məscidləri üçün minarə və səcdə etmək üçün canamazları 
da  inkar  edirdilər.”
2
  Cənab  Məscid  Cameinin  yazdığı  kimi:  “Onların 
(bədəvilərin)  ən  böyük  ləzzətlərindən  biri  təxribatçılıqdır...  Şübhəsiz, 
əgər  bu  göstərişlər  vəhhabi  təlimlərində  mövcud  olmasaydı,  ardıcılları 
arasında onun cazibədarlığı nəzərə çarpacaq dərəcədə azalardı.”
3
  
Nəcdin  coğrafi  vəziyyəti  barəsində  bir  neçə  məsələni  qeyd  etmək 
zəruridir.  Birincisi  budur  ki,  o,  Ərəbistan  yarımadasının  mərkəzi 
məntəqələrindən  biridir  və  özünün  xüsusi  coğrafi  mövqeyinə  görə 
keçmişdə  başqa  yerlərə  nisbətən  tərk  olunmuş  bir  yer  hesab  olunurdu. 
Buna  görə  də  xarici  hücumlardan  amanda  qalmışdı.  Amma  o  diyardakı 
daxili  çarpışmalar  və  müharibələr  həmişə  iqtidarlı  bir  dövlətin 
yaranmasına  mane  olmuşdu.  Bundan  əlavə,  Nəcdin  xarici  aləmdən 
                                                 
1
 Qustav Le Bon, “İslam və ərəb sivilizasiyası”, səh.61-62-64 
2
 Lisi Robert, “Sərzəmini səlatin”, səh.80 
3
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətül-Ərəb”, “Əbrar” qəzeti, 19 
fərvərdin, 1365, 160-cı nömrə, səh.4 


 
102 
ayrılması böyük ideoloji hadisələr və ticarətlərdən də kənarda qalmasını 
gərəkli edirdi; belə ki, Peyğəmbərin (s) dövründə İslamın qəbul edilməsi 
müqabilində ən çox müqavimət Nəcd əhalisindən müşahidə edilmişdir. O 
həzrətin  (s)  vəfatından  sonra  da  Diriyyədə  Müsəyləmi  Kəzzab  kimi 
məşhur peyğəmbərlik iddiaçıları da həmin ərazidən çıxmışdı. Həqiqətdə 
Nəcd  əhalisi  heç  vaxt  möhkəm  əqidəyə  malik  olmamışlar.  Onlar,  İslam 
qoşunları  başqa  ölkələrdə  müharibə  aparmağa  məşğul  olduqları  zaman 
bidətçiliyə,  dinsiz  məzhəbi  etiqadlara  meyl  edirdilər.  Bu  hadisə 
Məhəmməd ibn Əbdül-Vəhhabın vəhhabit məsləkini icad etdiyi XII əsrə 
qədər davam etdi və bəlkə də onun vəhhabi kimi yalançı məsləki və yeni 
bir  dini  yaratmasında  müvəffəq  olmasının  ən  mühüm  dəlili  bu  qeyd 
olunanlar  idi.  Belə  ki,  ustad  Cəfər  Sübhani  İbn  Teymiyyəni  və 
Məhəmməd  ibn  Əbdül-Vəhhabı  (mövqe  və  şəraiti  tanımaq  baxımından) 
müqayisə etdikdə belə  yazır: “... İbn Teymiyyə öz əqidə toxumlarını elə 
bir  mühitdə  səpmişdi  ki,  orada  çoxlu  İslam  alimləri  var  idi.  Hər  biri  də 
təklikdə onun təbliğini zərərsizləşdirə bilərdi. Misir və Şamın mühiti ən 
böyük  İslam  mərkəzi  olan  zaman  orada  yaşayan  böyük  mühəddislər, 
mühəqqiqlər və mütəkəllimlər çox asanlıqla onun dəvətini zərərsizləşdirə 
və  İbn  Teymiyyəni  rüsvay  edərək  onun  azğınçılıqlarını  beşikdə  boğa 
bilərdilər. Lakin Məhəmməd ibn Əbdül-Vəhhab Nəcddə, hər növ elm və 
bilikdən  uzaqda  olan,  şirk  və  tövhid  barəsində  azacıq  məlumatları 
olmayan,  mütləq  şəkildə  Ali-Səudun  qüdrəti  sayəsində  və  şeyxin 
ixtiyarında  olan  çöl  ərəblərinin  arasında  yaşayırdı.  Aydındır  ki,  azdırıcı 
ideologiyalar  məlumatı  olmayan  şəxslər  arasında  dərhal  inkişaf  edib 
yayılır.”
1
  
Vəhhabiliyin  Nəcd  diyarında  yaranıb  inkişaf  etməsi  və  yayılamasının 
coğrafi amillərini aşağıdakı çərçivələrdə araşdırmaq olar: 
1-NƏCDİN DİNİ MÖVQEYİ 
Bu  barədə  cənab  Məscid  Camei  bir  məqalə  yazaraq  qeyd  edir:  “... 
Bədəvilər din ruhiyyəsindən məhrum idilər. Dinə olan ehtiyac, itaət hissi 
və  din  müqabilində  ibadət  bu  diyarın  insanlarının  ən  mühüm 
xüsusiyyətlərindəndir...  Bədəvilərin  də,  başqaları  kimi,  dinə  ehtiyacları 
vardır.  Amma  dini  öz  ehtiyac  və  təfəkkürləri,  möhtac  olduqları  ədalətli 
ictimai-siyasi  sistem  əsasında  qəbul  edirlər.  Məhz  buna  görə  də  onlar 
özlərinin  ehtiyac  və  istəklərinə  uyğun  olan  dini  hərəkətlər  müqabilində 
dərhal  müsbət  cavab  verirdilər.  Bunun  əksinə  olaraq,  öz  ruhiyyələri  və 
ehtiyacları  ilə  uyğun  olmayan  hərəkətlər  müqabilində  etinasızlıq 
                                                 
1
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi-İslami”, 3-cü cild, səh.66 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə