ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə50/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   46   47   48   49   50   51   52   53   ...   106

 
109 
istəyib Üyeynəni tərk etməsini tələb etmək məcburiyyətində qaldı.”
1
  
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  öz  dəvətini  davam  etdirmək  üçün 
Üyeynə şəhərini seçməsinin aşağıdakı yönlərdə əhəmiyyəti var idi: 
1.  Üyeynə  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  doğulduğu  yer  və  onun 
ana vətəni  idi.  O həmin yerin mövcud ixtilafları,  məişət qaydaları, dini-
siyasi  təfəkkürləri,  bir  sözlə,  oranın  ictimai  mühitinə  agah  idi  və  oranın 
əhalisi də həm onu, həm də ailəsini yaxşı şəkildə tanıyırdılar. Xüsusilə, 
onun  atası  Əbdül-Vəhhab  o  şəhərdə  camaat  arasında  qəzavət  və 
mühakimə mənsəbini öhdəsinə almışdır. 
2.  Üyeynənin  əhalisi  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  ailəsinə  qarşı 
xüsusi  hörmət  bəsləyirdilər.  Çünki,  onun  atası  uzun  müddət  hənbəli 
fiqhinin tədris edilməsini və qəzavət işini öhdəsinə almışdı. Buna görə də 
camaat onun övladları ilə tam başqa cür rəftar edirdilər. 
3.  Məhəmməd  ibn  Əbdül-Vəhhab  Üyeynənin  siyasi  şəraitini  və  orada 
məskunlaşan qəbilə rəislərini yaxşı tanıyırdı. Üyeynə Ehsa hakiminə tabe 
olduğuna  görə  qəbilə  rəisinin  Ehsanın  hakiminin  siyasətləri  ilə  əlaqədar 
seçdiyi üslubda rol oynayırdı. Məhəmməd ibn Əbdül-Vəhhab çalışırdı ki, 
mümkün olan qədər Üyeynənin əmirini vəhhabiliyi qəbul etməyə təşviq 
etsin  ki,  güclü  dini  arxaya  malik  olaraq  Ehsa  əmirinin  hakimiyyətindən 
çıxıb müstəqil olsun. 
4.  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  Üyeynəni  özünə  mərkəz 
seçməsinin dördüncü dəlili Üyeynənin Ehsanın xüsusi iqtisadi mövqeyini 
ələ keçirməklə əlaqədar düşmənçiliyi idi. Məhəmməd ibn Əbdül-Vəhhab 
öz  fəaliyyətlərini  davam  etdirmək  üçün  iqtisadi  və  siyasi  arxaya  ciddi 
ehtiyac  duyurdu.  Ehsa  da  bu  məqsəd  üçün  münasib  iqtisadi  baza 
olduğundan vəhhabiliyin banisi öz siyasi bünövrəsini Ehsa məntəqəsinin 
iqtisadi  qüdrəti  ilə  təkmilləşdirmək  və  Üyeynənin  Ehsa  əleyhinə  olan 
düşmənçiliyindən bəhrələnmək istədi.
2
  
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  dəvətinin  Üyeynədə  davam  etməsi 
nəticəsində “ümumi və xüsusi müsəlmanlardan çoxunu özünə ardıcıl etdi 
                                                 
1
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.56-57 
2
 Bu günlərdə əmirliklərin şimal-qərb hissəsində çoxlu neft yataqları vardır. Bir əsr 
bundan öncə orada xurma və mirvari ticarəti yayılmış, bu da Ehsa məntəqəsini sərvətli 
bir  yerə  çevirmişdi.  Türkiyənin  fəthləri,  1870  və  1890-cı  illərdə  Ali-Səudun  süqutunu 
sür`ətləndirdi. Çünki Riyaz Ərəbistanın mərkəzi qəbilələrinin itaətini cəlb etmək üçün 
Ehsanın gəlirinə ehtiyac duyurdu. 1865-ci ildə kapitan Poli vəhhabi imperatorluğunun 
sərvətini  mühasibə  etmək  qərarına  gəldi  və  bu  nəticəyə  çatdı  ki,  təqribən  bu  sərvətin 
yarısından  çoxu  Hüquq  və  Hisa  nahiyəsindən  əldə  olunur.  O  dövrdə  sözü  gedən 
məntəqə  əhalisinin  təqribən  dörddə  biri  Riyaz  hökumətinin  tərafdarları  idi.  Hisanın 
əldən  verilməsi  və  məntəqənin  1871-ci  ildə  türklər  tərəfindən  işğal  olması  Ali-Səud 
üçün ağır zərbə hesab olunurdu. (1913-cü ildə Əbdül-Əziz yenidən Hisanı öz ixriyarına 
keçirmişdi.) Lisi Robert, “Sərzəmini səlatin”, səh.111, 156-157 


 
110 
və  özü  ilə  eyni  əqidəyə  gətirdi...  Buna  görə  də  onun  şan-şöhrəti 
yayılmağa  başladı.  Hər  bir  yedə  -  dini,  hətta  siyasi  yığıncaqlarda  belə, 
onun  işlərindən  söhbət  açılırdı.”
1
  Onun  işinin  şöhrət  və  əhəmiyyətinin 
artmasına  səbəb  olan  ardıcıllarının  və  havadarlarının  hərəkəti  Ehsanın 
hakimi Osman ibn Əhməd ibn Müəmmərin nigarançılığına səbəb oldu və 
o,  Üyeynənin  əmirini  məcbur  etdi  ki,  Məhəmməd  ibn  Əbdül-Vəhhabı 
aradan götürməyə dair ciddi tədbir görsün. 
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  Osmana,  Nəcd  əyalətinə  tam  hakim 
kəsilmək vədəsi verməsinə baxmayaraq (onunla həmkarlıq etməsi şərtilə) 
hər  an  Üyeynəyə  hücum  etməsi  ehtimalı  verilən  Ehsanın  əmirinin 
qorxusundan Məhəmmədi o şəhəri tərk etməyə məcbur etdi. Məhəmməd 
ibn Əbdül-Vəhhab sonra Diriyyə şəhərinə gəldi. Vəhhabilik də məhz bu 
şəhərdə kök atıb yarımadanın digər məntəqələrinə yayıla bildi. 
Diriyyə  şəhəri  coğrafi  və  strateji  baxımdan  xüsusi  əhəmiyyətə  malik 
idi.  “Ərəb  coğrafiyaçıları  Nəcdin  qədim  şəhərlərinin  ən  böyüyü  kimi 
Zəryə  şəhərini  qeyd  etmişlər.  Caci  xəlifə  o  yerin  adını  yeni  tələffüzə 
uyğun olaraq Diriyyə adlandıran ilk şəxs idi.”
2
  “Miratul-əhval” kitabında 
qeyd olunur ki, “Diriyyə Səudiyyə Ərəbistanın bir bölməsi olub Riyazın 
şimal-qərbində, 20 km. məsafəsində yerləşir. Bu şəhər Ali-Səudun sabiq 
paytaxtı  idi,  Vadiyi-hənifə  də  oradan  keçirdi.  Onun  abad  diyarlarından 
biri Məhəmməd ibn Əbdül-Vəhhab və onun sülaləsindən çoxlu alimlərin 
yaşayış  məskəni  olan  Bəhiradır.  Onun qəbri də  həmin  yerdədir.  Diriyyə 
ilk  dəfə  olaraq  850-ci  h.q.  ilində  abad  edilmişdi.  Məhəmməd  İbn  Səud 
oranın  hakimi  olmuş,  1157-ci  h.q.  ilində  öz  vətənindən  Üyeynəyə 
qovulan Məhəmməd ibn Əbdül-Vəhhab da Diriyyədə yaşamış, həmçinin, 
Məhəmməd İbn Səud vəhhabi məzhəbini yaymağa başlamışdı.”
3
  
Qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, Diriyyəyə hakim olan 
qüdrət  Ali-Səud  idi  və  Diriyyənin  cəmiyyətinə  qəbilə  və  tayfa  üsul-
idarəsi hökm sürürdü. O şəhərin əhalisi Məhəmməd ibn Əbdül-Vəhhabın 
gəldiyi  ilk  dövrlərdə  son  dərəcə  yoxsulluq  və  ehtiyac  içində  yaşayır, 
gündəlik  məişətlərini  təmin  etmək  üçün  ciddi  səylə  işləyirdilər. 
Cəngavərlik  və  ətraf  məntəqələrə  təcavüz  etmək  ruhiyyəsi  onların 
bütünlükdə  varlığına  hakim  kəsilmişdi.  Müharibə  və  hücum  yolu  ilə 
mənfəət  axtarmaq,  qənimət  və  sərvət  əldə  etmək  onların  nəzərində  çox 
əhəmiyyətli  bir  məsələ  idi.  Məhəmməd  ibn  Əbdül-Vəhhab  Diriyyənin 
                                                 
1
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.226 
2
  Ləstərnec  “Coğrafiyayi  sərzəminhayi  xilafəti  şərqi”,  Mahmud  İrfanın  tərcüməsi, 
şirkəti İntişarati elmi və fərhəngi, Tehran, 1367, 3-cü çap, səh.91 
3
  Kermanşahi  Ağa  Əhməd  ibn  Məhəmmədəli,  “Mir`atul-əhval  cahannəma” 
“İntişarati ənsariyan”, Qum, 1-ci çap, tir ayı, 1373, 1-ci cild, 216-cı, səhifənin vərəqaltı 
haşiyası 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə