ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə47/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   43   44   45   46   47   48   49   50   ...   106

 
103 
göstərirdilər.” 
1
 Buna əsasən, bədəvi ərəblər dini qəbul etməkdə yalnız öz 
mənfətlərini  güdür  və  özlərinin  ruhiyyə  və  xüsusiyyətləri  ilə  müvafiq 
olan  bir  dini  qəbul  edirdilər.  Vəhhabilik  elə  bir  diyarda  yaranıb  inkişaf 
etdi  ki,  “dini  baxımdan  Ərəbistan  yarımadasının  sair  nahiyələri  ilə 
müqayisədə  xurafatların  və  yanlış  əqidələrin  mərkəzi  idi  və  səhih  dini 
pirinsiplərlə ziddiyyət təşkil edirdi.”
2
  
2-NƏCDİN SOSİOLOJİ MÖVQEYİ 
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  təlimlərinin  Nəcddə  öz  qardaşı  və 
atasının müxalifəti ilə qarşılaşmasına baxmayaraq, bu əyalətin əhalisinin 
mövcud  vəziyyətinə  diqqət  yetirməklə  bu  kimi  müxalifətlərin  heç  bir 
təsiri  olmadı.  “Nəcd  əyalətinin  sakinləri  son  dərəcə  sadə  və  bəsit  həyat 
sürüb  dini  münaqişələrdən  uzaqda  idilər.  Onların  çox  qızğın  təsirli 
bəyanlarla  olan  hər  bir  təzə  sözü  qəbul  etməyə  hazırlıqları  var  idi  və 
bunun  özü  də  Şeyx  Məhəmmədin  xüsusiyyətlərindən  idi.  Onun 
məzhəbinin inkişaf edib yayılması amillərindən digər biri də bu idi ki, o 
dövrdə  Nəcddə  mövcud  olan  alimlərin  heç  biri  sözün  nüfuzu  və  bəyan 
qüdrəti baxımından Şeyx Məhəmmədə çatmırdı.”
3
  O dövrdə Nəcd ucqar 
bir  yer idi ki,  oraya  çox az  adam  gedirdi,  çox  az  adam  Nəcddən  kənara 
səfər edirdi. 
Nəcd  sakinləri  son  dərəcə  sadəlikdə  yaşayırdılar.  Onlar  dünyada  baş 
verən  hadisələrdən  xəbərsiz  idilər,  çox  az  hallarda  kiminsə  əqidə  və 
fikirlərinin  təsiri  altına  düşürdülər.  Təbiidir  ki,  belə  avam  və  sadə 
insanlar  Şeyx  Məhəmmədin  təlimlərindən  daha  tez  təsirlənər  və 
təəssüblə onu müdafiə edər, hətta onun yolunda öz canlarından keçməyi 
belə, əsirgəməzdilər. 
3-NƏCD ƏYALƏTİNƏ HAKİM OLAN QƏBİLƏ-İCMA QURULUŞU 
Vəhhabiliyin  yaranıb  sürətlə  inkişaf  etməsinin  digər  amillərindən  biri 
də  Nəcdə  hakim  olan  qəbilə  üsul-idarəsi  idi.  Qəbilə  həyat  tərzi  ilə 
yaşayan  Nəcddə  qəbilə  üzvləri  hər  bir  işdə  qəbilənin  başçısına  və 
ağsaqqalına  itaət  etdiklərindən,  təbiidir  ki,  qəbilə  başçısı  hər  hansı  bir 
dəvəti  qəbul  etsəydi,  onun  fərmanı  altında  olan  kəslər  də  həmin  dəvəti 
qəbul  edəcəkdilər.  “Qəbilə  başçılarından  hər  biri  müəyyən  adlarla  Şeyx 
Məhəmmədlə  razılaşıb  ona  qeydsiz-şərtsiz  olaraq  itaət  edirdilər.  Sonra 
Şeyx  Məhəmmədin  sözlərindən  təsirlənərək  ona  qarşı  təəssüb  hissi 
keçirir,  öz  təsəvvürlərinə  görə,  dini  göstərişlərin  bir  hissəsi  sayılan  hər 
                                                 
1
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətül-Ərəb”, “Əbrar” qəzeti, 17 
fərvərdin, 1365, 159-cu nömrə, səh.4 
2
 Fəqihi Əliəsğər. “Vəhhabiha”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.141 
3
 Həmin mənbə, səh.86-87 


 
104 
bir  işi  çox  alqışla  qəbul  edir,  onun  icra  olunmasına  ciddiyyətlə 
çalışırdılar.”
1
  Həqiqətdə Nəcd əhalisi öz əmirlərinə tabe idilər. Əmirlərin 
də  fikri  yalnız  öz  mənafelərini  qoruyub-saxlamaq,  inkişaf  etdirmək  və 
başqalarına  qələbə  çalmaq  idi.  “Nəcddə  heç  bir  qayda-qanun  yox  idi, 
əmirlər  və  onların  məmurları  istədikləri  hər  bir  şeyi  edirdilər.  Hər  bir 
vilayətin  bir  əmiri  var  idi,  əmirlər  arasında  da  heç  bir  əlaqə  mövcud 
deyildir.”
2
  Məhəmməd ibn Əbdül-Vəhhab məhz bu şəraitdən öz xeyrinə 
istifadə  etdi.  Səudilərlə  ittihad  müqaviləsi  bağladıqdan  sonra  işi 
rövnəqləndi və özünə çoxlu ardıcıl toplaya bildi. 
4-MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN NƏCDDƏ XÜSUSİ 
TƏLİMLƏRİ 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  Nəcddə  yaşayan  bədəvi  ərəblərin 
arasında  hakim  olan  qəbilə  qayda-qanunlarına  agah  olduğuna  görə  öz 
dəvətini orada aşkar etdi və bununla da onları digər qəbilə və əyalətlərə 
qarşı  təhrik  edib  qiyama  hazırlaya  bildi.  Bu  barədə  cənab  Fəqihi  yazır: 
“Məhəmməd  ibn  Əbdül-Vəhhab  “cihad”  adı  ilə  müxaliflərlə  mübarizə 
aparırdı. O, bu işi özünün əsas prinsipi seçmişdi ki, ona tabe olanlar digər 
qəbilə  və  nahiyələrə  hücum  etsinlər,  düşmənlərinə  qələbə  çaldıqdan 
sonra  onların  mal-dövlətinə  sahib  çıxsınlar,  ölkələrini  işğal  etsinlər.  Bu 
işə adət edən bədəvi ərəblər ona üz gətirdilər. Xüsusilə, bunu nəzərə alaq 
ki,  onların  əksəriyyəti  bir-biri  ilə  düşmən  idilər,  hər  bir  qəbilə  digərinə 
hücum etmək üçün hazır idi. Digər məsələ də bu idi ki, Məhəmməd ibn 
Əbdül-Vəhhab avam xalq kütlələrini İslamın əvvəllərindəki dinə – saleh 
sələflərin adət-ənənələrinə dəvət edir və onları inandırmağa çalışırdı ki, 
ona  tabe  olacaqları  surətdə  elə  Peyğəmbərin  (s)  səhabələri  və  tabeinləri 
kimi  olacaqlar.  O,  öz  sözləri  ilə  ərəblərdə  belə  bir  hiss  yaratmışdı  ki, 
onlar  yalnız  özlərini  tövhidçi,  həqiqi  müsəlman  və  Behişt  əhli  hesab 
edirdirlər.  Belə  güman  edirdilər  ki,  əgər  onun  dəvəti  yolunda 
öldürülsələr, yaxud kimisə öldürsələr əbədi səadətə nail olacaqlar!”
3
  
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  yeni  dini  təlimləri  və  göstərişləri 
bədəvi  ərəbləri  dünyaya  tamahlandırdı  və  onların  hərislik  hislərini 
coşdurdu.  Belə  ki,  onlar  vəhhabiliyi  öz  dünyəvi  mənafelərini  təmin 
etməyə  qadir  olan  bir  yol  hesab  edirdilər.  “Vəhhabiyyət  dər  cəzirətül 
Ərəb” məqaləsində bu barədə deyilir:  “Möhtac bədəvi ərəb o kəsdir ki, 
ona  nə  başa  düşməsini  deyil,  nə  etməsini  desinlər.  Xüsusilə  ona 
deyilənlərin  öz  zövq  və  ruhiyyəsinə,  qəbiləsinin  ictimai  quruluşuna 
                                                 
1
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, səh.87 
2
 Həmin mənbə, səh.121 
3
 Fəqihi, Əliəsğər. “Vəhhabilər”, səh.146 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə