ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə49/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   45   46   47   48   49   50   51   52   ...   106

 
107 
yəni  Nəcd  əyalətində  sakin  olan  qəbilələrin  ictimai  inkişaf  səviyyəsi  və 
mədəniyyətinin  aşağı  olması  onların  öz  adət-ənənələri  və  əqidələri  ilə 
müvafiq  olan  hər  növ  təfəkkürü,  məsləki  və  dini  qəbul  etməyə  vadar 
edən əsas amil idi. Bu da onları, müharibə və qarətçilik xüsusiyyətlərinə 
bəraət  qazandıra  biləcək  hər  növ  ideologiya  və  dinin  qəbul  olunmasına 
sövq edirdi. Buna əsasən vəhhabilik Ərəbistanın Nəcd diyarında belə bir 
şəraitdə yarandı və tədricən Ərəbistanın digər nahiyələrinə yayıldı. 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  ibtidai  təhsilini  öz  doğulduğu  Üyeynə 
şəhərində  aldıqdan  sonra  Hənbəli  məzhəbinin  təlimlərini  daha  artıq 
mənimsəmək,  eləcə  də  qonşu  ölkələrin  ictimai  və  siyasi  şəraitinə 
yaxından  tanış  olmaq  üçün  Nəcdin  müxtəlif  şəhərlərinə  və  oradan  da 
xaricə (Şam, İraq, İran) səfər etdi. Onun azğınçı fikir və əqidələri elə ilk 
əvvəldən atasını və ustadlarını şübhələndirdi. Onun heç bir sığınacaq yeri 
olmadığından çoxlu səfərlərdən sonra Nəcdə qayıtmağa məcbur oldu. 
O,  Nəcdə  daxil  olduğu  ilk  dövrdən  Hərimələdə  yaşayan  atası  və 
ailəsinə  tabe  olaraq  oraya  yollandı.  Hərimələ  Nəcdin  mühüm 
şəhərlərindən biri hesab olunurdu və Üyeynənin yaxınlığında yerləşirdi. 
O  həmin  şəhəri  özünün  əqidələrini  izhar  etmək  üçün  münasib  gördü. 
Amma  atasının  vəfatından  sonra  1153-cü  h.q.  ilinə  qədər  öz  dəvətini 
rəsmi  şəkildə  aşkar  edə  bilmədi.  Bəlkə  də  bunun  səbəblərindən  biri, 
atasının  ehtimal  üzrə  baş  verəcək  müxalifətləri  ilə  qarşılaşa  bilməməsi 
idi. 
Hər bir halda, Məhəmməd ibn Əbdül-Vəhhab atasının vəfatından sonra 
“Tövhid”  adlı  kitabını  yazmaqla  öz  əqidələrini  aşkar  etdi  və  camaatın 
təəssüb  üzündən  olan  səthi  əməl  və  əqidələrində  şübhələr  yaratdı.  O, 
Hərimələdə  çox  da  müvəffəqiyyət  qazana  bilmədi.  Səbəbi  də  o  diyara 
hakim  olan  qəbilə  əhval  ruhiyyəsi,  eləcə  də  qəbilə  başçılarının  onunla 
anlaşma əldə edə bilməmələri idi. Cənab Fəqihi öz kitabının bir qismində 
belə  yazır:  “Vəhhabi  yazıçıları  Məhəmməd  ibn  Əbdül-Vəhhabın 
Hərimələdə 
müvəffəqiyyət 
qazanmamasının 
səbəbini 
Həmyan 
qəbiləsinin  (Hərimələdə  məskun  olan  iki  qəbilədən  biridir  və  günah  və 
yaramaz  əməllərlə  məşhurdur)  əmr  be  məruf  nəhy  əz  münkərə  dəvəti 
hesab  edirlər.”  Sonra  o  belə  nəticə  alır  ki,  onun  səbəbi  bu  deyildi. 
Əksinə, Hərimələ şəhərinin rəisləri iki qəbilədən olduğuna və hər birinin 
digərinə  rəis  olmağı  iddia  etməsi
1
  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  öz 
əqidələrini  yayıb  təbliğ  etməkdə  müvəffəqiyyət  qazanmasına  mane 
olmuşdu.  Bu  məsələ  çox  əhəmiyyət  kəsb  edirdi.  Yəni,  iki  rəisi  olmaqla 
iki qəbilədən təşkil olunan və xüsusi şəraitdə yerləşən Hərimələyə hakim 
                                                 
1
 Fəqihi Əliəsğər. “Vəhhabiha”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.120-
121 


 
108 
olan  qəbilə  sistemi  vəhhabiyyəti  –  Məhəmməd  ibn  Əbdül-Vəhhabın 
tövsiyələrini  qəbul  etmək  üçün  münasib  şəraitə  malik  deyildir. 
(Məhəmməd  ibn  Əbdül-Vəhhab  bir  qəbiləyə  rəislik  və  qüdrət  vermək 
əsasında  fikirləşirdi).  Buna  əsasən  yalnız  bəzi  vaxtlar  məsləhət  naminə 
yanaşı yaşayan o şəhərin iki qəbiləsinin arasındakı ixtilaflar vəhhabiliyin 
banisinin siyasi-dini baxımdan müvəffəqiyyət qazanmasına mane olurdu. 
Nəticədə,  bir  tərəfdən  Hərimələdə  məskunlaşan  iki  qəbilə  arasındakı 
iqtidarın müvazinəti, digər tərəfdən isə Məhəmməd ibn Əbdül-Vəhhabın 
quru  və  təəssüb  əsasında  olan  təlimləri  (bu,  əsas  etibarı  ilə  camaatın 
əqidələrini  hədəf  tutmuşdu)  onun  Hərimələdə  müvəffəqiyyət 
qazanmamasının  amili  oldu.  Diqqət  yetirmək  lazımdır  ki,  onun 
müvəffəqiyyət  qazanmamasının  səbəbi  daha  çox  bu  ola  bilərdi  ki,  o, 
mahiyyət etibarı ilə Hərimələdə sakin olan iki qəbilənin heç birinin üzvü 
deyildi və bəlkə də o yerin siyasi və ideoloji şəraiti ilə tam agah deyildir. 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  həmin  dövrdə  müvəffəqiyyət 
qazanmamasının  ardınca  öz  doğulduğu  yerə  –  Üyeynəyə  qayıtdı. 
Ayətullah Sübhani onun bu şəhərdəki fəaliyyətləri barədə belə qeyd edir: 
“... Öz vətəninə daxil olduqdan sonra oranın əmiri Osman ibn Əhməd ibn 
Müəmmər  ilə  əhd-peyman  bağladı  ki,  qarşılıqlı  olaraq  bir-birinə  kömək 
etsinlər, əmir də icazə versin ki, o öz əqidələrini aşkar şəkildə təbliğ edə 
bilsin.  Nəticədə  Üyeynə  də  daxil  olmaqla,  Nəcd  məntəqəsinin  əmir 
yaşayan  bütün  məntəqələrinə  hakim  olsun.  Məhəmməd  ibn  Əbdül-
Vəhhab  daha  sonra  əmirlə  olan  əlaqələrini  möhkəmləndirmək  üçün 
əmirin bacısı ilə evləndi. Əqd bağlandıqdan və səmimi həmkarlıq vədəsi 
verildikdən  sonra  Şeyx  əmirə  dedi:  “Ümidvaram  ki,  Allah  Nəcdi  və 
ərəbləri sənə bağışlasın!”
1
  
Məhəmmədin  Üyeynədə  gördüyü  işlərdən  biri  də  bu  idi  ki,  camaatın 
etiqadlarını  sarsıtmaq  və  inkar  etmək  üçün  ciddi  səylə  çalışdı  və 
“göstəriş  verdi,  camaatın  ehtiram  göstərdiyi  ağacları  kəsdilər,  Zeyd  ibn 
Xəttabın  qəbri  üzərində  olan  binanı  və  günbəzləri  dağıtdılar.”
2
    O, 
Üyeynədə  dərs hövzəsi təşkil etdi  və  tədrisə başladı.  Üyeynə  və Nəcdin 
sair  yerlərinin  alimləri  Şeyxin  dəvətinin  irəliləməsini  gördükdə  Ehsanın 
əmiri Süleyman ibn Məhəmmədə çoxlu məktublar  yazaraq vəhhabiliyin 
günbəgün  artmaqda  olan  təhlükələri  barədə  xəbərdarlıq  edib  onu  dəf 
etməyə  çağırdılar.  “Ehsanın  və  Qətifin  əmiri  Süleyman  Himyəri 
Üyeynənin  əmirinə  göstəriş  verdi  ki,  bu  fitnəni  mümkün  qədər  tez  bir 
zamanda  yatırtsın,  Şeyxi  qətlə  yetirsin.  Üyeynənin  əmiri  Şeyxdən  üzr 
                                                 
1
 Sübhani Cə`fər, “Fərhəngi-əqaid və məzahibi İslami”, 3 cü cild, səh.56-57 
2
 Fəqihi Əliəsğər. “Vəhhabiha”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.147 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə