ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə45/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   41   42   43   44   45   46   47   48   ...   106

 
99 
hökumət  yaratdılar  və  osmanlıların  bu  məntəqədəki  hakimiyyətlərinə 
əməli olaraq son qoydular. 
ƏRƏBİSTANIN XÜSUSİ COĞRAFİ MÖVQEYİ 
Vəhhabilik  dini  Ərəbistan  yarımadasında  yaranıb  genişləndi.  Bu 
yarımada  coğrafi  mövqe  baxımından  “şimal  yarım  kürəsində,  Asiyanın 
cənub  qərbində  yerləşir  və  yeddi  dövlətdən  –  Səudiyyə  Ərəbistanı, 
Yəmən  respublikası,  Əmman,  Birləşmiş  Ərəb  Əmirlikləri,  Qətər, 
Bəhreyn və Küveytdən təşkil olunmuşdur. Səudiyyə Ərəbistanının sahəsi 
2149690  km
2
  olmaqla  bu  yarımadanın  ən  böyük  ölkəsi  sayılır.  Bu  ölkə 
ekvatordan  şimalda,  16-32-ci  coğrafi  en  dairəsində  yerləşir.  Şimaldan 
İordaniya  və  İraq,  cənubdan  isə  Yəmən  respuplikası  və  Əmmanla, 
şərqdən  Küveyt,  Bəhreyn,  Qətər,  Birləşmiş  Ərəb  Əmirlikləri,  Fars 
körfəzi, qərb tərəfdən isə Qırmızı dənizlə hüdudlanır.”
1
 
 
 
Ərəbistan  yarımadasının  ən  mühüm  coğrafi  bölgülərindən  biri  onun 
bir-birindən ayrı  olan  üç  əsas  hissələrə  bölünməsidir  ki,  aşağıdakılardan 
ibarətdir: 
1.  Təhamə.  Bu  diyar  Qırmızı  dənizin  sahillərindən  Nəcrana  qədər 
davam  edir.  Bu  yerdə  hava  çox  qızmar  olduğuna  görə  orada  həyat  çox 
çətindir və buranın “Təhamə” adlanmasının səbəbi elə budur. 
2.  Nəcd.  Bu,  Ərəbistan  yarımadasının  ən  böyük  hissəsini  təşkil  edir. 
Cənubdan Rübül-Xali, qərbdən Hicaz, şərqdən Ehsa və şimaldan İraq və 
İordaniya ilə sərhəddir. Bu ərazinin dəniz səviyəsindən hündürlüyü 150-
1500  metrdir  və  buna  görə  də  ora  “Nəcd”  deyilir  (Nəcd  –  yüksək 
məntəqə deməkdir). 
3.  Hicaz.  Bu  Səudiyyə  Ərəbistanının  şimal-qərbində  yerləşir  və  onun 
əsas  hissəsi  dağlıq  məntəqələrdən  təşkil  olunmuşdur.  Şimal  tərəfdən 
“Əqəbə”  körfəzi,  qərb  tərəfdən  Qırmızı  dəniz,  şərq  tərəfdən  Nəcd  və 
cənub tərəfdən Əsir ilə hududlanır.”
2
  
Ərəbistan  yarımadası  qızmar  havaya,  normal  həyat  üçün  münasib 
olmayan  quru  iqlimə,  əkinçilik  üçün  münasib  olmayan  torpağa  malik 
olduğundan qədim dövrlərdən burada çoxlu iqtisadi çətinliklər yaranmış, 
buna görə də heç kəsin diqqət mərkəzində olmamışdır. Aşur, Misir, İran 
və Roma kimi imperatorluqlar da məhz bu səbəbə görə Yəməndən başqa 
bu  nahiyələrin  heç  birinə  diqqət  yetirməmişlər.  Bu  məntəqə  yalnız 
İslamın Ərəbistan yarımadasında zühur etməsindən sonra məşhurlaşdı. 
Sonralar  Əməvi  və  Abbasi  xəlifələri  Dəməşqdə  və  Bağdadda  (bunlar 
                                                 
1
  Əzimi  Ruqəyyətus-sadat,  “Ərəbistani-Səudi”,  Xarici  işlər  nazirliyinin  çap  və 
nəşriyat müəssisəsi, 1375, 2-ci çap, səh.1 
2
 Həmin mənbə, səh.2-3 


 
100 
strateji  və  coğrafi  baxımdan  çox  böyük  əhəmiyyət  kəsb  edirdilər) 
yerləşir,  hətta  Osmanlı  xəlifələri  də  öz  xilafət  mərkəzlərini  İstanbulda 
yerləşdirib  Hicaz  və  Nəcd  məsələlərinə  çox  baş  qoşmadığına 
baxmayaraq,  XVIII-XIX  əsrlərdə  beynəlxalq  şəraitlərlə  əlaqədar  bu 
məsələ tamamilə dəyişildi. 
Həqiqətdə  Ərəbistanda  zəngin  neft  yataqlarının  kəşf  olunub  diqqət 
mərkəzində olmasından öncə bir tərəfdən  İngiltərə, Fransa, Rusiya və s. 
kimi  istismarçı  və  hegemon  dövlətlərin  rəqabətləri,  digər  tərəfdən  isə 
Osmanlı  imperatorluğuna  zərbə  vurmaq  niyyəti  həmin  dövrlərdə 
Səudiyyə  Ərəbistanının  istismarçıların  diqqət  mərkəzində  olmasına 
səbəb olmuşdu. Amma Nəcd ölkəsi vəhhabiliyin yaranıb inkişaf etməsilə 
əlaqədar xüsusi əhəmiyyət daşıdığına görə bu məntəqənin xüsusi coğrafi 
mövqeyi  –  istər  təbii  və  iqlim  baxımından,  istərsə  də  tarixi,  coğrafi  və 
insani,  eləcə  də  o  diyarın  əhalisinin  (köçəri  ərəblər)  xüsusiyyəti 
baxımından araşdırılmalı məsələlərdəndir. 
Aydındır  ki,  vəhhabilik  dini  Nəcddə  kök  atmış,  elə  buradan  da  başqa 
nahiyələrə  yayılıb  inkişaf  etmişdir.  Buna  görə  də  Nəcdin  xüsusi  coğrafi 
mövqeyini  araşdırmalıyıq.  Məşhur  tarixçi  Qustav  Le  Bon  Nəcd  ölkəsi 
barəsində belə yazır: “... Bu, Ərəbistanın mərkəzində yerləşən dağlıq bir 
ölkədir.  Çoxlu  dağlar  və  qumlu  səhralar  onu  hər  tərəfdən  əhatə  edir. 
Vəhhabi  dövlətinin  yarandığı  bu  hissədə  camaat  təzəlikdə  onun 
vəziyyətindən  agah  olmuşlar...  Nəcd  əhalisinin  ən  mühüm  məşğuliyyəti 
əkinçilikdən ibarətdir.” Pletrov deyir: “Nəcd əyalətində yüksək kefiyyətli 
qarğıdalı,  buğda  və  xurma  hasil  olduğundan,  belə  məlum  olur  ki,  orada 
çox istedadlı və məharətli əkinçilər yaşayırlar...”
1
  
Deməli,  Nəcd  Ərəbistan  yarımadasının  geniş  əraziyə  malik  olan  bir 
bölməsidir  və  hazırkı  dövrdə  Səudiyyə  Ərəbistanının  bir  hissəsi  hesab 
olunur.  “Nəcd”  kəlməsi  yüksəklikdə  yerləşən  ərazi  mənasınadır.  O  yer 
ətraf  ərazidən  hündür  olduğuna  görə  belə  adlandırılmışdır.  Nəcdin 
mərkəzi olan Riyaz şəhəri hal-hazırda  Ərəbistanın rəsmi dövlət paytaxtı 
hesab olunur. Nəcdin digər məşhur şəhərləri aşağıdakılardan ibarətdir: 
Qəsim  nahiyəsində  iki  şəhər  –  Ənizə  və  Bəridə,  Sədir  nahiyyəsində 
olan  Zülfa  şəhəri,  Vəşəm  nahiyəsində  olan  Səqra  şəhəri,  Ariz 
nahiyəsində  olan  Diriyyə  şəhəri,  Dəvasir  qəbilələri  və  digər  nahiyələri 
qeyd etmək olar. Nəcd cənubdan Əsir, Yəmamə və Əhqaf, şərqdən İraq, 
Ehsa və Qətif, şimaldan Şam səhrası və qərbdən Hicaz ilə sərhəddir.
2
  “ 
Nəcd əyalətinin qızmar havası var, onda geniş səhralar və əkinçilik üçün 
                                                 
1
  Qustav  Le  Bon,  “İslam  və  ərəb  sivilizasiyası”,  Xisarətül  ərəb,  Seyid  Haşim 
Hüseyninin tərcüməsi. İntişarati İslami, Tehran, 1364, 1-ci çap 34-35 
2
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.137 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə