ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə53/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   49   50   51   52   53   54   55   56   ...   106

 
115 
qarşısında  müqavimət  göstərməyə  təşviq  etdi.  İkinci  Filipp,  İspaniyanın 
padşahı,  Kuzimude  Mədiçi,  Duk  Tuskani  və  İtaliya  dövlətlərindən  bir 
qrupu  “türklərin  əleyhinə  müqəddəs  ittihadiyyə”  təşkil  etdilər.  Bu 
ittihadiyyənin hərbi dəniz donanması 1575-ci ildə isveçrəli Don Juvanın 
rəhbərliyi  ilə  əməliyyata  başlayıb  Le  Pantoda  osmanlıların  dəniz 
donanmasını  məğlub  etdilər.  Məsihi  qüvvələri  bu  qələbədən  sonra  öz 
ittihadiyyələrini  pozmalarına  baxmayaraq  Le  Pantodakı  məğlubiyyət 
osmanlıların  dəniz  donanmasının  gücünü  aşkar  etdi  və  türklərin 
məğlubedilməzlik  əfsanəsinə  son  qoydu.  1606-cı  ildə  Stivatorok 
müqaviləsi  əsasında  müharibə  sona  yetdi  və  bu  da  osmanlıların 
zəifləməsinin  digər  bir  nümunəsi  sayılırdı.  Bu  müqavilə  o  günlərdə 
“Osmanlıların xərac qoyanı” adı ilə tanınan  İsveçrəni türklər qarşısında 
hər növ öhdəçilikdən azad etdi. 
Vyana  faciəsi  (1672)  və  türklərin  məsihi  qüvvələri  qarşısında 
məğlubiyyəti  onların  istilaçılıq  siyasətlərinin  qarşısını  aldı  və  Osmanlı 
imperatorluğunun tənüzzülünün başlancığı oldu. Bu barədə C. Ş. Stanfort 
belə  yazır:  “Osmanlı  ordusunun  Vyananı  ələ  keçirmək  üçün  apardığı 
müharibədə  məğlubiyyətə  uğraması,  Osmanlı-Avropa  əlaqələrində  yeni 
bir  mərhələnin  əsasını  qoydu.  Avropa  dövlətləri  Osmanlı  qüvvələrində 
mövcud olan ciddi zəifliklərdən agah olduğu zaman hücum mövqeyində 
dayandılar.  Bir  əsr  yarım  ərzində  osmanlılar  özlərinin  ardıcıl  səylərinə 
baxmayaraq,  ordunu  yenidən  qurmaq  və  islahat  işlərini  aparmaqda  çox 
mühüm əraziləri əllərindən verdilər.”
1
  
Həqiqətdə Vyanadakı müqəddəratı həll edən məğlubiyyət Osmanlıların 
Balkandakı  siyasi  fəaliyyətlərinin  qarşısını  aldı  və  türklər  hər  bir  böyük 
müharibədə öz ərazilərindən birini əldən verdilər. 
“Vyanadakı  qələbələr  məsihi  qüvvələri  daha  çox  fəthlərə  sövq  etdi. 
Onlar  “müqəddəs  ittihadiyyə”  təşkil  etdilər  və  Osmanlı  ordusunu  daha 
artıq məğlubiyyətə düçar  etdilər.  Karlotis  müqaviləsi  (1699) osmanlıları 
məcbur  etdi  ki,  bütün  Macarıstana  aid  olan  Sarlivitsi  İsveçrəyə, 
Paduliyanı  Polşaya,  Muziyanı  Venizə  və  Azovu  Rusiyaya  versin. 
Bununla  belə,  Türklər  öz  ordusunu  yenidən  qüvvətləndirərək  Rusları 
məğlub  etdilər  və  1711-ci  ildə bağlanan Prus müqaviləsi əsasında  Azov 
dənizi  yenidən  türklərə  qaytarıldı.  1715-1718-ci  illərdəki  müharibədə 
türklər  Serbistanı  orduya  təslim  etdilər.  Lakin  həmin  dövrdə  veniziləri 
Muriyadan və Egey dənizindəki adalardan qovub çıxartdılar.”
2
  
Xarici  siyasət  baxımından  türklər  üçün  ən  ümdə  təhlükə  Rusların 
                                                 
1
 Həmin mənbə, səh.375 
2
  Stanford,  “Tarixi  imperatoriye  Osmani  və  Türkiyeyi  cədid”  (Mahmud 
Ramazanzadənin tərcüməsi), səh.88-89 


 
116 
güclənməsi  idi.  Osmanlılar  ilk  dəfə  1492-ci  ildə  ruslarla  əlaqə 
qurmuşdular.  “Bizans  imperatorluğunun  sonuncu  hakiminin  qardaşının 
qızı  Sufiya  ilə  evlənmiş  Üçüncü Eyvan  özünü  Bizans  imperatorluğunun 
canişini hesab  etdi və onların xüsusi əlaməti olan iki başlı qartalı özünə 
nişan  seçdi.  Lakin  Eyvan  Müxəvvəfin  dövründən  qabaq  (1533-1584) 
osmanlılarla  ruslar  arasında  Qara  dənizin  şimal  məntəqələrinə  və 
Qafqaza  sahib  olmaq  barədə  ixtilaf  yarandı.  XVI  əsrin  əvvəllərində  və 
ondan  sonrakı  iki  əsrdə  osmanlılarla  ruslar  arasında  çoxlu  hərbi 
toqquşmalar və ixtilaflar baş vermiş və bu da qazaxlarla tatarlar arasında 
ardıcıl  sərhəd  toqquşmalarına  gətirib  çıxarmışdı.  Böyük  Pyotrun  (1682-
1722)  dövründən  XIX  əsrə  qədər  Rusiya  və  İsveçrə  çiyin-çiyinə  olaraq 
türklərə  qarşı  vuruşdular  və  bundan  sonra  Rusiya  təklikdə  osmanlılarla 
mübarizəyə  qalxdı.  Yalnız  1711-ci  və  1853-56-cı  illərdəki  müharibə 
(Krım  müharibəsi)  istisna  olmaqla,  türklər  altı  müharibədə  Rusiyaya 
məğlub oldular.
1
  
Osmanlılarla  ruslar  arasında  bağlanan  müqaviləyə  əsasən  Osmanlı 
imperatorluğunun  böyük  əraziləri  –  Krım  yarımadasından  Azov 
körfəzinə  qədər  Rusiyaya  qatıldı.  Amma  ardıcıl  müharibələrin  ağır 
xərcləri Osmanlı dövlətini iqtisadi böhran və çətinliklərlə qarşılaşdırdı. 
XVIII  əsrin  ortalarından  etibarən,  yəni  1747-1768-ci  illərə  qədər 
Osmanlı  imperatorluğunun  tarixində  ən  uzun  müddətli  sülh  başladı. 
Çünki,  “bu  dövrdə  şərqdə  Nadir  şah  Əfşarın  ölməsinə  və  iğtişaşlı  bir 
dövrün  yaranmasına  baxmayaraq  osmanlılar  əldən  getmiş  sərhəd 
torpaqlarını  yenidən  qaytarmaq  uğrunda  müqavimət  göstərdilər.  Onlar 
avropalılar  sarıdan  da  xatircəm  idilər.  Çünki,  bu  dövrdə  Avropa 
dövlətlərinin  başı  əvvəlcə  İsveçrədə  canişinlik  müharibəsinə  (1740-
1748),  daha  sonra  isə  yeddi  müharibəyə  qarışmışdı  (1756-1763). 
Halbuki,  osmanlı  padşahları  və  böyük  vəzirlər  bu  zamanda 
imperatorluğun  bu  müharibələrə  qarışmasının  qarşısını  almağa 
çalışırdılar.”
2
  
XVIII  əsrin  axırlarında  və  XIX  əsrin  əvvəllərində  mövcud  olan 
beynəlxalq  şəraitlər,  eləcə  də  böyük  Fransa  inqilabının  təsirləri  barədə 
sonradan söhbət olunacaqdır. 
OSMANLI İMPERATORLUĞUNUN DAXİLİNDƏKİ 
QARIŞIQLIQLAR VƏ İĞTİŞAŞLAR 
Osmanlı  imperatorluğu  ərazisinin  genişliyinə  və  əhalisinin  çoxluğuna 
                                                 
1
 Həmin mənbə, səh.89 
2
  Stanford,  “Tarixi  imperatoriye  Osmani  və  Türkiyeyi  cədid”  (Mahmud 
Ramazanzadənin tərcüməsi), 1-ci cild, səh.425 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə