ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə44/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   40   41   42   43   44   45   46   47   ...   106

 
97 
hökumət  təşkil  etdi.  O  vəfat  etdikdən  sonra  onun  oğlu  Məhəmməd  də 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  ilə  (vəhhabilərin  başçısı)  müqvilə 
bağladı.  Onun  canişinləri  də  bu  yolla  tədricən  qüdrətlənib  Ərəbistan 
yarımadasının mühüm bölmələrinə hakim oldular.”
1
  
Həqiqətdə Məhəmməd ibn Əbdül-Vəhhabın başladığı hərəkat Osmanlı 
xilafətinin  ziddinə  olan  bir  hərəkat  da  sayılırdı.  Çünki,  bu  hərəkat 
osmanlıların  hakimiyyət  dairələrində  qüdrət  kəsb  etmək  və  müxtəlif 
məntəqələri  bu  imperatorluğun  əlindən  çıxarmaq  üçün  baş  verirdi.  Bu 
barədə Həmid İnayət qəti şəkildə deyir: “Məhəmməd ibn Əbdül-Vəhhab 
bütün İslam məzhəbləri ilə (hənbəlilərdən başqa) mübarizə edirdi. Lakin 
onun  dövründə  osmanlılar  ərəblərə  hökmranlıq  etdiklərindən  onun 
hərəkatı  osmanlıların  ziddinə  başlamışdı.  Hənbəli  məzhəbində  olan 
Nəcdin Səudi əmirləri vəhhabi məzhəbini qəbul etdikdən sonra Ərəbistan 
yarımadasının  böyük  bir  məntəqəsi  və  Şamın  əraziləri  onların 
hakimiyyəti  altına  keçdi.  Bu  zaman  vəhhabilik  Osmanlı  qüdrəti  üçün 
böyük bir təhlükəyə çevrildi...”
2
  
Vəhhabilər  tərəfindən  Osmanlı  padşahları  üçün  törədilən  təhlükələr 
onların  müqəddəs  məkanlara  hücum  etdiyi,  o  nahiyələrdəki  əhalini 
kütləvi  şəkildə  qırıb  var-dövlətlərini  qarət  etdikdən  sonra  daha  aydın 
sezilirdi.  Bu  da  sultanın  iqtidar  və  etibarına  qarşı  şəkk  yaradırdı. 
“Osmanlı imperatorluğunun tarixi və yeni Türkiyə” kitabının müəllifi bu 
barədə  yazır:  “...Onlar  özlərinin  dağıdıcı  hücumları  ilə  İraqa,  Məkkə  və 
Mədineyi-Münəvvərə  kimi  müqəddəs  şəhərlərə  hücum  edərək  sultanın 
Ərəbistan yarımadasının sair nahiyələrindəki etibar və iqtidarını təhlükə 
ilə üzləşdirdilər.”
3
  
Qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, osmanlıların Hicaz və 
Nəcddə  (xüsusilə  Nəcd  əyalətində)  zəif  hakimiyyəti  (daha  dəqiq  desək, 
hakimiyyətin  olmaması)  vəhhabiliyin  yaranıb  sürətlə  inkişaf  etməsinin 
əsas  amili  oldu.  Belə  ki,  Məhəmməd  ibn  Əbdül-Vəhhab  Osmanlı 
imperatorluğunun  daxilində  olan  müxtəlif  şəhərlərə  çoxlu  səfərlər 
etməklə  əldə  etdiyi  dini  məlumatlardan  əlavə,  müxtəlif  siyasi  məsələlər 
barədə də agahlıq əldə etmiş və anlamışdı ki, Osmanlı imperatorluğunun 
özünün geniş səviyyəli ərazisinə hakimiyyəti çox çətin və zəif halda baş 
verir və buna  görə də  Nəcdin müxtəlif məntəqələrinə hakim olan qəbilə 
üsul-idarəsi,  eləcə  də  bədəvi  ərəblərin  etiqad,  adət-ənənə  və  həyat 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.24-25 
2
 İnayət Həmid, “Seyridər əndişeyi siyasiye ərəb”, “Əmir kəbir” nəşriyyatı, Tehran, 
1358, 2-ci çap, səh.7 
3
  Stanford,  “Tarixi  imperatoriye  Osmani  və  Türkiyeyi  cədid”  (Mahmud 
Ramazanzadənin tərcüməsi), səh.439 


 
98 
yaşayışı  barəsindəki  məlumatlarına  istinad  edərək  bədəvilərin  malik 
olduğu  zəif  və  güclü  cəhətlərdən  istifadə  etdi  və  mövcud  vəziyyətin 
əleyhinə  tədbir  gördü.  O,  bədəvilərin  ən  mühüm  xüsusiyyətlərindən 
(müharibə  və  qan  axıdılması),  eləcə  də  qəbilələrin  ən  ümdə 
xüsusiyyətlərindən (öz hakim və rəislərinə itaət etmək) istifadə edərək öz 
dinini aşkar etdi. 
Tədricən vəhhabilik Nəcdin uzaq və ucqar mühitlərində və bədəvilərin 
arasında  özünə  yer  açdı,  Səudilər  sülaləsinin  köməyi  ilə  genişləndi, 
nəticədə  Osmanlı  sultanları  və  onların  əraziləri  üçün  ciddi  təhlükəyə 
çevrildi.  Vəhhabilər  əvvəlcə  İraqa,  sonralar  isə  Hicaza  və  islamın 
müqəddəs  məkanlarına  hücum  etməklə  Osmanlı  sultanlarının  heysiyyət 
və  etibarını  təhlükə  ilə  qarşılaşdırdılar.  Buna  görə  də  sultan  onlarla 
qarşılaşmaq üçün əlavə qüvvələrdən (misirlilərdən) istifadə etmək fikrinə 
düşdü. 
Belə bir sual yarana bilər ki, sultan nə üçün Məhəmməd Əli Paşanı öz 
məqsədi  üçün  seçmişdi?  Cavabında  demək  lazımdır  ki,  həqiqətdə 
Məhəmməd  Əli  Paşanın  qüdrəti  sultanı  qorxutmuşdu.  Buna  görə  də 
vəhhabilərlə  qarşılaşmaqda  onu  seçmişdi  ki,  “bir  oxla  iki  dovşan 
vursun”.  Yəni,  bir  tərəfdən  Məhəmməd  Əlini  vəhhabilərlə  qarşı-qarşıya 
qoysun  (çünki,  ona  Şama  hakimiyyət  vədəsi  vermişdir)  və  bununla  da 
heç  olmazsa  müəyyən  müddətə  qədər  Misir  tərəfindən  imperatorluğu 
sarsıda biləcək  təhlükənin  qarşısını alsın, digər  tərəfdən  də  osmanlıların 
öz  daxilində  olan  digər  bir  düşmən  (vəhhabilik)  daxildən  onu  asayişini 
pozanları məğlub etsin. 
Osmanlı  sultanı  bu  tədbiri  icra  etməklə  Səudilərlə  müttəhid  olaraq 
hərbi  və  siyasi  qüdrət  kəsb  edən  Məhəmməd  Əli  Paşanı  yeni  yaranmış 
vəhhabi ayinini məğlub etməyə məmur etdi. Sultan bir neçə dəfə Misirin 
Paşasına  fərman  verdi.  Çox  ayıq,  siyasətçi  və  daha  artıq  mənfəət  kəsb 
etmək  əzmində  olan  Məhəmməd  Əli  də  sultandan  imperatorluğun 
müəyyən  hissələrinin  hökumətinin  ona  verilməsi  ilə  əlaqədar  vədə 
almaqla  vəhhabilərlə  qarşılaşmaq  üçün  şəraiti  münasib  gördü. 
Məhəmməd Əli Paşanın vəhhabilər əleyhinə olan tədbirləri qısa müddətə 
qədər  vəziyyəti  osmanlıların  xeyrinə  dəyişdirdi.  Unutmaq  olmaz  ki, 
misirlilər Nəcddə hakim olmalarına baxmayaraq, heç vaxt orada müstəqil 
bir  hakimiyyət  yarada  bilmədilər.  Bu  özü  də  Nəcdin  təbii,  coğrafi  və 
insani  şəraitinə  bağlı  idi.  Misirlilər  Nəcdə  qələbə  çaldıqdan  və  oradan 
xaric olduqdan sonra vəhhabilər sürətlə onların yerinə keçdilər. 
Məhəmməd  Əli Paşa  da  lazım  olan  şəraitdə  vəhhabilərin  kökünü  kəsə 
bilmədi,  misirlilərin  Nəcddən  çıxmasından  sonra  vəhhabilər  yenidən 
canlandılar. Onlar məntəqədə və beynəlxalq səviyədə mövcud olan şərait 
və  mövqedən  istifadə  edərək  Nəcdə  və  Hicaza  hakim  oldular,  müstəqil 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə